HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Fi̇tozol Kapsul

Bir kapsulun tərkibi:
Adi dağtərxunu (Tanacetum vulgare) çiçəklərinin quru ekstraktı – 30 mq, çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun quru eks­traktı – 30 mq, mixək (ətirli siziqium) (Syzygium aromaticum) qönçəsinin tozu – 115 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu -115 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (amylum maidis) – 110 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:
Müxtəlif qurd invaziyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
Böyüklər: 1 kapsuldan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məslə­həti ilə qəbul edə bilər.

Əks göstərişlər: Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssas­lıq.

Saxlanma qaydası: 25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 50 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Fitozol kapsulun tərkibi nədən ibarətdir?

“Herba Flora” şirkəti qurd invaziyalarının müalicəsi üçün güclü antihelmint effektli Fitozol kapsullarını istehsal edir. Bu kapsulların tərkibi adi dağtərxunu çiçəklərinin, qızılçətir otunun, mixək qönçəsinin, dərman zəncəfili kökümsovunun ekstraktları və tozundan ibarətdir.
Adi dağtərxununun tərkibi efir yağları, flavonoidlər, acı maddə olan tanasetinlə zəngindir. Tanasetin qurdların sinir sisteminə iflicedici təsir göstərir. Onların əzələ sistemini tam tonusdan salır. Flavonoidlər spazmolitik olduğu üçün həm ödqovucu təsir edir, həm də qurdların təsiri nəticəsində əmələ gələn bağırsaq spazmlarını aradan qaldırır. Efir yağları qurdların mexaniki təsiri nəticəsində bağırsaq divarında əmələ gələn iltihabi prosesi aradan qaldırır. İştahanı bərpa edir, hepatoprotektordur.

Fitozol kapsulun faydaları nələrdir?

Qızılçətir otunun tərkibi acı alkaloid gensiopikrinlə zəngindir. Məhz bu acı maddə sayəsində qurdları məhv edir. Helmintozlar zamanı reflektor təsir edərək dad reseptorlarını qıcıqlandırır, mədə şirəsinin ifrazını artırır. İştahanı açır, həm də ödqovucu təsir edərək həzmi yaxşılaşdırır. İşlədici təsir edərək qurdların bağırsaqlardan evakuasiyasını sürətləndirir.

Fitozol kapsulda olan vitamin və minerallar

Mixək A, E, C, K, B qrupu vitaminləri, natrium, kalium, sink, dəmir kimi minerallarla zəngindir. Həzm şirəsinin ifrazını sürətləndirir.

  • Antiparazitar,
  • bakterisid,
  • spazmolitik,
  • ağrıkəsici təsir göstərir.

Evgenol sayəsində antioksidant effekt verərək orqanizmi sərbəst radikallardan azad edir, toksinlərin xaric olunmasında fəal iştirak edir. Həmçinin qurd xəstəlikləri zamanı ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırır, orqanizmi tonuslandırır, əhvali-ruhiyyəni yaxşılaşdırır.
Dərman zəncəfilinin tərkibindəki sineol, geraniol, vanil turşusu antiparazitar effekt verir. Askarid, bizquyruq, trematod, lyamblyaya qarşı effektlidir. Daha çox qurdları qeyri-yetkin mərhələdə məhv etməyə qadirdir. Qurd xəstəlikləri zamanı ödqovucu təsir edərək həzmi yaxşılaşdırır, ürəkbulanma, qusma əlamətlərini müəyyən qədər aradan qaldırır.

Fitozol kapsulun farmokoloji təsiri nələrdir?

Ümumiləşdirsək, Fitozol kapsulları tərkibində olan bitkilər sayəsində qurdqovucu təsir göstərir. Acı maddələr və efir yağları qurdların mərkəzi sinir sisteminin fəaliyyətini dayandıraraq iflic edir, yeni yaranan qurd sürfələrini öldürərək orqanizmdən təmizlənməsinə səbəb olur. Antibakterial, iltihab əleyhinə təsir göstərir. Bağırsaqların peristaltikasını artıraraq yüngül işlədici təsir edir, qəbizliyin qarşısını alır. Ölmüş qurdların və onların yumurtalarının xaric olmasına səbəb olur. Fitozol kapsulları bütün növ qurdlar, enterobioz, askaridoz, tenioz, lyamblioz, trixosefalyoz əleyhinə həm tək, həm də kompleks müalicə ilə yanaşı güclü effekt verir.

Kapsulun istifadə qaydası:

Böyüklər 1 kapsul gündə 3 dəfə olmaqla yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul etməlidir. Enterebioz və askaridoz zamanı Fitozol kapsullarını “Herba Flora” şirkətinin qurdqovucu Teazol çayı və ya Qurdason şərbəti ilə birlikdə müalicə kursu şəklində təyinatı effektiv nəticə almağa yardım edir.
https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar