Məhsullarımız
Bitkilər
Yarpaq
Bağayarpağı Yarpağı
İstifadəsinə göstəriş:
İltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə və mədə sekresiyasını artırmaq xüsusiyyəti vardır. Kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur.
İstifadə qaydası:
10 qr xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür və üzərinə əvvəlki həcmə çatana qədər qaynadılmış su əlavə edilir. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bağayarpağı Azərbaycanda çox yayılmış, min illər boyu həm xalq təbabətində, həm də rəsmi fitoterapiyada şəfalı xüsusiyyətləri ilə tanınan bir bitkidir. Əsasən yol kənarlarında, nəmli ərazilərdə, bağlarda bitir. 200-dən çox növü var və ən çox istifadə ediləni Plantago major (iri yarpaqlı bağayarpağı) və Plantago lanceolata (dar yarpaqlı bağayarpağı) hesab olunur.
Təbabətdə xüsusilə yarpaq hissəsi, bəzən də toxumları istifadə olunur. Yazdan payızadək, ən çox iyun-iyul aylarında toplanır. Bağayarpağının tərkibi faydalı bioloji aktiv komponentlərlə zəngindir.
Ağız yaraları və diş əti iltihabında bağayarpağı qarqara şəklində istifadə olunur. Bağayarpağı angina və tonzillit zamanı boğazda qızartı və şişkinliyi aradan qaldırır, qıcıqlanmanı azaldır və səsi açır. Bitki seliklə zəngin olduğu üçün tənəffüs yollarının, traxeya və bronxların səthini bürüyərək qıcıqlanmadan qoruyur. Mukosekretor təsir göstərərək qatı və yapışqan bəlğəmi durulaşdırır.
Bronxların daxili divarını örtən kirpikli epitelin hərəki aktivliyini artıraraq durulaşmış bəlğəmi tənəffüs yollarından qovub çıxarır. Beləliklə bir çox tənəffüs sistemi xəstəlikləri, o cümlədən kəskin və xroniki bronxit, pnevmoniya zamanı orqanizmə bəlğəmgətirici və öskürək əleyhinə təsir göstərir.
A, C, K vitaminləri ilə zəngin olduğundan bədənin ətraf mühitin qıcıqlandırıcı faktorlarına qarşı müqavimətini artırır. Dəmir, kalsium, kalium kimi minerallar hesabına bədənə ümumi möhkəmləndirici təsir göstərir. Bağayarpağının əsas komponenti hesab olunan aukubin qlikozidi təbii antiseptikdir, stafilokokk və streptokokk kimi mikroblarla aktiv mübarizə aparır.
Mədə və bağırsaqlara qoruyucu və iltihab əleyhinə təsir göstərir, turşuluğu tənzimləyir. Qastrit və bir çox xəstəliklərdə eroziya və xora sahələrini bürüyərək qat altında yaraların sağalmasını tezləşdirir. Mədə və bağırsaq sancılarını, spazmı azaldır, həmçinin ağrıkəsici təsir göstərir. Həzmi yaxşılaşdırır, qanaxma əleyhinə də təsir göstərir.
Bağayarpağı yarpağının faydalı xüsusiyyətlərini saymaqla bitmir. O, həm də sidikqovucudur. Böyrək və sidik yollarına sidikqovucu təsir göstərərək, sistit, uretrit kimi xəstəliklər zamanı sağalmanı sürətləndirir. Həmçinin bitki flavonoidlər hesabına antioksidant təsir göstərir, orqanizmdə maddələr mübadiləsi zamanı toplanan sərbəst radikalları neytrallaşdırır. Nəticədə onların bədən hüceyrələrinə qarşı dağıdıcı təsirinin qarşısını alır.
Yaşlanma əleyhinə və şişəleyhinə effekt verir. Bağayarpağı xlorofillə zəngin olduğundan trofiki xoralar və yaralar zamanı onların sağalmasını sürətləndirir, bundan başqa şəkərli diabet xəstələrində kapilyar qan dövranını yaxşılaşdırır. Təzə yarpaqları əzilərək birbaşa dəriyə qoyulduqda tamlığı pozulmuş dərini bərpa edir.
Əlaqəli yazı mövcud deyil.