Məhsullarımız
Bitkilər
Ot
Kasnı Otu
Tərkib:
Kasnı otunun tərkibində inulin, qlikozidlər, zülali maddələr, şəkərlər, acı maddələr, aşı maddələri, askorbin turşusu, B1 vitamini, xolin, həmçinin kasnı qlikozidi və kasnı turşusu var.
İstifadəsi:
1 çay qaşığı xammalın üzərinə 200 ml qaynar su tökülür, 15 dəqiqə dəmlənir, süzülür. Gündə 2-3 dəfə yeməkdən əvvəl 100 ml (1/2 stəkan) daxilə qəbul olunur. Xaricə istifadə üçün 20 qr xammalı 500 ml qaynar suda dəmləmək lazımdır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Kasnı otunun tərkibi bioloji aktiv komponentlərlə zəngindir. Bu maddələrə inulin, fosfor, selen, sink, dəmir, retinol, tokoferol, riboflavin, pantoten turşusu, askorbin və fol turşusu, xolin, qida lifləri, doymuş və doymamış yağ turşuları və bir çox elementlər aiddir.
Kasnı otu sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Orqanizmə güc və gümrahlıq verir, əhvali-ruhiyyəni yüksəldir, sakitləşdirici təsir göstərir. Kasnı otu B1 və B2 vitaminləri və triterpenlər hesabına qidanın enerjiyə çevrilməsinə kömək edir. Belə ki, yağları parçalayır, maddələr mübadiləsini sürətləndirir, artıq çəkini aradan qaldırır. Bitkinin tərkibində olan fenol birləşmələri şiş hüceyrələrinin inkişafının qarşısını alır. Onlar hüceyrələrdən oksidləşmə məhsulu olan sərbəst radikalları çıxarır və beləliklə erkən qocalmanın da qarşısını alır.
Kasnı otu mədə-bağırsaq sisteminin və bütövlükdə orqanizmin təmizlənməsini təmin edir. Həzm traktının selikli qişasında, tənəffüs orqanlarında və sidik-ifrazat sistemində olan virus və mikroblara qarşı aktiv mübarizə aparır. Qaraciyərin bərpasına yardım edir, ödqovucu təsir göstərərək ödün qaraciyərdaxili öd yollarından öd kisəsinə, öd yollarına və onikibarmaq bağırsağa tökülməsini təmin edir, bağırsaqlarda sağlam mikrofloranı bərpa edir.
Qanda şəkər və xolesterinin miqdarını aşağı salır, hətta az miqdarda bitkinin qəbulu insulinə bənzər maddə olan inulinin orqanizmə daxil olmasına səbəb olur. Fruktoza polimeri olan inulin karbohidrat və yağ mübadiləsinə təsir edir, qanda qlükozanın miqdarını tənzimləyir. Bu effektinə görə kasnı otu şəkərli diabetin müalicəsində istifadə olunur. İnulin orqanizmdə toxluq hissini təmin edən hormonun sintezində iştirak edir, yemək istəyini azaldır.
Kasnı otu sidikqovucu effekt verir, bədəni şlak, toksin və ağır metal duzlarından təmizləyir. Maqneziumun mənimsənilməsini sürətləndirir, ürək və qan-damar sisteminin fəaliyyətini təmin edən 300-ə qədər fermentin sintezini aktivləşdirir. Qan damarlarını genişləndirir, ürək ritmini normallaşdırır. Kasnı otu həm də antikoaqulyant hesab olunur, qanın erkən laxtalanmasının qarşısını alır. Bundan başqa kalsiumun da rahat mənimsənilməsini təmin edir. Nəticədə oynaq və sümüklərin müxtəlif xəstəliklərinin müalicəsində fayda verir.
Bitki zahiri görkəmə də müsbət təsir göstərir. Tərkibindəki vitamin və minerallar sayəsində dərini cavanlaşdırır, tonuslandırır. Dəri hüceyrələrində kollagen liflərinin sintezini aktivləşdirərək saçların uzanmasını təmin edir, onlara parlaqlıq və möhkəmlik verir Mikrob əleyhinə və iltihab əleyhinə təsir etdiyi üçün dərinin bir çox infeksion-iltihabi xəstəliklərində xaricə istifadə etmək olar.
Əlaqəli yazı mövcud deyil.