Məhsullarımız
Bitkilər
Toxum
Zəyərək Toxumu
Tərkib:
Zəyərək toxumunun tərkibində olein, linol, linolen, stearin və palmitin yağ turşuları (30-48%), linamarin qlikozidi (1,5%), seliklər, zülali maddələr, B, E, F vitaminləri, dəmir, sink, maqnezium və digər bioloji aktiv maddələr var.
İstifadəsi:
Bir çay qaşığı (5 qram) toxumun üzərinə 150 ml qaynar su əlavə edilir, 15 dəq. qarışdırılır, süzülür. Gündə 3-4 dəfə yeməkdən 30 dəq. əvvəl, hər dəfə 50 ml (1/4 stəkan) daxilə qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Zəyərək toxumu çox faydalı bir qida məhsuludur. Onun tərkibində yüksək miqdarda Omega-3 yağ turşusu, bitki mənşəli zülallar, E, B1, B6 vitaminləri, maqnezium, fosfor, kalsium, sink, selen, liqnanlar, liflər və antioksidantlar var.
Zəyərək toxumu yüksək miqdarda həll olunan və həll olunmayan lif tərkibi sayəsində həzm prosesini tənzimləyir və mədə-bağırsaq mikroflorasını dəstəkləyir. Toxumların tərkibində olan linamarin qlikozidi və selik mədə-bağırsaq sisteminə bürüyücü təsir edir, tamlığı pozulmuş selikli baryeri bərpa edir, mədənin divarındakı hissi sinir ucluqlarını, xüsusən də eroziya və xora nahiyələrini qıcıqlanmadan qoruyaraq ağrıkəsici effekt verir. Bürüyücü qat altında regenerasiya prosesi sürətlənir, xora və eroziv proseslərin sağalması sürətlənir.
Yağ turşuları bağırsaqları yumşaldır, qəbizliyin qarşısını alır. Qastrit və bağırsaq problemlərində həm də qoruyucu və sakitləşdirici təsir göstərir. Müalicəvi liflər həmçinin toxluq hissi yaradır, bu da artıq çəkinin qarşısını almağa və arıqlamağa kömək edir.
Tərkibində olan sink, selen və antioksidantlar immun sisteminin funksiyasını gücləndirir. Zəyərəyin liqnanları və digər bioloji aktiv maddələr bakteriya və göbələk əleyhinə təsir göstərir. Təbii antioksidantlar və yağ turşuları sayəsində orqanizmə iltihab əleyhinə təsir göstərir. Bu, xüsusilə artrit, astma və bağırsağın iltihabi xəstəlikləri kimi problemlərdə faydalıdır.
Omeqa-3 yağ turşusu lipid və xolesterin mübadiləsini sürətləndirir, “pis” xolesterolun (LDL) səviyyəsini aşağı salır, “yaxşı” xolesterolun (HDL) səviyyəsini artırır, ürək-damar sistemini qoruyur. Qan təzyiqini tənzimləyir, damarların elastikliyini qoruyur və tromboz riskini azaldır. İnsulinin səviyyəsini sabit saxlamağa kömək edir. Qanda şəkərin səviyyəsini tənzimləyə bilir, bu da diabetin idarə olunmasına kömək edir. Omeqa-3 yağ turşusu beyin sağlamlığını qoruyur, sinir hüceyrələrinin zədələnməsinin qarşısını alır və zehni funksiyanı yaxşılaşdırır. Alzheymer və digər nevroloji xəstəliklərin qarşısını almağa kömək edir.
Zəyərək toxumu liqnanlar hesabına hormonal balansı normallaşdırır. Menopauza zamanı, həmçinin qadınlarda estrogen səviyyəsi ilə bağlı disbalansda istifadə edilir. Zəyərəyin tərkibindəki liqnanlar və E vitamini güclü antioksidant təsir göstərir. Bu maddələr sərbəst radikalların təsirini azaldır və hüceyrə zədələnməsinin qarşısını alır. Liqnanlar və Omeqa-3 yağ turşusu bəzi növ xərçənglərin, xüsusilə süd vəzi, prostat və yoğun bağırsaq xərçənginin inkişaf riskini azalda bilər. Omeqa-3 və E vitamini həmçinin dərini nəmləndirir və saçların sağlam uzanmasını təmin edir. Zəyərək toxumunun yağı ekzema, psoriaz kimi dəri problemlərində istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.