Məhsullarımız Bitkilər Toxum Alaqanqal Toxumu
Tərkib:
Ləkəli alaqanqal toxumlarının tərkibində flavonoidlər və flavonolignanlar (silimarin, silibinin, silikristin, silidianin), alkaloidlər, saponinlər, piyli yağlar (25%-ə qədər), zülallar, K vitamini, qətranlar, selik, tiramin, histamin, həmçinin makro- və mikroelementlər (manqan, mis, sink, xrom, selen, yod, bor) var.
İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 0,5 litr qaynar su əlavə edilir, su hamamında suyun yarısı qalana qədər qaynadılır, süzülür. Gündə 3 dəfə yeməkdən 1 saat sonra 1/3 stəkan daxilə qəbul edilir. Qəbul müddəti 1-2 aydır. Həmçinin toxumu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı yeməkdən 20 dəq. əvvəl daxilə qəbul etmək olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Alaqanqal dərman əhəmiyyətli bitki olub qaraciyərin ən gözəl müdafiəçilərindən hesab olunur. İkiillik ot bitkisidir, latın dilində “Silybum” adlanır. Bitkinin demək olar bütün hissələri, xüsusilə toxumları çox faydalıdır. Alaqanqal toxumunun tərkibi zülallar, B, E, K, D vitaminləri, flavonoidlər, fermentlər, maqnezium, kalium, manqan, kalsium, dəmir, sink, selen, xrom kimi makro- və mikroelementlərlə zəngindir. Toxumların əsas komponenti silimarin, silibin, silikristindir. Alaqanqal toxumları qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirərək onları zədələnmədən qoruyur. Toksinlərin, alkoqolun, dərmanların və infeksiyaların bu orqana toksiki təsirini azaldır. Toxumların tərkibindəki silibin antihepatotoksik təsir göstərir. Belə ki, qaraciyər hüceyrələrinə toksinlərin hopmasının qarşısını alaraq orqanı dezintoksikasiya edir.
Alaqanqal toxumlarının tərkibində olan silimarin hüceyrələrin antioksidant mübarizəsini gücləndirir. Tərkibində olan essensial fosfolipidlər hesabına sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən kənarlaşdırır. Lipid mübadiləsini sürətləndirir, bundan başqa qaraciyər hüceyrələrinin bölünməsini sürətləndirir. Nəticədə köhnə hepatositlərin yeniləri ilə əvəz olunmasını təmin edir. Bu da qaraciyər hüceyrələrinin vaxtından əvvəl qocalmasının, həmçinin xroniki xəstəliklərin inkişafının qarşısını alır. Silimarin komponentinin faydaları bununla da bitmir. O, prostaqlandin, leykotrienlər və digər iltihab mediatorlarının sintezini azaldır. Bununla da orqanizmə iltihab əleyhinə təsir göstərir.
Alaqanqal toxumu qaraciyər və öd kisəsinin infeksion-iltihabi xəstəliklərində çox faydalıdır. Qaraciyərdaxili öd yollarında ödün sintezini və rahat axmasını təmin edir. Öd daşı xəstəliyinin və öd kisəsi iltihabının yaranmasını önləyir. Bitki qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar xəstəliklərinin inkişaf riskinin qarşısını alır. Tədqiqatlar nəticəsində sübut olunub ki, alaqanqal toxumları qanda şəkərin miqdarını tənzimləməyə, eyni zamanda hüceyrələrin insulinə həssaslığını artırmağa yardım edir. Bitki immun sistemi gücləndirir, həmçinin orqanizmin infeksion və virus xəstəliklərinə qarşı müqavimətini artırır, tez-tez xəstələnmə hallarının qarşısını alır.
Alaqanqal, tərkibindəki silimarin hesabına xərçəng əleyhinə aktiv mübarizə aparır. İltihab əleyhinə, antioksidant təsir göstərərək şiş hüceyrələrinin bölünmə və çoxalma mexanizmlərini pozur. Bitki həmçinin sidikqovucu olduğu üçün bədəndə yaranmış ödemləri və şişkinliyi azaldır. Kapilyar qan dövranını yaxşılaşdırır, hüceyrəarası mayenin miqdarını azaldır. Bütün sadaladığımız xüsusiyyətlərindən göründüyü kimi alaqanqal toxumlarının istər xalq təbabətində, istərsə də elmi təbabətdə yeri əvəzolunmazdır. Bitkinin həm geniş təsir spektrli olması, həm də əks göstərişlərinin az olması onu qaraciyərin və bütün orqanizmin sağlamlığında effektiv bir təbii vasitəyə çevirmişdir.
Əlaqəli yazı mövcud deyil.