Məhsullarımız
Bitkilər
Meyvə
Zi̇rə Meyvəsi̇
Tərkibi:
Zirə meyvələrinin tərkibi 3-7% efir yağı (50-65% karvon, 35-50% limonendən ibarət), spirtlər (karvakrol, dihidrokarveol, neo- və izohidrokarveol, dihidropinol) və asetaldehid, həmçinin kversetin və kempferol flavonoidləri ilə zəngindir.
İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Zirə hündürlüyü 30-60 sm olan yoğun köklərə malik bir bitkidir. Zirə meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə iki yerə ayrılır. Özünəməxsus güclü ətirli iyə, ədviyyatlı, acı və az yandıran dada malikdir. Zirə iyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir. Bu bitkiyə Azərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Naxçıvanda və Talış dağlarında rast gəlinir. Əsasən meşələrdə, çay kənarlarında, subalp və alp çəmənliklərində bitir.
Zirə meyvələrinin tərkibi flavonoidlər, kumarinlər, karvon, limonen, karvakrol efir yağları, steroidlər və digər bioloji fəal maddələrlə zəngindir. Karvon və limonen meyvələrdə aromatik dad və qoxunu əmələ gətirir. Zirə farmakopeyaya daxil edilən rəsmi dərman bitkisi olaraq klassik, eksperimental və xalq təbabətində geniş tətbiq edilir. Zirə meyvələri sadaladığımız bioloji aktiv komponentlər ehtiva etdiyi üçün orqanizmə bakteriya əleyhinə, qurd əleyhinə, işlədici, qazqovucu, sidikqovucu kimi təsirlər göstərir.
Tərkibindəki uçucu yağ komponentləri bir çox xəstəlik törədən bakteriya və mikroorqanizmlərə qarşı aktiv təsir göstərir. Bu səbəbdən infeksiyaların qarşısının alınmasında və mövcud problemlərin yüngülləşməsində istifadə edilə bilər. Vitamin və mineralları hesabına zirə meyvəsi immun sistemin güclənməsində dəstək rolunu oynaya bilər. Meyvələr mədə-bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm vəzilərinin sekresiyasını artırır, iştahaaçıcı təsir göstərir.
Zirə meyvəsi enerji təmin edən karbohidratlar və həzm sistemi üçün faydalı bitki lifləri ilə zəngindir. Bu səbəbdən həzmi yaxşılaşdırır, bağırsaqlarda qazəmələgəlməni azaldır, əmələ gələn qazların xaric olunmasını asanlaşdırır. Uçucu yağların təsiri ilə həzm fermentlərinin fəaliyyətinin artmasına kömək edir, bu da qidanın daha yaxşı emal olunmasına şərait yaradır.
Əsasən qastrit, enterokolit, uşaqlarda bağırsaq kolikləri, xroniki atonik qəbizlikdə yaxşı nəticə verir. Zirə meyvələrindən bir çox xəstəliklərin nəticəsi olaraq öd kisəsi və mədəaltı vəzin funksiyalarının ləngiməsi ilə əlaqədar yaranan köp və meteorizm zamanı istifadə olunması tövsiyə olunur.
Bitkinin meyvələri kəskin və xroniki bronxit, pnevmoniya, soyuqdəymə, qrip kimi tənəffüs sistemi xəstəliklərində bəlğəmgətirici kimi istifadə edilir. Onlar bronxların divarından selik ifrazını artıraraq qatı və yapışqan bəlğəmi durulaşdırır, kirpikli epitelin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olmasını asanlaşdırır. Zirə meyvəsinin faydaları bununla bitmir. Bitkinin meyvələri südverən analarda laktasiyanı artırır. Müxtəlif miqdarda zülal və vitaminlər (xüsusilə B qrupuna aid), minerallar, həmçinin dəmir və kalsiumla zəngin olduğu üçün ana südünün tərkibini zənginləşdirir.
1 xörək qaşığı meyvəni 1 stəkan su ilə qarışdıraraq 3 dəqiqə qaynatmaq lazımdır. Qarışımı 1 xörək qaşığı olmaqla gündə 3 dəfə içmək lazımdır. Zirə meyvələrinin hamilələrdə ehtiyatla istifadəsi tövsiyə olunur.