Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Şüyüd Meyvəsi̇

Tərkib:
Şüyüd meyvəsinin tərkibində efir yağı (karvon, dillapiol, fellandren, limonen, beta-pinen, miristisin), 20%-ə qədər piyli yağlar, yağ turşusu qliseridləri, flavonoidlər kversetin, izoramnetin və kemp­ferol var.

İstifadəsi:
İki çay qaşığı meyvəsinin üzərinə 200 ml (1 stəkan) su əlavə edilir, qaynar su hamamında 15 dəqiqə dəmlənir, 45 dəqiqə soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Şüyüd birillik ot bitkisidir. Çətirşəkilli sarı rəngli çiçəklərə sahibdir. Şüyüd meyvəsi ikitoxumlu və ovalşəkillidir. Yetişmiş meyvələri 3-5 mm uzunluqda olur və qəhvəyiyəçalan rəngə malikdir. Qədim dövrlərdən bəri şüyüd bitkisinin yayıldığı ərazi Aralıq dənizi regionu hesab olunur. Hal-hazırda İran, Azərbaycan da daxil olmaqla Qafqaz, Hindistan və Pakistanda geniş yayılıb. Güclü aromatik və xoş ətrə malikdir.

Şüyüd meyvəsinin tərkibi

Şüyüd meyvəsinin tərkibi karvon, limonen, dillapiol, fellandren kimi efir yağları, flavonoidlər, taninlər, zülallar, olein, linolein, palmitin və s. kimi yağ turşuları ilə zəngindir. Bu bioloji aktiv komponentlər bitkinin müalicəvi xüsusiyyətlərinin çoxluğundan xəbər verir. Şüyüd meyvəsi mədə və bağırsaqlarda həzmi yaxşılaşdırır, iştahaaçıcı, metabolizm tənzimləyicidir. Bağırsaqlarda peristaltikanı normallaşdırır, qidanın rahat həzm olunmasını təmin edir və spazmları azaldır. Qazəmələgəlməni azaldır, bağırsaqlarda yaranan qazların xaric olmasını asanlaşdırır, meteorizm və köp əleyhinə təsir edir. Yenidoğulmuş körpələrdən tutmuş istənilən yaş kateqoriyasında olan insanların qarın nahiyəsində yaranan köp və şişkinliyi azaldır.

Şüyüd meyvəsi 1 yaşa qədər uşaqlarda tənəffüs sisteminin iltihabi xəstəlikləri, o cümlədən qrip, soyuqdəymə, bronxit zamanı da seçim məhsulunuz ola bilər. Belə ki, bu yaş dövründə bəlğəmi yumşaldaraq bəlğəmgətirici kimi istifadə oluna bilən unikal təbii vasitədir. Tərkibində olan efir yağları hesabına bakteriya və göbələk əleyhinə təsir göstərir, həmçinin orqanizmdə xəstəlik törədən mikrobları məhv edir.

Şüyüd meyvəsinin orqanizmə faydaları nələrdir?

Şüyüd meyvəsi südverən analarda süd əmələgəlməni stimulyasiya edir. Laktasiya dövründə olan qadınlara ilk gündən etibarən hər gün müntəzəm olaraq istifadə etmək tövsiyə olunur. Bu dövrdə ana və körpənin həzmini rahatlatmaq, köp səbəbindən yaranan gərginliyi və yuxusuzluğu aradan qaldırmaq üçün hər ikisinin qəbul etməyi lazımdır.

Şüyüd meyvəsi sinir sisteminin də fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, narahatlığı dəf edir. Bitki spazmolitik olduğundan böyrək və sidik yolu infeksion xəstəlikləri zamanı yüngül sidikqovucu effekt verir. Pielonefrit, sistit, uretrit, sidik daşı kimi xəstəliklər zamanı yaranmış göynəmə və sancıları azaldır. Sidikqovucu olduğu üçün böyrək problemləri zamanı bədəndə ləngiməkdə olan artıq mayeni çıxarmağa kömək edir.

Şüyüd meyvəsinin tərkibində olan flavonoidlər və polifenollar maddələr mübüdiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır, orqanizmdən xaric olmasını təmin edir. Hüceyrə membranını sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, dolayı yolla da olsa şişəmələgəlmənin qarşısını alır, qocalma əleyhinə təsir göstərir. Uşaqsalma riskini gözə alaraq hamilə qadınlarda yüksək dozada istifadəsi tövsiyə olunmur. Şüyüd meyvəsi xalq təbabətində dəmləmə, tinktura, ekstrakt, həmçinin kulinariyada ədviyyat formasında istifadə olunur.

  • “Herba Flora” şirkəti şüyüd meyvəsi ilə zənginləşdirilmiş ŞüyüdUrotea çaylarını istehsal edir. Bundan başqa şirkət şüyüd meyvəsini ayrılıqda da istehsal edir.

Əlaqəli bloq yazıları:

Bəlğəmli öskürək nədir? Necə yaranır?

Həzm sistemi

Ana südü

Bronxit.

Oxşar Məhsullar