Məhsullar

İtburnu Meyvəsi̇

Tərkib:
İtburnu meyvələrinin tərkibində askorbin turşusu (2,5 – 5,5%), B2, K, P vitaminləri, riboflavin, karotinoidlər (provitamin A), likopen, kriptoksantin, flavonoidlər (kersetin, kempferol, izokersetin, tilozid), antosianlar, piyli yağlar, şəkərlər (18%-ə qədər), pektin maddələr, üzvi turşular (alma və limon), aşı maddələri var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperatu­runda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən 30 dəq. sonra qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

İtburnu Mevvəsi və Zəngin Tərkibi

İtburnu Rosaceae ailəsinə məxsus yabanı qızılgül növü hesab olunur. İtburnunun müalicəvi xüsusiyyətləri çox qədimdən elm aləminə məlumdur. İtburnu meyvəsi tünd qırmızı və sarı rəngli olub 3 sm uzunluqda oval formalıdır. Turşaşirin dadlı olub tərkibi fruktoza, qlükoza və üzvi turşularla zəngindir. İtburnu meyvəsinin tərkibi vitaminlər, minerallar, antioksidantlarla zəngin olduğu üçün faydalı xüsusiyyətləri saymaqla bitmir. Çoxsaylı elmi tədqiqatlar nəticəsində itburnu meyvəsi B1, B2, C, P, PP, E, A, K vitaminləri, sink, manqan, kalsium, kalium, dəmir, fosfor, maqnezium, natriumla zəngin olduğu aşkarlanmışdır. İtburnu meyvəsində askorbin turşusunun miqdarı limondan 100 dəfə çoxdur.

İtburnu Meyvəsinin Faydaları

İtburnu meyvələri iltihab əleyhinə effekt verir, orqanizmdə infeksiyalara qarşı aktiv mübarizə aparır. Ödqovucudur, qaraciyərdaxili öd yollarında, öd kisəsi və öd yollarında durğunluğu aradan qaldırır. Orqanizmi ağır metal duzları, şlak və toksinlərdən azad edərək detoks edir. Həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır.

Bitki ürək-damar sisteminin işini yaxşılaşdırır. Arterial təzyiqi stabilləşdirir. Qanda şəkər və xolesterin səviyyəsini normallaşdırır. Qida ilə qəbul olunan dəmirin orqanizm tərəfindən rahat sorulmasını təmin edir, B və C vitaminləri ilə zəngin olduğu üçün qanyaranmada iştirak edir, hemoqlobin sintezini artırır.

İtburnu Meyvəsinin Böyrək Sağlamlığına Təsiri

İtburnu meyvəsi həmçinin təbii sidikqovucu hesab olunur. Böyrəklərin duz və daşlardan təmizlənməsinə kömək edir. İtburnu B1, B2 vitaminləri hesabına orqanizmdə zülal və karbohidrat mübadiləsini yaxşılaşdırır, dəri və selikli qişaların, saçların sağlamlığının qeydinə qalır. Bitki vitamin PP sayəsində toxumalarda kapilyar qan dövranını və regenerasiyanı sürətləndirir. Hüceyrə tənəffüsünü və ürək-damar sisteminin işini yaxşılaşdırır.

Vitamin E və A sayəsində antioksidant effekt verərək orqanizmdə gün ərzində əmələ gələn çoxsaylı sərbəst radikalları neytrallaşdırır. Qocalma əleyhinə və şiş əleyhinə effekt verir. İtburnu meyvəsi orqanizmin immun sistemini gücləndirir, bədənin ətraf mühitin qıcıqlandırıcı faktorlarına qarşı müqavimətini artırır. Vitamin K sayəsində qanın normal laxtalanmasını təmin edir, sümük toxumasının minerallaşmasını sürətləndirir. İtburnu meyvələri orqanizmdə ATF sintezini artıraraq biokimyəvi reaksiyaları sürətləndirir.

  • “Herba Flora” şirkəti itburnu tərkibli İmmunotea, Mirfazin, Teamen çaylarını, Hepanat şərbəti, Şəfa vitamini, Lorosept ağız boşluğu və boğaz üçün antiseptik məhlul və spreyi, İmmun 10 kapsulunu, Fitocold soyuqdəymə və qrip əleyhinə saşeni istehsal edir. Yaz və payız aylarında kəskinləşən tənəffüs sistemi xəstəliklərində İmmunotea, Immun 10, Fitocold kimi təbii vasitələr əsl seçim preparatı ola bilər. Mirfazin çayı şəkərli diabet xəstəliyində həm şəkərsalıcı, həm də orqanqoruyucu kimi istifadə olunur. Hepanat şərbəti güclü qaraciyərqoruyucu və ödqovucu hesab olunur.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar