Məhsullar

Goji Berry Giləmeyvəsi

Goji berry – təbii enerji mənbəyidir. Tərkibində yüksək miqdarda olan antioksidantlar, xüsusilə zeaksantin sayəsində orqanizmi zərərli maddələrdən təmizləyir, çəki atmağa yardım edir. Şəkərli diabet zamanı qidaya diyetik əlavə kimi tövsiyə olunur.

İstifadəsi:
1 çay qaşığı giləmeyvə 1 stəkan qaynar suda dəmlənir. Gün ərzində 2-3 stəkana qədər içilə bilər. Giləmeyvə həmçinin çərəz kimi yeyilir, sıyıq, müsli və salatlara əlavə edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Goji Berry giləmeyvələri 4000 ildən çoxdur ki, şimal-qərbi Çində yetişdirilir. Bu bitki eramızdan əvvəl 200-cü ildə ənənəvi Çin təbabətində geniş istifadə olunurdu. Əfsanələrə görə min il bundan əvvəl Himalay dağlarında qədim rahiblər sağlamlıq, uzunömürlülük, yüksək enerji, əmək qabiliyyəti qazanmaq üçün öz qidalarına Goji Berry giləmeyvələrini əlavə edirdilər.

Bitkinin giləmeyvələri kollarda yetişir. Kolların hündürlüyü 3-4 metr olur və 2metr uzunluğunda tikanlı budaqlarla əhatə olur. İyul ayından sentyabra qədər o qədər də diqqəti cəlb etməyən bitki çiçək açır və tədricən həmin çiçəklər xırda, qırmızı rəngli giləmeyvələrə çevrilir. Qurudulmuş giləmeyvələr zahirən zirinc, yaxud kişmişi xatırladır, lakin iriliyi ilə onlardan seçilir. Goji Berry giləmeyvələri quşüzümü dadı verir.

Goji Berry giləmeyvəsinin

  • Tərkibi

Bitkinin giləmeyvələri antioksidantlar, zülal və minerallarla (sink, yod, selen, dəmir, kalsium, kalium, fosfor, maqnezium), polidoymamış yağ turşuları, Omeqa-6, Omeqa-3 ilə yanaşı A, C, B1, B2, B6, B9 vitaminləri ilə də zəngindirlər. Deyilənlərə görə 1 xörək qaşığı Goji Berry giləmeyvəsi qəbul etmək insanın gündəlik vitamin və minerala olan təlabatını ödəyir. Bu giləmeyvələr immuniteti yüksəldir, orqanizmi virus və infeksiyalardan qoruyur, qanın tərkibini yaxşılaşdırır, qırmızı və ağ qan hüceyrələrinin sintezini təmin edir.

  • Sağlamlığa faydaları

Goji Berry giləmeyvəsinin tərkibindəki siperon koronar arteriyalarda, ürək əzələsində qan dövranını yaxşılaşdırır. Bundan əlavə giləmeyvələrin tərkibindəki polisaxaridlər qanda qlükoza və xolesterin səviyyəsini stabil saxlayır. Mütəmadi olaraq Goji Berry giləmeyvələrinin qəbulu qanda limfositlərin miqdarını yüksəldir, nəticədə orqanizmin xəstəliklərə qarşı müqaviməti artır. Bu bitki bağırsaq mikroflorasını yaxşılaşdırır, qaraciyəri toksinlərdən təmizləyir, orqanizmdən artıq mayeni çıxarır, həmçinin maddələr mübadiləsini yaxşılaşdırır, hormonal balansı təmin edir.

Tibet zirinci kimi tanınan Goji Berry giləmeyvəsi kişilərdə potensiyanı yaxşılaşdırır, kişi cinsi hormonlarının sintezini artırır. Kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır, sonsuzluqla mübarizədə əhəmiyyətlidir. Bu bitkinin giləmeyvələri qadın orqanizmi üçün də çox faydalıdır. Qadınlar aybaşı zamanı qəbul edərsə ağrı azalır. Klimaks zamanı Goji Berry giləmeyvələri xüsusilə tövsiyə olunur. Goji Berry giləmeyvəsi yeyən qadınların əhvali-ruhiyyəsi yaxşılaşır, dərisi gözəlləşir, orqanizmi cavanlaşır.

  • Arıqladıcı təsiri

Goji Berry giləmeyvələri az kalorilidir, lakin vitamin, mineral, zülal və yağlarla zəngindir, həmçinin arıqlamaq üçün qida rasionuna əlavə etdikdə gözəl nəticələr alınır. Tərkibindəki antioksidantlar hüceyrələrdə oksidləşmə reaksiyalarını sürətləndirir, orqanizmin zərərli maddələrdən azad olmasını təmin edir. Fiziki aktivliyin artırılması ilə yanaşı Goji Berry giləmeyvəsinin qəbulu artıq çəkidən azad olmağa kömək edir.

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar