Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Mayaotu Qozası (mayasarmaşığı qozası, xmel, şerbetçi otu)

Tərkib:
Mayasarmaşığı qozalarının tərkibi efir yağı (1,8%-ə qədər), polifenol birləşmələr (2-5%), acı maddələr, qatranlı maddələr (lupulin, humulen turşusu, humulon, lupulon və s.), flavonoidlər (0,85%-ə qədər), mumlar, kumarinlər, aşı maddələri, aromatik birləşmələr, B qrupu vitaminləri, xolin, estrogenəbənzər maddələr, alkaloidəbənzər maddə (humulin) ilə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qayna-yan su hamamında dəmlənir, 45 dəq. otaq tempera­turunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən əvvəl qəbul edilir; xaricə islatma şəklində tətbiq olunur. Dəmləməni sərin yerdə 2 günə qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Xmel, şerbetçi otu kimi tanınan mayaotu yüksək müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində geniş tətbiq olunan dərman bitkisidir. Şimali Amerika, Avropa və Asiya materiklərində yayılıb. Bu bitki təbii olaraq soyuq və mülayim iqlimlərdə yetişir, əsasən göllər, çay kənarları və ya meşəlik ərazilərdə rast gəlinir.

Mayaotu qozasının tərkibi

Latın dilində “Humulus lupulus” adlanan bu bitki bir çox bioloji aktiv maddələrlə zəngindir. Onun tərkibində olan əsas maddələr bir neçə qrupa bölünür. Bu maddələrdən alfa-asidlər (humulonlar) acı dada malik olub orqanizmə antiseptik təsir edir. Beta-asidlər (lupulonlar) göbələk əleyhinə təsirə malikdir. Dəri problemlərində və göbələk infeksiyalarında xaricə islatma şəklində tətbiq olunur. Bu maddələr həmçinin iltihab əleyhinə və antioksidant xüsusiyyətlər daşıyır.

Mayaotu qozasının faydaları

Mayaotu qozasının tərkibi mirillin, karyofillen, farnezen, humulen kimi sakitləşdirici xüsusiyyətli efir yağları ilə də zəngindir. Bitkinin həm daxilə, həm də xaricə istifadəsi mümkündür. Tərkibindəki kumarin maddəsi hesabına orqanizmi tonuslandırır, mərkəzi sinir sisteminə müsbət təsir edir. Lupulin maddəsi yuxu ritmini tənzimləyir.

Yuxusuzluq, əsəbilik, stress və narahatlıq hallarının azaldılmasında istifadə olunur. Mayaotu qozası həm çay, həm də tinktura formasında sadalanan effektləri verir. Həmçinin bitkinin tərkibində tanin adlanan maddə vardır ki, həzm traktının selikli qişasına yüngül büzücü təsir göstərir. Taninlər xəstəlik törədən bakteriyaların çoxalmasını əngəlləyir.

Mayaotu qozasının əlavə təsirləri

Bundan başqa mayaotu qozası iştahaaçıcı effekt verir. Mədə və bağırsaqlarda qazın və köpün azalmasına kömək edir, qıcqırmanı və diskomfortu aradan qaldırır. Estrogenəbənzər maddələr ehtiva edir, qadınlarda hormonal balansın tənzimlənməsinə müsbət təsir göstərə bilir. Menopauza simptomlarının (istibasmalar, əsəbilik) yüngülləşdirilməsi məqsədilə istifadə edilir.

Mayaotu qozasının faydaları bununla da bitmir. Bitkinin tərkibi yüksək miqdarda fitosterollarla zəngindir. Bu bitki mənşəli steroid maddələr ürək-damar sistemi üçün çox faydalıdır, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir. Bitki flavonoid və polifenollarla da zəngindir. Bunlardan ksantohumol adlanan maddə orqanizmə çox güclü antioksidant təsir göstərir. Bəzi tədqiqatlar onun xərçəng əleyhinə effekt verdiyini də təsdiqləyib.

Mayaotu qozası pivə sənayesində də geniş istifadə olunur. Mayaotu qozaları pivəyə ətir və acılıq xüsusiyyətləri verir, həmçinin təbii konservant rolunu oynayır. Fermentasiya zamanı stabil mikrobioloji mühit yaradır. Bitkinin qozaları zəngin efir yağı tərkibi hesabına aromaterapiya və kosmetologiyada da geniş tətbiq olunur.

  • “Herba Flora” şirkəti mayaotu qozasını həm ayrıca, həm də Sedativ çay, Serebratea, Feminika, Teazol kimi bir-birindən fərqli effektləri olan faydalı, təbii çayların tərkib hissəsi olaraq istehsal edir. Bunlardan Sedativ çay adından göründüyü kimi sakitləşdiricidir, Serebratea isə beyin qan dövranını yaxşılaşdırır. Feminika qadınlarda hormonal balansı tənzimləyir, Teazol isə qurd əleyhinə təsir edir.

Əlaqəli bloq yazıları:

Yuxusuzluğa nə səbəb olur? Yuxusuzluğa qarşı müalicə

Beyin qan dövranı və yaddaş üçün…

Oxşar Məhsullar