Məhsullarımız
Bitkilər
Kök
Gülxətmi̇ Kökü
Tərkib:
Gülxətmi köklərinin tərkibində əsas komponentləri polisaxaridlər olan 35% selik (hidroliz zamanı qalaktoza, pentoza və dekstrozaya çevrilən pentozanlar və heksozanlar), 37%-ə qədər nişasta, 8%-ə qədər şəkər, 2%-ə qədər asparagin, 4%-ə qədər betain, 1,7%-ə qədər piyli yağ, 16% pektin maddələr var.
İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir və ya otaq temperaturunda 12 saat saxlanır, süzülür. Böyüklər gündə 4-5 dəfə, hər dəfə 1/3 stəkan, uşaqlar gündə 3-5 dəfə, hər dəfə 1-2 xörək qaşığı qəbul edə bilər.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Gülxətmi çoxillik dərman bitkisidir. Hündürlüyü 1,5 metrə çatır və əsasən Avropa, Qərbi Asiya, Orta Şərqdə geniş yayılıb. Bitki ən çox rütubətli ərazilərdə bitir. Gülxətminin ən faydalı hissəsi onun kökü hesab olunur. Gülxətmi kökü L-aspargin, karotin, fitosterinlər, yağ turşuları, pektinlə zəngindir. Bundan başqa bitki dəmir, kalium, kalsium, maqnezium, sink, selen, yod kimi mineral maddələri də özündə saxlayır.
Gülxətmi kökü bəlğəmgətirici, öskürək əleyhinə, ağrıkəsici, yumşaldıcı, iltihab əleyhinə, bürüyücü təsir göstərir. Gülxətmi protektor bitki hesab olunur. Demək olar orqanizmin bütün orqanlarına təsir göstərir. Bitki köklərinin tərkibində olan polisaxaridlər həcmcə çoxalaraq selikli qişanın və dərinin səthini bürüyür. Uzun illərdən bəri akademik təbabətdə tənəffüs yollarının kompleks müalicəsində, bronxit, göyöskürək, bronxial astma, bronxopnevmoniya, traxeit xəstəliklərində geniş istifadə olunub.
Selikli komponentlərlə zəngin olduğu üçün bu bitkini zəyərəklə belə müqayisə edirlər. Gülxətmi kökü selikli maddələr hesabına tənəffüs yollarının selikli qişasını bürüyür, iltihab nahiyələrini qıcıqlanmadan qoruyur. Bitki həmçinin xəstələrdə öskürəyi azaldır, zədələnmiş toxumaların bərpasını sürətləndirir, bəlğəmin xaric olmasını asanlaşdırır. Bu o deməkdir ki, o bəlğəmi durulaşdırmaqla qalmır, həmçinin tənəffüs yollarında kirpikli epiteli ehtizaza gətirərək bəlğəmin rahat çıxmasını təmin edir.
Gülxətmi kökü mədə-bağırsaq xəstəliklərində də faydalıdır. Seliklə zəngin olduğu üçün müalicə zamanı iltihab əleyhinə preparatların mədənin divarında uzun müddət qalmasını təmin edir, evakuasiyasını ləngidir, bağırsaq mikroflorasını dəstəkləyir. Selik və pektin bağırsaqda faydalı bakteriyaların qidalanmasını təmin edir, qəbizlik kimi problemləri aradan qaldırır. Gülxətmi kökü bağırsaq peristaltikasını artırır, iştahanı azaldır, insanda toxluq hissi yaradaraq arıqlamağa kömək edir.
Bitkinin kökü profilaktik məqsədlə istifadə edildikdə istənilən yaşda ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Bitki antioksidant və iltihab əleyhinə xüsusiyyətləri hesabına damar divarını möhkəmləndirir, arterial təzyiqi normallaşdırır. Gülxətmi kökü diş əti xəstəliklərində də faydalıdır. Bundan başqa bitki qastrit və xoranın müalicəsində geniş miqyasda istifadə olunur. Gülxətmi kökünün ekstraktı və cövhəri psoriaz və ekzema zamanı effektli olaraq xəstəliklərin inkişafının qarşısını alır, xəstələrdə simptomların intensivliyini azaldır. Tərkibində çox sayda olan polisaxaridlər faqositlərin aktivliyini artırır, immunitetin qüvvətlənməsini təmin edir. Kosmetologiyada akne, kəpək və sızanaqlarda da faydalıdır.
Əlaqəli yazı mövcud deyil.