HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Zəyərək toxumunun faydaları nələrdir?

Mündəricat

Zəyərək (kətan) toxumunun insan sağlamlığına necə fayda verə biləcəyi hələ qədim zamanlardan məlumdur. Zəyərək mülayim iqlimlərdə yetişir, təxminən 200 növü vardır, toxumları qızılı və ya qəhvəyi rəngdə olur. Zəyərək toxumunun tərkibində çoxlu qida maddələri, tiamin (vitamin B1), mis, molibden, fosfor, Omeqa-3, alfa-linolen turşusu və selik vardır. Tiamin (B1) maddələr mübadiləsini və sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, mis isə normal böyümə və inkişafa kömək edir. Molibden diş sağlamlığını və hemoglobin səviyyəsini dəstəkləyir, fosfor sümük sağlamlığını və möhkəmliyini təmin edir. Lignanlar isə ürək və damar sağlamlığını yaxşılaşdırır, həmçinin iltihab və oksidləşdirici stress riskinin qarşısını alır. Ürək-damar sisteminin fəaliyyətini dəstəkləyən kətan toxumu LDL (zərərli) xolesterol səviyyəsini 9-18% azalda bilir. Kətan toxumları həzmi yaxşılaşdırır, diabet riskini azaldır, ürək və qan damarlarının düzgün işləməsinə kömək edir.

Zəyərək toxumunun faydaları

Zəyərək toxumlarında olan Omeqa-3 və alfa-linolen orqanizmin istehsal etmədiyi yağ turşularıdır, ona görə də orqanizmin bu ehtiyaclarını mütəmadi olaraq təmin etmək vacibdir. Alfa-linolen və Omeqa-3 damarlarda iltihabı azaldaraq ürək xəstəliyi riskini azaldır. Kətan toxumu immun sistem üçün vacib olan arginin və qlutamin amin turşuları ilə də zəngindir. Bunlar həzmi asanlaşdırır. Toxumların tərkibində olan bitki lifləri yüngül təsir edərək qəbizliyi aradan qaldırır. Həll olunan liflər isə həm faydalı bağırsaq bakteriyalarını qidalandırır, həm də həzm sistemində şişərək nəcisin həcmini artırır və defekasiyanı asanlaşdırır. Kətan toxumu komponentlərinin estrogenlə struktur oxşarlığına görə, hamilə qadınlar üçün təhlükəli ola bilər. Onlar həm bütöv, həm də üyüdülmüş şəkildə qəbul edilə bilər. Əzilmiş kətan toxumları daha çox işlədici təsirə malikdir və bağırsaqları daha yaxşı təmizləməyə kömək edir.

Zəyərək toxumun xəsəliklər üzərində təsiri

Qıcıqlanmış bağırsaq sindromu, qastrit əlamətlərini aradan qaldırır, mədə-bağırsaq traktının iltihabının sorulmasını təmin edir. Həmçinin dəmir və sink kimi bir sıra faydalı mineralların həzminə mane olan fitinləri parçalayır. Kətan toxumlarının tərkibində olan lignanlar güclü antioksidant və təbii fitoestrogenlər kimi çıxış edərək hormon səviyyəsini tarazlaşdırır, xüsusən süd vəzi xərçəngi əleyhinə təsir edir. Çoxsaylı vitaminlərdən başqa, kətan toxumunun tərkibində olan maqnezium, kalium, kalsium və dəmir əzələlərin işini, ürək fəaliyyətini, sümüklərin möhkəmliyini qoruyur və qan sisteminə müsbət təsir göstərir. Zəyərək toxumu yuxarıda təsvir edilən faydalarına əlavə olaraq, çəkini idarə etməyə kömək edir, iştahanı azaldır, sağlam pəhriz saxlamağı asanlaşdırır.
“Herba Flora” şirkəti zəyərək toxumlarını ayrıca, soyuq sıxma üsülu ilə alınan Fitooil Zəyərək yağı şəklində, mədə xəstəlikləri əleyhinə Teastomin çayında, həmçinin işlədici təsirli Prolaks şərbətinin tərkibində istehsal edir.

https://herba-flora.com/
https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız