Udi-hindi

Udi-hindi

Udi-hindi bitkisi Asiya ölkələri və Yaxın Şərq təbabətində çox geniş istifadə olunur. Adı “hind budağı” kimi tərcümə edilir. Ən lazımlı hissəsi bitkinin köküdür. Ondan poroşok, kapsul və qranul hazırlanır. Məhəmməd peyğəmbər tərəfindən də abu bitkinin müalicəvi təsirləri və faydaları haqqında geniş məlumat verilib.

Udi-hindinin iki növü var.
1. Qara (hindi) növünün tərkibi qidalı maddələrlə çox zəngindir.
2. Ağ (bəhri) növü daha az aktiv komponentlərə malikdir. Bəhri növünə dəniz növü də deyilir. Tərkibində iyirmi növ aminturşu, benzoy, qlütamin turşusu, qlisin, mineral maddələr, dəmir, kalsium, fosfor, vitamin – askorbin turşusu, tokoferol, riboflavin kimi maddələr vardır.

Udi-hindinin ümumi faydaları

 

1. Ümumi möhkəmləndirici, immunostimulyatordur. Belə ki, profilaktika məqsədi ilə təyin etdikdə fəsli infeksiyaların qarşısını alır.
2. Antibakterial, antiseptik təsir göstərir. Respirator infeksiyalar zamanı zəngin vitamin və efir yağları tərkibi mikrob əleyhinə təsirini gücləndirir.
3. İltihabəleyhinə, yarasağaldıcı effekt verir. Həşərat dişləməsi, yara, akne, yanıq və donma nəticəsində zədələnmiş dəri tamlığının bərpa olmasını sürətləndirir.
4. Detoksik və antiparazitar təsir göstərir. Qaraciyərin antitoksik funksiyalarını normallaşdırır, helmintlərdən azad edir. Həzm traktı xəstəliklərində orqanizm tərəfindən qlükozanın mənimsənilməsində əsas rol oynayır. Piylənmə, androloji, ginekoloji xəstəliklər, sonsuzluq və seksual disfunksiyalar zamanı müsbət təsir göstərir.
5. Cavanlaşdırıcı effekti vardır. Yüksək antioksidant tərkibə malik olduğuna görə üz dərisinin qırışlarını azaldır, dərinin tonusu və elastikliyini artırır.
6. Antiallergik təsir edir. Udi-hindinin quru kökünün yanması zamanı əmələ gələn tüstü tənəffüs yollarında allergiya simptomlarını aradan qaldırır. İntensiv öskürək və boğulmanı azaldır.
7. Antianemik effekt verir. Zəngin dəmir tərkibi hesabına hamiləlik, doğuşdan sonra və laktasiya dövründə, alimentar və digər etiologiyalı dəmir defisitli anemiyalarda çox müsbət təsir göstərir. Uşaqlarda və böyüklərdə xroniki xəstəliklər, revmatizm və s. müalicəsində çox effektlidir. Keçmiş zamanlarda boğaz ağrısında udi-hindinin tüstüsünü, öskürək zamanı isə tozunu qəbul etmişlər.

Udi-hindi orqanizmi enerji ilə təmin edir, iştaha azlığında, qarında ağrı və köpmə, ürəkbulanma və qusma zamanı simptomları aradan qaldırır. Artıq çəkidən azad olmağa kömək edir. Udi-hindinin tozunu zeytun yağı ilə qarışdırıb üzə çəkərək dəridəki ləkə və çillərdən azad olmaq olar. Udi-hindi çox geniş təsir effektinə malik bir məhsuldur. Həm toz, həm də kapsul formasında buraxılır. Herba Flora şirkətinin Nat-udi hindiUdin10 adı ilə udi-hindi tərkibli kapsulları pasiyentlər tərəfindən yüksək qiymətləndirilir.

https://fizulihuseynov.com/

https://herba-flora.com