Sellülit

Sellülit

Sellülit dərinin patoloji vəziyyətidir. Bu bədənin müxtəlif nahiyələrinin dərialtı piy təbəqəsində qanın mikrosirkulyasiyasının pozulmasına və piy hüceyrələri arasında fibroz toxumanın inkişafına gətirib çıxaran bir prosesdir. Sellülit dərialtı piy təbəqəsinin həcminin artmasıdır ki, bunun da nəticəsində bədən kütləsi yüksəlir, dəri nahamar vəziyyət alır. Qeyri-düzgün qidalanma zamanı qida maddələrinin qəbulu onların istehlakından artıq olarsa, həmin maddələr yağ hüceyrələrində toplanır. Nəticədə yağ hüceyrələrinin həcmi və miqdarı artmağa başlayır ki, bu da öz növbəsində dərialtı piy təbəqəsinin qalınlaşmasına gətirib çıxarır. Böyümüş yağ hüceyrələri ətrafında olan hər şeyi sıxmağa başlayır. İlk növbədə hüceyrələri qidalandıran qan damarlarını sıxır, müvafiq olaraq dərialtı piy təbəqəsinin qanla təchizatı pozulur. Nəticədə oksigen axını azalır və sellülitin əsas klinik əlaməti olan birləşdirici lifli toxumanın inkişafı başlayır.

Oturaq həyat tərzi də sellülitin əmələ gəlməsinə səbəb ola bilər. Belə ki, əgər düzgün qidalanan və artıq çəkisi olmayan insan oturaq həyat tərzinə keçirsə, bu hal budun arxasındakı yumşaq toxumaların sıxılmasına səbəb. Nəticədə həmin nahiyədə qan dövranı pozulur və oksigen təchizatı zəifləyir. Hamıya məlumdur ki, sellülit qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Bunun əsas səbəbi dərialtı piy təbəqəsinin anatomik quruluşudur. Qadınlarda dərialtı piy toxumasının kollagen lifləri fərqli bir quruluşa sahibdir. Onlar dəriyə perpendikulyar və bir-birinə paralel yerləşirlər ki, bu da mayenin durğunluğuna səbəb olur. Qadın hormonu olan estrogen də öz növbəsində sellülitin əmələ gəlməsini aktivləşdirir. Kişilərdə isə kollagen lifləri bir-biri ilə kəsişir və güclü tor quruluşu əmələ gətirir. Kişilərdə sellüliti vizual olaraq təyin etmək mümkün deyil. Ancaq əhəmiyyətli dərəcədə çəki artığı olanda, yəni piylənmənin ikinci və üçüncü mərhələsində sellülit diaqnozu qoyula bilir.

Sellülitə çarə

Sellülitin birinci mərhələsi özünü heç bir əlamətlə göstərmir, çünki, “portağal qabığı” hələ nəzərə çarpayacaq dərəcədə olur. Dəri hələ də normal və hamar vəziyyətini saxlayır. İkinci mərhələ sellülitin vizual varlığıdır. Dərinin relyefi dəyişir, nahamar olur. Sellülitin üçüncü mərhələsində ayaqların və budun əzələləri tamamilə boşaldıqda belə dəri səthində pozuntular və qabarcıqlar nəzərə çarpır. Dördüncü mərhələ piylənmə xəstəliyinin son mərhələsidir. Fiziki fəaliyyət, pəhriz, sellülit əleyhinə kremlər və gellər, anti-sellülit masajlar və s. kimi tədbirlər sellülitin qarşısını alır. Herba Flora şirkəti sizlərə sellülit əleyhinə Şarm-lüks, Antixol, Diabetea, Mirfazin, xüsusilə də ətirli və dadlı Zərif çayları seriyasını təqdim edir. Bu təbii vasitələrdən siz də yararlanın, ideal bədən quruluşuna sahib olun!

https://fizulihuseynov.com/

https://herba-flora.com