Məhsullarımız
Bitki Çayları
Müalicəvi Bitki Çayları
Mi̇rfazi̇n Çay
Yüksək şəkər üçün çay
Tərkibi:
Qaragilə zoğları, toxumsuz lobya qını, itburnu meyvəsi, gicitkən yarpağı, aptek çobanyastığı çiçəyi, böyük bağayarpağı yarpağı, dazıotu otu, gülümbahar çiçəyi, boymadərən otu, beşdilimli damotu otu, şirin biyan kökü, andız kökü və kökümsovu.
İstifadəsi:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir.
Qəbul müddəti 4-6 həftədir.
İl ərzində 3-4 kurs qəbul etmək lazımdır.
Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.
Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.
100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com
TŞ AZ 1400297541.002-2019
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Mirfazin çayı, şəkərli diabetdən əziyyət çəkən və qan şəkərini nəzarətdə saxlamaq istəyən şəxslər üçün xüsusi bitkilərdən hazırlanmışdır. Aktiv maddələr sayəsində orqanizmə insulinəbənzər təsir göstərərək qanda şəkərin səviyyəsini tənzimləyir, maddələr mübadiləsini normallaşdırır və mədəaltı vəzin fəaliyyətini dəstəkləyir. Eyni zamanda diabetin ən çox zədələdiyi hədəf-orqanlar sayılan gözləri, böyrəkləri, sinir və ürək-damar sistemini şəkərin dağıdıcı təsirindən qorumağa yardım edir. Həmçinin susuzluq və gec sağalan yaralar kimi fəsadları da aradan qaldırmağa kömək edir.
Qanda şəkərin səviyyəsinin tənzimlənməsi və hüceyrələrə daşınması: mirtillin, arginin, fazeolin və inulin kimi maddələr hesabına insulinəbənzər təsir göstərir, qlükozanın toxumalar tərəfindən mənimsənilməsini təmin edir və qanda şəkərin səviyyəsini azaltmağa kömək edir.
Diabetik susuzluğun və tez-tez sidiyə getmənin qarşısının alınması: şirin biyan kökü qlisirrizin maddəsi sayəsində bədənin suya olan tələbatını, ağız quruluğunu və tez-tez sidik ifrazını aradan qaldırır.
Damar və sinir sisteminin diabetin fəsadlarından qorunması: itburnu və gicitkənin tərkibindəki P, PP və B qrupu vitaminləri sayəsində damar divarını möhkəmləndirir, elastikliyini artırır, ətraflarda mikrosirkulyasiyanı bərpa edir və hissiyyatın itməsinin qarşısını almağa yardımçı olur.
Trofik xoraların sağalması və toxumaların bərpası: iltihab əleyhinə və bakterisid təsiri sayəsində diabetik xəstələrdə gec sağalan yaraların və trofik xoraların regenerasiya prosesini sürətləndirir.
Karbohidrat, lipid və su-duz mübadiləsinin normallaşdırılması: orqanizmdə xolesterin mübadiləsini və yeməkdən sonra qan şəkərinin yüksəlmə səviyyəsini tənzimləyir.
Diabet fonunda hədəf-orqanların qorunması: şəkərin zərərli təsirlərinə qarşı orqanizmi daxildən qorumağa kömək edir.