Naringi

Mündəricat

Sitrus meyvələri ailəsindən olan naringinin vətəninin Çin olduğu düşünülür. Payız və qış mövsümündə yığılaraq istixanalarda yetişdirilən naringi il ərzində ərzaq mağazalarında tapıla bilir. Bu meyvədən desert, şirniyyat, dondurma sənayesində geniş istifadə olunur. Bundan başqa ətir və dəriyə qulluq vasitələri istehsalında da naringi geniş tətbiq edilir. O, karbohidratlarla zəngin bir meyvədir. Tərkibində həm də bol lif, protein, vitamin E, vitamin C, tiamin, piridoksin, natrium, kalium, kalsium, mis kimi bir çox mineral və komponentlər də var.


Naringi xərçəng xəstəliyinin inkişaf etməsinə mənfi təsir göstərir. Bu sahədə aparılan son araşdırmalar naringinin qaraciyər xərçənginə qarşı çox təsirli olduğunu ortaya çıxardı. Bundan əlavə, bol miqdarda C vitamini və beta-kriptoksantin ehtiva etdiyi üçün qaraciyər xərçənginin inkişaf riskini azaldır.

Naringinin faydaları


C vitamini baxımından çox zəngin olan naringi bu xüsusiyyəti sayəsində sərbəst radikallara həyat vermir. Nəticədə, onların yaratdığı bir çox xəstəliklərin riskini azaldır və orqanizmdə xolesterol sintezini məhdudlaşdırır. O, həmçinin pis xolesterolun səviyyəsini artıran sərbəst radikalların əmələ gətirdiyi elementləri də yox edir. Damarların tıxanması riskini azaldır. Həmçinin,  aterial təzyiqi tənzimləyir, aşağı təzyiq problemi olan insanlara da kömək edir. Tərkibində bol lif olan naringi iki yolla arıqlamağı asanlaşdırır. Birincisi, liflərin köməyi ilə mədənin toxluq hissini artırır. İkincisi, həzm sisteminə faydalıdır, xüsusilə də bağırsaq hərəkətlərini artırır və nəcisin asan xaric olmasını təmin edir.


Naringi immunitet sisteminin sağlamlığını qoruyan və gücləndirən bol C vitamini ehtiva edir. Xüsusilə qış aylarında soyuqdəymə nəticəsində yaranan bakterial və epidemik xəstəliklərə qarşı immuniteti gücləndirir. Bu səbəbdən qış aylarında bol-bol yeyilməsi tövsiyə olunur.
Naringi C vitamini hesabına dəri sağlamlığını təmin edir. Onu sərbəst radikallardan qoruyur və günəş şüalarının vurduğu zərərləri aradan qaldırır. Naringi qabığını birbaşa dəriyə çəkmək onu parlaqlaşdırır.
Naringi saç sağlamlığını da qoruyur. Xüsusilə kövrək saç strukturunu bərpa edərək tökülməsinin qarşısını alır.
Qış aylarında soyuqdəymə səbəbi ilə öskürək, zökəm və qrip kimi problemləri aradan qaldırmağa kömək edir. Bol C vitamini ehtiva etdiyi üçün naringinin əvvəlcədən yeyilməsi qış aylarında baş verə biləcək soyuqdəymə riskini azaldır.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.