Dəri Quruluğuna Çarələr

Dəri Quruluğuna Çarələr

Dəri quruluğu dərinin gözə çarpan problemlərindən biridir. Bu, dərinin üst qatında piyin miqdarının azalmasına dəlalət edir. Buna görə dəri nəm saxlama qabiliyyətini itirir. Nəticə etibarı ilə dəri kobudlaşır. Dərinin quruluğu çox vaxt qeyri-düzgün qidalanmadan qaynaqlanır. Əgər dəri səthi qabıqlanırsa bu, vitamin və mineral çatışmazlığının əlamətidir. Əksər hallarda A, E, B7 və D vitaminləri, eyni zamanda sink və polidoymamış yağ turşularının çatışmazlığı dəri quruluğuna gətirib çıxarır. Sistem xəstəliklərlə əlaqəsi olmayan dəri quruluğu kserodermiya adlanır.

Dəri quruluğunun yaranma səbəbləri

Müntəzəm olaraq su ilə təmas kserodermiyaya səbəb olur. Belə ki, gün ərzində əllərin iyirmi dəfədən çox yuyulması, iki saatdan artıq su ilə kontakt, rezin əlcəkdən iki saatdan artıq istifadə bu səbəblər arasındadır. Onu da qeyd edək ki, suyun tərkibi və hərarəti daha böyük əhəmiyyətə malikdir. Soyuq su dəriyə isti suya nisbətən daha çox mənfi təsir göstərir. Nəm iqlim şəraitində yaşama, xlorlu su hovuzlarından istifadə, ev və mənzillərin təmizliyi zamanı kimyəvi vasitələrdən istifadə dəriyə mənfi təsir edir. Dəri quruluğu şəxsi gigiyena qaydalarının pozulması, həm də düzgün seçilməyən kosmetik vasitələrdən istifadə nəticəsində də yaranır. Epilyasiya, dermabraziya və lazer prosedurları da dəri səthinə aqressiv təsir göstərir. Bunlardan əlavə nikotin turşusu, sidikqovucular, asitretin kimi bəzi dərman preparatlarının qəbulu da dəriyə mənfi təsir göstərir. Spirtli məhlulların benzil-benzoat emulsiyalarının, retinoidlərin istifadəsi dəridə yerli reaksiyalara səbəb olur.
Dərinin vəziyyəti yaş faktorundan da asılıdır. Yenidoğulmuşlar, uşaqlar və yetmiş yaşdan yuxarı böyüklər risk qrupuna daxildirlər. Yaş ilə əlaqədar dəridə baş verən dəyişikliklər ən çox daban nahiyyəsində özünü büruzə verir. Yaşlı insanlarda dəri quruluğu çox vaxt hormonal fonun dəyişməsi və distrofik proseslərlə əlaqədar olur. Dəri quruluğu bəzən irsi xarakter daşıyır. Bu da dərinin üst təbəqəsində struktur və funksional dəyişikliyə gətirib çıxaran gen mutasiyaları ilə əlaqədar inkişaf edir. Bu tip dəri quruluğu daha erkən yaşlarda əmələ gəlir və insanın bütün ömrü boyu davam edir. Allergik reaksiyalar, atopik dermatit, seboreya, ekzema, ixtioz, psoriaz, şəkərli diabet, hipertireoz və hipotireoz, qastritlər, xolesistitlər və duodenitlər, miqren, nevrozlar və depressiya da dəri quruluğuna səbəb olur.
Dəri quruluğundan qorunmaq üçün orqanizmi vacib mineral və vitaminlərlə təmin etmək, balanslaşdırılmış qaydada qidalanmaq, bədəni çox isti və soyuqdan qorumaq, stresdən uzaq olmaq lazımdır. Dəriyə xüsusi nəmləndirici və qidalandırıcı kosmetik vasitələrlə qulluq və tütün məhsullarından imtina sağlam və təravətli dərinin əsas sirlərindəndir. „Herba Flora” MMC sizlər üçün yüksək keyfiyyətli SUNEX günəşdən qoruyucu krem istehsal edir.

https://herba-flora.com/

https://fizulihuseynov.com/