Palıd qabığı nədir?
Palıd ağacı min illərdir ki, təbiətdə özünəməxsus iz buraxmış bir bitkidir. Bu ağacın qabığı isə qədim dövrlərdən tibb və sənaye məqsədləri üçün istifadə edilmişdir. Palıd qabığının bənzərsiz xüsusiyyətləri, yüksək müalicəvi keyfiyyətləri, elmi tədqiqatlara əsaslanan tibbi təsirləri vardır. Taninlər, flavonoidlər, fenol birləşmələri, sellüloza və hemisellüloza ilə zəngin olan palıd qabığının əksər xəstəliklərin müalicəsində özünəməxsus müsbət təsirləri vardır. Bu möcüzəvi təbii məhsulu sizlərə təqdim edirik.
Palıd qabığı və xüsusiyyətləri:
1. Büzücü
2. Bürüyücü
3. Antibakterial
4. Antioksidant
5. Göbələk əleyhinə
6. İltihab əleyinə
7. Qankəsici
8. Qoruyucu
9. Antitoksik
Palıd qabığı və təsiredici xüsusiyyətləri:
Palıd qabığının əsas tərkib hissəsi olan tanin birləşmələri onun tibbi təsirinin əsasını təşkil edir. Bu birləşmələr damar divarına büzücü təsir göstərərək qanaxmanı dayandırır, iltihabın sorulmasını tezləşdirir, mikrobların inkişafını və artıb çoxalmasını dayandırır.
Palıd qabığı yüksək keyfiyyətli flavonoidləri antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikalların zərərindən qoruyur. Hələ qədim zamanlardan təbii yolla orqanizmi toksiki maddələrdən təmizləmək məqsədi ilə palıd qabığının dəmləməsindən istifadə edilmişdir. Palıd qabığının bu xüsusiyyəti ürək-damar xəstəlikləri və xərçəngin profilaktikasında xüsusi əhəmiyyət daşıyır.
Palıd qabığının fenol birləşmələri zərərli mikroorqanizmlərin bölünüb çoxalmasının qarşısını alır. Bu təsir xüsusilə dəri infeksiyaları, ağız yaraları və həzm sistemi pozulmaları zamanı daha faydalıdır. Palıd qabığının dəmləməsi ekzema, dermatit və sızanaq kimi dəri xəstəliklərinin müalicəsində də istifadə olunur.
Palıd qabığının çayı ishal, mədə turşuluğunun azalması və həzm sisteminin digər narahatlıqları zamanı təbii vasitədir. O, bağırsaq mikroflorasını tənzimləyir və iltihabı sakitləşdirir. Palıd qabığının qaraciyərin işini stimullaşdırır və böyrəklərin sağlamlığını qoruyur.
Palıd qabığının dəmləməsi ilə qarqara ağız yaralarının və dişəti iltihabının müalicəsində istifadə edilir. O büzücü və bürüyücü təbəqə yaradaraq eroziyaların və xoraların regenerasiyası üçün şərait yaradır, çeynəmə zamanı selikli qişanı qidanın mexaniki təsirlərindən qoruyur.
Palıd qabığının dəmləməsi sidik yollarında olan iltihabın aradan qaldırılmasında və böyrəklərin təmizlənməsində mühüm rol oynayır.
Son illərdə bu bitki ilə bağlı aparılmış elmi tədqiqatlar onun tibbi potensialını daha yaxşı anlamamıza imkan yaratmışdır. “Herba Flora” şirkətinin bu sahədə fəaliyyəti danılmazdır. Şirkətin istehsal etdiyi bir çox məhsullar, o cümlədən Qastren çayı və Lorosept məhlulu, tərkibində olan palıd qabığının hesabına effektiv təsirə malikdir. Yuxarı tənəffüs yollarının və ağız boşluğunun stomatit, gingivit, rinit, faringit, laringit, parodontoz və tonzillit kimi xəstəliklərinin müalicəsində Lorosept məhlulu, bağırsaq infeksiyalarında isə Qastren çayı əvəzsiz müalicəvi əhəmiyyətə malikdir.
“Herba Flora” şirkətinin bu faydalı məhsullarından siz də istiadə edin, sağlamlığınızın qeydinə qalın.