Məhsullar

Palıd Qabığı Çayı

Tərkibi: Palıd qabığı.

İstifadəsi:
Ağız boşluğu və dişəti xəstəliklərində (stomatit, gingivit, parodontoz) və anginalarda antibakterial, büzücü və iltihab əleyhinə vasitə kimi qarqara şəklində istifadə olunur. Həmçinin ishallar və disbakterioz zamanı daxilə və imalə şəklində, uşaqlıq yolunun kandidozu və disvaginozlarda yuyunma və şırınqa şəklində tətbiq olunur. Dəri xəstəliklərində islatma və vanna şəklində istifadə oluna bilər.

İstifadə qaydası:
2 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, soyudulur, daxilə gündə 2-3 dəfə yeməkdən əvvəl, qarqara şəklində gündə 2-3 dəfə yeməkdən sonra, yuyunma, imalə və vanna şəklində isə gündə 1 dəfə suyun və filtr-bağlamaların sayını artırmaq şərtilə istifadə olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar