Bibəriyyə bitkisinin faydaları nələrdir? Bibəriyyə bitkisinin təsirləri

Mündəricat

Bibəriyyənin faydaları nələrdir?

Bibəriyyə (Rozmarin) daha çox Aralıq dənizi sahillərində yayılan bitki olub xırda yarpaqlara malikdir. Xoş ətrinə və gözəl görünüşünə görə şəhərlərin yaşıllaşdırılmasında geniş istifadə olunur. Bibəriyyənin hündürlüyü 1-2 metrə çatır, çoxillik bitki olub kiçik və yaşıl çiçəklərə sahibdir. İlin bütün fəsillərində istifadə etmək olar, çünki o həmişəyaşıl bitkidir. Bibəriyyə bir sıra xəstəliklərin müalicəsində istifadə olunur, həmçinin kosmetik vasitələrin tərkibinə də daxil edilir. Rozmarin turşusu ilə zəngin olan bu bitkinin normadan artıq istifadəsi yolverilməzdir. Hətta bibəriyyəni uzun müddət daxilə qəbul etdikdə mədə və bağırsaq problemlərinə səbəb ola bilər.

• Qan dövranını yaxşılaşdırır
Həzmi asanlaşdırır
İmmuniteti gücləndirir
• Arıqladır və piyləri əridir
• İltihab əleyhinə təsiri var
• Antibakterial və antimikrob təsiri var
• Antioksidantdır
• Revmatizm əleyhinə təsiri var
• İştahanı azaldır
Əsəbləri sakitləşdirir
• Demensiyaların inkişafını zəiflədir
Yuxunu və yuxu ritmini tənzimləyir

Bibəriyyənin farmakoloji xüsusiyyətləri nələrdir?

Bibəriyyə damarların mənfəzini açır, ürək, qan-damar sisteminin fəaliyyətini yaxşılaşdıraraq ürəyin işemik xəstəlikləri və infarkt riskini azaldır.
Bibəriyyə mədə-bağırsağın işini tənzimləyərək həzm prosesini sürətləndirir, köp promlemini aradan qaldırır.
Bibəriyyə yüngül qızışdırıcı effekt verərək bədəndə istiliyin yaranmasına və daha çox enerji sərf etməsinə səbəb olur. Bunun nəticəsində də enerjinin xaric olması artır və soyuq havalarda orqanizmin isinməsini təmin edir.

Bibəriyyə bitkisinin təsirləri nələrdir?

Bibəriyyə bitkisinin faydaları dedikdə başlıca olaraq saç köklərini qidalandıraraq gücləndirmə və uzanmasını sürətləndirməni əlavə etmək olar. Bibəriyyə maddələr mübadiləsini sürətləndirərək orqanizmdə artıq çəkinin əmələ gəlməsinə zəmin yaradan piyləri yandırır və lipid mübadiləsini tənzimləyərək arıqladıcı effekt verir. Beləliklə mütəmadi olaraq bibəriyyə qəbul edən şəxs öz çəkisini daim nəzarətdə saxlaya bilir. Bibəriyyə antioksidant təsiri nəticəsində hüceyrələrin strukturunu zədələyən və onların dağılmasına gətirib çıxaran sərbəst radikalları neytrallaşdırır və toksiki maddələri orqanizmdən xaric edir.

Bibəriyyə bitkisinin faydaları bununlada bitmir. Bibəriyyənin tərkibində yüksək miqdarda olan B, C, D, E, K vitaminləri, həmçinin dəmir, kalsium, maqnezium, fosfor mineralları orqanizmin immun sistemini gücləndirməyə kömək edir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Bibəriyyə dəmləməsi daxilə qəbul edildikdə tərkibində olan kapsaisin maddəsi hesabına bütün orqanizmdə iltihabın sorulmasını sürətləndirərək ağrıları azaldır.
Bibəriyyənin əsas özəlliklərindən biri də onun ədviyyat kimi istifadə olunmasıdır. Belə ki, ət və ət məhsullarının hazırlanmasında və qorunub saxlanmasında əvəzsiz bir ədviyyatdır.

Bibəriyyə bitkisindən kosmetik məhsulların hazırlanmasında və aromaterapiyada da istifadə olunur. Müalicəvi xüsusiyyətlərinə görə dəri xəstəliklərinin müalicəsində və dərinin kosmetik işlənməsində effektlidir.
“Herba Flora” şirkətinin məhsulu olan Lorosept məhlulunun tərkibində bibəriyyə bitkisi vardır. Ağız boşluğu və boğaz xəstəlikləri zamanı iltihabı və ağrını azaltmaq, mikrobların inkişafını ləngitmək üçün yardımçı vasitə kimi istifadə olunur.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız