Aptek çobanyastığı nədir:
Aptek çobanyastığı (Matricaria Chamomilla) Azərbaycanda çox geniş yayılmış bitkidir. Bu bitki xüsusi müalicəvi təsirlərə malikdir və onun çiçəklərindən dəmləmə, ekstrakt və yağ şəklində istifadə olunur.
Aptek çobanyastığı çiçəyinin xüsusiyyətləri:
• aseptik
• antiseptik
• İltihab əleyhinə
• Dezinfeksiyaedici
• Spazmolitik
• Sakitləşdirici
• Yuxugətirici
• Stresi aradan qaldıran
• Regenerasiyaedici
• Yarasağaldıcı
Aptek çobanyastığının faydaları və təsiri nələrdir?
Aptek çobanyastığının faydaları və çox geniş müalicəvitəsirləri mövcuddur. Tibdə və xalq təbabətində bitkinin çiçəyinin dəmləməsindən, ekstraktından və yağından istifadə olunur. Aptek çobanyastığı çiçəyi həm tək, həm də bir sıra bitkilərlə müxtəlif qarışım və yığıntılar şəklində bir çox xəstəliklərin müalicəsində təbii vasitə kimi istifadə edilir. Tənəffüs sitemi xəstəliklərindən rinit, sinusit, faringit, laringit, bronxit, traxeit və bronxopnevmaniyanın müalicəsində bu bitkinin çiçəyindən geniş istifadə olunur.
Aptek çobanyastığı çiçəyinin dəmləməsi konyuktivit, blefarit, allergik konyuktivit, uveit, dakriosistit, dakrioadenit kimi xəstəliklərin müalicəsində istifadə olunur. Aseptik, antiseptik, dezinfeksiyaedici təsir edərək göz yuvalarında olan infeksiyaların inkişafını dayandırır. İltihab əleyhinə təsir göstərərək göz yuvasında sklerada və gözyaşı kanalında qızartı, şişkinlik, ödem və sulanmanı dayandırır. Xəstəlik törədən mikroorqanizmləri məhv edir, onların bölünüb çoxalmasının qarşısını alır.
Aptek çobanyastığı çiçəyinin dəmləməsi və yağı yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri olan zökəm, angina, laringit, faringit həmçinin aşağı tənəffüs yollarının xəstəlikləri olan bronxit və traxeit kimi xəstəliklərin başlanğıc müalicəsində çox tez effekt verir. Belə ki, tənəffüs yollarına antiseptik, iltihab əleyhinə təsir göstərir. Spazmolitik təsir göstərərək qıcıqlanmanı aradan qaldırır, bəlğəmin sekresiyasını, durulaşmasını və xaric olmasını asanlaşdırır.
Aptek Çobanyastığının farmakaloji təsirləri nələrdir?
Aptek çobanyastığı çiçəyi qaraciyər, öd kisəsi, öd yolları, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin müalicəsində də gözəl effekt verir. Hepatit A, Hepatit B, Hepatit C və qaraciyərin piy distrofiyası (piyli hepatoz), bundan başqa xolesistit, xolangit, öd yollarının diskineziyası, qastrit, reflüks, ezofagit, duodenit, qastroduodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliklərinin xroniki formalarında güclü antiseptik, iltihab əleyinə, spazmolitik, regenerasiyaedici və yarasağaldıcı təsir göstərir.
Mədə-bağırsaq sisteminin selikli qişalarının iltihabi prosesini dayandırır regenerasiya prosesini sürətləndirir, həmçinin ödün öd yollarında hərəkətini asanlaşdıraraq onikibarmaq bağırsağa tökülməsini təmin edir.
Aptek çobanyastığı çiçəyi həmçinin nazik və yoğun bağırsaq xəstəliklərinin müalicəsində əhəmiyyətli effektə malikdir. Bura kolit, enterit, enterokolit, salmonellyoz, dizenteriya, qida toksikoinfeksiyası, meqakolon və dolixosiqma kimi xəstəliklər daxildir. Bu xəstəliklər zamanı aptek çobanyastığı çiçəyi ishalı, qusmanı dayandırır, su itkisinin qarşısını alır, bağırsaqların selikli qişasında iltihabın sorulmasını sürətləndirir, antiseptik və dezinfeksiyaedici təsir göstərir.
“Herba Flora” şirkəti sizlər üçün aptek çobanyastığı tərkibli Teasept, Teaqrip, Pankreas, Oksalitin, Lorosept, Teader, Qastren və İmmunotea kimi bir çox təbii məhsullar istehsal edir.