Məhsullarımız
Kapsullar
Prostal10
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi: Cırtdan Palması (Serenoa repens) meyvəsinin quru ekstraktı -125 mq, ikievli gicitkən (Urtica dioica) kökünün quru ekstraktı – 48 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu – 56 mq, udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 56 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (amylum maidis) – 115 mq, kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerine, su/water).
İstifadə qaydası: 18 yaşdan yuxarı kişilər: gündə 2 dəfə 1 kapsul qəbul edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat tam təbiidir, uzun müddət istifadə oluna bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, atero¬skle¬roz, hipertoniya, tromboflebit.
Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi, nadir hallarda qəbizlik.
Saxlanma şəraiti: 25°C-dən yuxarı olma¬yan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001150
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Kişi sağlamlığında prostat və sidik-cinsiyyət sisteminin normal fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Yaş artdıqca bu sahəyə daha çox diqqət yetirmək, gündəlik həyat tərzi və qidalanma ilə yanaşı, bitki mənşəli komponentlərdən də istifadə etmək maraq doğurur.
Prostal10 kişilərin prostat və sidik-cinsiyyət sisteminə bitki əsaslı kompleks dəstək məqsədilə hazırlanmış kapsuldur. Tərkibində cırtdan palması, gicitkən kökü, zəncəfil və Udi-hindi kimi müxtəlif bitki komponentləri bir araya gətirilmişdir.
Bu kombinasiya məhsulu yalnız bir bitkiyə əsaslanan əlavədən fərqləndirərək, prostat, sidik yolları və ümumi kişi sağlamlığına kompleks yanaşma konsepti yaradır.
1. Prostat vəzinin sağlamlığı üçün:
• Testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını almağa kömək edir.
• Prostat vəzi hüceyrələrinin böyüməsini ləngitməyə və vəzinin ölçüsünün normallaşmasına dəstək verir.
• Prostat vəzində maddələr mübadiləsini və təbii bərpa (regenerasiya) proseslərini yaxşılaşdırır.
• Antilipid və ateroskleroz əleyhinə təsiri ilə hüceyrə səviyyəsində sağlamlığı dəstəkləyir.
2. Sidik-cinsiyyət sisteminin rahatlığı üçün:
• Kişilərdə sidik ifrazı ilə bağlı narahatlıqların azalmasına kömək edir.
• Gecələr tez-tez sidiyə getmə, qalıq sidik hissi və zəif sidik şırnağı kimi halları yüngülləşdirməyə dəstək verir.
• Aralıq nahiyəsində yaranan diskomfort və ağrı hissinin azalmasına kömək edir.
• Sidik-cinsiyyət yollarında təbii antiseptik, antibakterial və iltihab əleyhinə qorunmanı dəstəkləyir.
3. Saçların qorunması və kişi sağlamlığı üçün:
• Saç tökülməsinə qarşı effektiv mübarizəni dəstəkləyir.
• Kişi tipli keçəlləşmənin qarşısının alınmasına kömək edir.
• Sağlam və balanslı kişi həyat tərzini tamamlayan effektiv məhsuldur.
• Prostat sağlamlığını qorumaq və profilaktika etmək istəyən kişilər.
• Gecələr tez-tez sidiyə getmə narahatlığı olan şəxslər.
• Sidik ifrazında zəif şırnaq və ya tam boşalmama hissi yaşayanlar.
• Kişi tipli saç tökülməsi (keçəlləşmə) problemi ilə üzləşənlər.
• Sidik-cinsiyyət yollarında tez-tez iltihabi proseslər yaşayan şəxslər.
• Aralıq nahiyəsində diskomfort və ağırlıq hiss edən kişilər.