Məhsullarımız
Kapsullar
Kurkum10 Kapsul
Bir kapsulun tərkibi:
Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq, Uzun Sarıkök (Curcuma longa) kökümsovunun tozu – 300 mq
Köməkçi maddələr: qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadəsinə göstəriş:
Qidanı sarıkök bitkisinin tərkibində olan faydalı maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: preparata qarşı fərdi həssaslıq.
Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Kurkum10 “Herba Flora” şirkətinin əvəzolunmaz effektli məhsuludur. Kurkum10 kapsulları sarıkök kökümsovunun quru ekstraktı və tozunun qarışımından ibarətdir. Bu kapsullar min bir dərdin dərmanıdır. Onun əsas aktiv maddəsi kurkumindir. Kurkumin iltihab əleyhinə və ağrıkəsici təsir göstərir, toxumalarda iltihabi markerlərin (CRP, TNF-a, Il-6) səviyyəsini azaldır. Osteoartrit və revmatoid artrit kimi xəstəliklərdə ağrını azaldır. Məhz bu komponent hesabına Kurkum10 kapsulları ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Qanda xolesterol səviyyəsini azaldır, damar divarlarını qoruyur.
Tədqiqatlara görə kurkumin lipid mübadiləsini tənzimləyir və triqliserid səviyyəsini azaldır. Tromboz riskini azaldır və arterial təzyiqi tənzimləyir. Qan damarlarının endotel qişasının funksiyasını yaxşılaşdırır, elastikliyi artırır. Kurkum10 kapsulları həmçinin sinirqoruyucu effektə malikdir, eyni zamanda yaddaş və diqqəti yaxşılaşdırır. Alzheymer xəstəliyi riskini azalda bilir, depressiya simptomlarını yüngülləşdirir. Həzm sistemi və qaraciyər üçün çox faydalıdır. Qaraciyəri toksinlərdən qoruyur və öd ifrazını stimullaşdırır. Antioksidant komponenti kurkumin hesabına sərbəst radikalları neytrallaşdırır, qaraciyər hüceyrələrini oksidativ stresdən qoruyur. Xüsusilə dərmanlar, spirt, toksin və ağır qidalarla zədələnmiş qaraciyərin hüceyrə səviyyəsində təbii müdafiəçisidir. Davamlı istifadə zamanı ALT, AST kimi qaraciyər fermentlərinin qanda səviyyəsi stabilləşir.
Çünki kurkumin hüceyrə membranlarını bərpa edir, bununla fermentlərin zədəli hüceyrələrdən qana keçməsinin qarşısını alır. Eyni zamanda regenerativ prosesləri sürətləndirdiyi üçün hepatit, piyli hepatoz və fibroz zamanı çox faydalıdır. Uzunmüddətli istifadə qaraciyərdə fibroz və sirrozun inkişaf riskini azalda bilir. Qastrit və mədə xorası kimi bir çox həzm traktı xəstəliklərində selikli qişalarda olan iltihabı azaldır. Qazəmələgəlmənin qarşısını alır, meteorizm və köp problemlərini yüngülləşdirir. İmmuniteti gücləndirərək orqanizmi soyuqdəymə və qripdən qoruyur.
Tərkibində 300-ə qədər
Şəkərli diabet, metabolik sindromdan əziyyət çəkən xəstələr üçün Kurkum10 kapsulları xüsusilə faydalıdır. Qanda qlükoza səviyyəsini normallaşdırır, xüsusilə diabetönü vəziyyət və II tip diabet xəstələrində hüceyrələrin insulinə rezistentliyinin qarşısını alır, həssaslığı artırır.
Kurkum10 kapsullarının faydası bununla bitmir. Dəridə sızanaq, akne, psoriaz, ekzema və dermatit kimi xəstəliklərdə qızartı, şişkinlik və qaşınmanı azaldır. Staphylococcus aureus, Propionibacterium acnes və Candida albicans kimi mikroorqanizmlərə qarşı təsir göstərir. Dərini UB şüalarından və çirklənmədən qoruyur. Dəri elastinini parçalayan elastaza fermentini inaktivləşdirir, dəri elastikliyini artırır. Dəridə kollagenin parçalanmasını azaldır, qırışların əmələ gəlməsini ləngidir. Melanin istehsalını tənzimləyir, hiperpiqmentasiya, günəş ləkələri və sızanaq izlərini azaldır.