Məhsullar

İmmun10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Qırmızı Exinaseya (Echinacea purpurea) otunun quru ekstraktı – 40 mq; Şirin Biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun quru ekstraktı – 40 mq; İt İtburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 40 mq; Tikanlı Eleuterokokk (Eleutherococcus senticosus) kökümsovunun quru ekstraktı – 40 mq
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 290 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
18 yaşdan yuxarı şəxslər: Gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun¬maq¬la, uşaqların əli çatmayan yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001618
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: №60 plastik flakonda, karton qutu qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
www.herba-flora.com;

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

İmmun10 – Orqanizmin müdafiəsinə təbiətdən gündəlik dəstək!

Fəsillər dəyişəndə, hava soyuyub-isindikdə və gündəlik həyatın tempi sürətləndikdə orqanizmin əlavə dəstəyə olan ehtiyacı da artır. Bəzən kifayət qədər yatmamaq, stress, nizamsız qidalanmaq və gün ərzində çox yorulmaq da insanın enerjisini azaldır. Belə hallarda sıx-sıx xəstələnmə hallarına rast gəlinir.
Belə dövrlərdə bir çox insan sağlamlığını qorumaq üçün bitki mənşəli məhsullara müraciət edir.
İmmun10 kapsulları da məhz belə bir yanaşma ilə hazırlanıb. Tərkibində fitoterapiyada müxtəlif xüsusiyyətləri ilə tanınan dörd bitkinin quru ekstraktı birləşdirilib.

Əsas təsiredici maddələr:

  • Qırmızı exinaseya (Echinacea purpurea) otu: Sikorat turşusu, exinakozid, alkilamidlər, polisaxaridlər (exinasin), qlikoproteinlər və efir yağları.
  • Şirin biyan (Glycyrrhiza glabra) kök və kökümsovu: Qlisirrizin (qlisirrizin turşusu və onun duzları), likviritin, izolikviritin, likviritigenin, formononetin, qlabridin, asparagin və polifenollar.
  • İtburnu (Rosa canina) meyvəsi: C vitamini (askorbin turşusu), likopin, beta-karotin, qalaktolipid (GOPO), kversetin, rutin, kempferol, pektinlər, alma və limon turşuları.
  • Tikanlı eleuterokokk (Eleutherococcus senticosus) kökümsovu: Eleuterozidlər (A, B, B1, C, D, E), polisaxaridlər (eleuteranlar), fenolqlikozidlər, liqnanlar, kumarinlər və efir yağları.

İmmun10 kapsulunun faydaları:

  • İmmun sistemini dəstəkləyir və orqanizmin qorunmasına kömək edir: Virus, bakteriya və göbələklərə qarşı mübarizə aparmağa, həmçinin bədəndə olan iltihabi əlamətləri azaltmağa kömək edir.
  • Hüceyrələrin qorunmasına dəstək olur: Sərbəst radikalları neytrallaşdıraraq qandan xaric etməyə, hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını almağa (anti-aging effekt) kömək edir.
  • Soyuqdəymə və qrip zamanı vəziyyəti yüngülləşdirir: İnfeksiyalar zamanı yaranan qızdırma və bədəndəki ağrı hissinin azaldılmasına, iştahanı yaxşılaşdırmağa kömək edir.
  • Orqanizmin xəstəliklərə qarşı müqavimətini dəstəkləyir: Tərkibindəki yüksək miqdarda C vitamini hesabına ətraf mühitin zərərli təsirlərinə qarşı bədənin təbii müdafiə gücünü artırmağa dəstək olur.
  • Enerji balansını və zehni-fiziki fəallığı dəstəkləyir: Tərkibindəki dəmir və B qrupu vitaminləri hesabına qanyaranma proseslərinə, gün ərzində gümrahlığın və iş qabiliyyətinin bərpasına kömək edir.

İmmun10 kapsul kimlər üçün uyğundur?

  1. Mövsümi soyuqdəymələrlə tez-tez üzləşənlər: İmmun sistemini dəstəkləmək və bədənin müdafiə qabiliyyətini gücləndirmək istəyənlər üçün.
  2. Soyuqdəymə və qripin ilk simptomlarını keçirənlər: İnfeksiya zamanı yaranan halsızlıq, qızdırma və bədəndəki ağrı hissini yüngülləşdirmək məqsədilə.
  3. Uzunmüddətli və ya intensiv müalicə alanlar: Xüsusilə antibiotiklərlə müalicə dövründə və ondan sonra orqanizmin ümumi zəifliyini aradan qaldırmağa kömək üçün.
  4. Xroniki yorğunluq və enerji azlığı hiss edənlər: Gün ərzində fiziki dözümlülüyü, zehni fəallığı və gümrahlığı yenidən bərpa etmək istəyənlər üçün.
  5. Mövsüm dəyişikliyi zamanı zəifləyənlər: Ətraf mühitin zərərli təsirlərinə qarşı bədənin təbii müqavimətini artırmaq və antioksidant dəstək təmin etmək məqsədilə.

Əlaqəli bloq yazıları:

Exinaseya bitkisinin faydaları və yan təsirləri

Oxşar Məhsullar