HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

İnsul10 Kapsul

Bir kapsulun tərkibi:
Adi Lobya (Phaseolus vulgaris) qınının quru ekstraktı – 39 mq; Avropa Zeytunu (Olea europea) yarpağının quru ekstraktı – 50 mq; Adi Qaragilə (Vaccinum myrtillus) yarpağının quru ekstraktı – 10 mq; Berberi itüzümü (Lycium barbarum) (Goji berry) meyvəsinin quru ekstraktı – 6 mq; Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq; Ud hindi (Aquilaria agallocha) oduncağının tozu – 100 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 145 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:
Orqanizmdə baş verən metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
18 yaşdan yuxarı: Gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir.
Qəbul müddəti minimum 2 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Digər dərmanlarla qarşılıqlı təsiri: Birlikdə istifadə zamanı hipoqlikemik preparatların dozası endokrinoloqun məsləhəti ilə azaldıla bilər.

Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun­maq­la, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

İnsul10 kapsul haqqında ümumi məlumat

Son dövrlərdə insanlarda fiziki aktivliyin azalması və qeyri-düzgün qidalanma piylənməyə, xüsusilə də visseral piylənməyə gətirib çıxarır. Bu da toxumalarda insulinə rezistentliyin inkişafına səbəb olur. Nəticədə hüceyrələr tərəfindən qlükozanın istehlakı zəifləyir. İnsulinə rezistentlik hiperinsulinemiya və hiperqlikemiyanın yaranmasına gətirib çıxarır. Qanda yüksək olan insulin ilk zamanlarda qan şəkərinin hüceyrələrə keçməsini təmin edir, lakin daha sonra bu vəzifəni yerinə yetirə bilmir. Yaranmış insulin dirəncindən daha çox əzələ və qaraciyər toxuması mənfi təsir görür.

İnsul10 kapsulun tərkibi

Qandakı şəkər əzələlərə və qaraciyər hüceyrələrinə çox miqdarda toplanır. Əgər rezistentlik varsa, yəni insulin yetərincə təsirli deyilsə, yeməkdən sonra qanda artan şəkər əzələ və qaraciyərə daxil ola bilmədiyi üçün qanda toplanmağa başlayır və qanda şəkər səviyyəsi yüksəlir. İnsulinə rezistentliyə çəkisi cox olan insanlarda daha çox rast gəlinir. Bu səbəbdən cəki artdıqca dirənc artır və şəkər xəstəliyinə tutulma tezliyi yüksəlir. İnsulin səviyyəsi yüksək olan insanlar çox sürətlə çəki alır və çətin arıqlayırlar.
“Herba Flora” şirkətinin istehsal etdiyi İnsul10 kapsulu:

  • adi qaragilə yarpaqları,
  • adi lobyanın qını,
  • adi zeytun yarpaqları,
  • goji giləmeyvələri,
  • sarıkök,
  • udi hindi oduncağı kimi bitkilərin hissələrinin yığımından hazırlanmışdır.
İnsul10 kapsulun əsas göstərişləri nələrdir?

İnsul10 kapsul zeytun yarpağı və sarıkök kökümsovunun quru ekstraktı sayəsində metabolizmi sürətləndirir, hüceyrələrin insulinə rezistentliyini azaldır. Qlükozanın hüceyrə və toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır, yağların mübadiləsinə müsbət təsir edir, qanda xolesterolun səviyyəsini azaldır. Adi lobya qını tərkibindəki aminturşular və sink hesabına, adi qaragilə yarpağı isə efir yağlarının hesabına mədəaltı vəzdən insulin sintezini və sekresiyasını artırır. Həmçinin yarpaqlarda olan mirtillin və fazeolin maddələri insulinəbənzər təsir göstərərək qlükozanın toxuma və hüceyrələrə çatdırılmasını təmin edir. Qanın qlikemik indeksini aşağı salır, qanda qlükoza səviyyəsini tənzimləyir.

İnsul10 kapsulun əlavə təsirləri

İnsul10 kapsullarının tərkibinə xüsusi olaraq daxil edilən goji giləmeyvələrinin (berberi itüzümü) quru ekstraktı, ud hindi oduncağının tozu makro- və mikroelementlərlə zəngin olduğundan çox güclü antioksidant, anti-aging, yəni yaşlanma əleyhinə təsir göstərir, sərbəst radikalları və toksinləri zərərsizləşdirərək orqanizmdən xaric edir. Qan damarlarının elastikliyini artırır, damar sklerozunun və angiopatiyaların qarşısını almağa yardım edir.

İnsul10 kapsulun əsas təsirləri nələrdir?

Damarlarda spazmı aradan qaldırır, beynin, ürəyin, mədəaltı vəzin və ətrafların qan dövranını yaxşılaşdırır və artıq çəkili insanlarda infarkt və insult riskini azaldır. İnsul10 kapsulu həm 1-ci tip, həm də 2-ci tip şəkərli diabetdə qanda qlükoza səviyyəsini normallaşdırır, hüceyrələri ən vacib vitamin və elementlərlə təmin edir. Hipoglikemik preparatlarla yanaşı təyin edildikdə həmin dərmanların təsir effektlərini artırır.

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar