Fitozol

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml):
Dağtərxunu çiçəklərinin (Tanacetum vulgare) duru ekstraktı – 24,55 ml, Qızılçətir otunun (Centaurium umbellatum) duru ekstraktı – 12,28 ml, Zəncəfil kökümsovunun (Zingiber officinale) duru ekstraktı – 4,84 ml, Mixəyin (Syzygium aromaticum) duru ekstraktı – 4,84 ml
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadə qaydası:
18 yaşdan yuxarı: 1 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: 250 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000308
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Fitozol – Qurdlarla mübarizənin təbii və bitki mənşəli yolu!

Parazitar xəstəliklər – helmintozlar həm uşaqlar, həm də böyüklər arasında ən çox rast gəlinən və ümumi sağlamlığa ciddi zərər vuran gizli təhlükələrdən biridir. Parazitlər orqanizmə daxil olaraq təkcə mədə-bağırsaq sistemini zədələmir, həm də insanın həyat keyfiyyətini aşağı salan çoxsaylı sistemli problemlərə yol açır.

Fitozol şərbəti orqanizmi bağırsaq qurdlarından təmizləyən, parazitar xəstəliklərin profilaktikası üçün nəzərdə tutulmuş, bitki mənşəli bioloji aktiv qida məhsuludur. Şərbətin formulu parazitlərin sinir sistemini iflic edərək onları zərərsizləşdirən acı maddələr və efir yağları ilə zəngindir.

Əsas təsiredici maddələr:

  • Adi dağtərxunu çiçəyi (Tanacetum vulgare): tuyon, kamfora, borneol və tanasetin.
  • Çətirli isitməotu (Centaurium umbellatum): gensiopikrin, svertiamarin və sverozid.
  • Mixək qönçəsi (Syzygium aromaticum): evgenol, asetilevgenol və kariofillen.
  • Dərman zəncəfili kökümsovu (Zingiber officinale): gingerollar və şoqollar.

Fitozol şərbətinin faydaları:

  • Parazit və qurdlara qarşı mübarizə: tərkibindəki dağtərxunu və mixək sayəsində müxtəlif növ bağırsaq parazitlərinin və onların sürfələrinin orqanizmdən xaric olunmasına kömək edir.
  • Həzmin yaxşılaşdırılması: çətirli isitməotu və zəncəfil mədə şirəsinin ifrazını stimullaşdırır, iştahanı artırır, köpü (meteorizmi) azaldır və həzm prosesini sürətləndirir.
  • İltihab və mikrob əleyhinə təsiri: mixək (evgenol) və zəncəfil sayəsində mədə-bağırsaq traktında iltihabi prosesləri azaldır, patogen bakteriya və göbələklərin inkişafının qarşısını almağa kömək edir.
  • Spazmolitik və ağrıkəsici: bağırsaqlardakı sancıları, spazmları və qarın nahiyəsindəki diskomfort hissini yüngülləşdirir.
  • Detoks və immunitetin gücləndirilməsi: orqanizmi parazitlərin ifraz etdiyi toksinlərdən təmizləyir, maddələr mübadiləsini normallaşdırır və ümumi immuniteti dəstəkləyir.

Fitozol şərbət kimlər üçün uyğundur?

  1. Bağırsaq parazitləri (qurdları) olanlar: bədənində helmint və digər parazitlərin mövcudluğundan əziyyət çəkən və ya profilaktika etmək istəyənlər.
  2. İştahasızlıq və zəif həzmdən şikayətlənənlər: həzm prosesini yaxşılaşdırmaq və iştahanı artırmaq istəyən şəxslər.
  3. Köp və qarın sancısı olanlar: mədə-bağırsaq traktında qaz toplanması (meteorizm), köp və spazmlardan diskomfort yaşayanlar.
  4. Orqanizmi toksinlərdən təmizləmək istəyənlər: parazitlərin fəaliyyəti nəticəsində yaranan daxili toksinləri bədəndən xaric etmək və detoks etmək istəyən şəxslər.

Əlaqəli bloq yazıları:

Helmintoz (qurd xəstəliyi) nədir? İlkin simptomları nələrdir?

Oxşar Məhsullar