Məhsullarımız
Şərbətlər
Sedafort
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Tərkibi (100 ml):
Dərman bədrənci (Melissa officinalis leaf distillate) yarpağının distillatı – 12 ml; istiotlu nanə (Mentha piperita leaf distillate) yarpağının distillatı – 12 ml; sünbüllü lavanda (Lavandula angustifolia flower distillate) çiçəyinin distillatı – 12 ml; sürünən kəklikotu (Thymus serpyllum herb distillate) otunun distillatı – 10 ml.
Köməkçi maddələr: distillə suyu /distilled water, saxaroza /sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Sedafort şərbəti, mərkəzi sinir sisteminin funksional fəaliyyətini yaxşılaşdırmaq, psixoemosional gərginliyi azaltmaq və yuxu ritmini təbii şəkildə tənzimləmək məqsədilə xüsusi olaraq hazırlanmış, bitki tərkibi ilə zəngin olan bioloji aktiv qida məhsuludur.
Şərbətin tərkibindəki təbii bitki distillatları kompleks təsir göstərərək nevroz, əsəbilik və həyəcan halları zamanı sinir sistemini sakitləşdirməyə, daxili gərginliyi aradan qaldırmağa kömək edir. Eyni zamanda, bədəndə olan yorğunluğu və halsızlığı aradan qaldırmağa, yuxunun keyfiyyətini bərpa etməyə yardımçə olur və orqanizmin ümumi tonusunu təbii yolla qoruyur.
Əlaqəli yazı mövcud deyil.