Pielonefrit böyrəyin və onun kasa-ləyən sisteminin iltihabi xəstəliyidir. Pielonefritin ən təhlükəli ağırlaşmaları kəskin və xroniki böyrək çatışmazlığıdır. Pielonefrit həm böyüklər, həm də uşaqlar arasında ən çox rast gəlinən xəstəlikdir. Qadınlar kişilərdən altı dəfə çox pielonefritdən əziyyət çəkirlər. Bu hal qadının sidik-cinsiyyət sistemindəki anatomik fərqlərlə bağlıdır. Xəstəlik əsasən 40 yaşından əvvəl, cinsi fəaliyyətin aktiv dövründə inkişaf edir. Kişilərdə isə pielonefrit ən çox yaşlandıqda urodinamikanın pozulması və prostat adenomasının inkişafı səbəbindən baş verir.
Pielonefrit xəstəliyinin yaranma səbəbi
Xəstəliyin əsas səbəbi böyrək toxumasında iltihaba səbəb olan patogen mikrofloradır. Pielonefritə səbəb olan tipik patogenlərə Escherichia coli, Proteus, Staphylococcus, Streptococcus, Enterococcus və Pseudomonas aeruginosa daxildir. Sidik axınına müxtəlif səbəblərdən maneə yaranarsa, pielonefritin inkişaf riski əhəmiyyətli dərəcədə artır. Stress və ya hipotermiya yerli müqaviməti zəiflətdiyi üçün pielonefrit hətta sağlam bir insanda da baş verə bilər.
Bakteriyaların böyrəyə daxil olmasının iki yolu var:
1. Mikroorqanizmlər bədəndə olan hər hansı infeksiya mənbəyindən qanla böyrəyə daxil olur və böyrək qabığı, xüsusən də qan damarlarına bitişik bölgələr və böyrək boruları zədələnir.
2. Mikroorqanizmlər qalxan urogen yolu ilə aşağı sidik yollarından böyrəyə daxil olur və bu, yüksələn mexanizm adlanır.
İltihabi prosesdə yalnız bir böyrək iştirak edə bilər. Buna birtərəfli pielonefrit deyilir. Hər iki böyrək zədələnirsə, ikitərəfli pielonefrit adlanır. İkitərəfli pielonefritin xarakterik xüsusiyyəti böyrəklər daxilində patoloji prosesin qeyri-bərabər paylanmasıdır.
Pielonefrit xəstəliyinin fəsadları
Pielonefrit təhlükəlidir, çünki böyrək toxumasının zədələnmiş sahələri tam bərpa olunmur. Sonrakı kəskinləşmələr sağlam toxumanın yeni sahələrinə təsir edir, onu geri dönməz şəkildə dəyişdirir. Böyrək funksiyası tədricən pisləşir, nəticədə xroniki böyrək çatışmazlığına səbəb ola bilir. Pielonefritin kəskin və xroniki formaları məlumdur. Kəskin pielonefrit adətən tempetaturun 38°C-dən yuxarı yüksəlməsi, bel ağrısı, sidik ifrazının tezləşməsi, güclü tərləmə, ürəkbulanma, ağrılı sidiyə çıxma, sidik saxlamama və sidiyə çıxma zamanı narahatlıq əlamətləri ilə müşayiət olunur. Həmçinin sidikdə leykositlərin sayının artması, əzələ və oynaq ağrısı, taxikardiya, nəfəs darlığı, qarın ağrısı, səhərlər üzün şişməsi, baş ağrısı və zəifliklə müşayiət olunur. Xroniki pielonefrit kəskin böyrək iltihabından sonra inkişaf edir. Bəzən kəskin xəstəlik olmadan da bu diaqnoz qoyulur. Xroniki böyrək iltihabına əhali arasında kəskin iltihabdan daha rast gəlinir.
Pielonefritin birincili və ikincili formaları ayırd edilir. Bunlar bir-birindən baş vermə şərtlərinə görə fərqlənir. Birincili pielonefrit böyrəklərin infeksiyası ilə əlaqədar olur. İkincili pielonefrit isə sidik axınına maneə törədilməsi (sidrk daşları və ya prostat adenoması) səbəbindən yaranır.
“Herba Flora” şirkəti sidik-cinsiyyət sisteminə təsir edən Urotea, Uralitin, Fosfalitin, Oksalitin çaylarını, Renokaps şərbəti və Uros10 kapsullarını istehsal edir. Bu məhsullar böyrək xəstəliklərinin, xüsusən də pielonefritin müalicəsində geniş istifadə olunur və yüksək nəticə almağa yardım edir.