Müxtəlif kateqoriyalar altında cəmləşdirdiyimiz 250-dən çox

Məhsullarımız arasından axtardığınızı rahatlıqla tapın

Sağlamlığınız üçün araşdırdığımız​

Herba Flora olaraq 1998-ci ildən fəaliyyət göstəririk

Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin

Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.

Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir. 

Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.

Məkkəgülü Çiçəyinin Faydaları

Məkkəgülü Çiçəyi

Məkkəgülü çiçəyinin tərkibi antioksidantlar, kversetin, bioflavonoidlər, meyvə turşuları, 13 amin turşusu, antosianlar, B, P, A və C vitaminləri, dəmir, fosfor, kalium, natrium, kalsium, sink, maqneziumla zəngindir.

Məkkəgülü çiçəyinin təsirləri:

Məkkəgülü çiçəyi immuniteti gücləndirir, iltihab əleyhinə təsir edir, arterial təzyiqi normallaşdırır, antosianlar hesabına damargenəldici effekt verir. Lipid və şəkər mübadiləsini yaxşılaşdırır, qanda xolesterin və qlükozanın miqdarını tənzimləyir. A, C, PP vitaminləri ilə zəngin olduğu üçün damar divarını möhkəmləndirir.

Şəkərli Diabet

Artıq Çəki Problemləri

Həzm Sistemi

Məkkəgülünün Faydaları - Herba Flora

Çiçəklərin tərkibindəki antosianlar P vitamininəbənzər aktivlik göstərərək damarqoruyucu effekt verir, damar keçiriciliyini azaldır. Beləliklə, gözün torlu qişasını, ürək və beyin kimi vacib orqanlarımızın damar şəbəkəsini zədələnmədən qoruyur, infarkt və insult riskini azaldır. Ateroskleroz, arterial hipertoniya, şəkərli diabetin profilaktikasında geniş tətbiq olunur. Məkkəgülü çiçəkləri orqanizmdən toksin və şlakların, ağır metal duzlarının çıxarılmasında böyük rol oynayır. Bu proses tərkibindəki pektin sayəsində baş verir. Qaraciyərin zərərsizləşdirmə funksiyasını yaxşılaşdırır, həzm sisteminin işini tənzimləyir. Bunlardan əlavə məkkəgülü çiçəkləri həmçinin yağları yandırır, karbohidratların hüceyrələr tərəfindən rahat mənimsənilməsini təmin edir. Hüceyrəarası mayenin miqdarını azaldır, antisellülit effekt verir, orqanizmi artıq çəkidən azad edir.
“Herba Flora” şirkətinin AntixolDiabetea çayları məkkəgülü çiçəkləri ilə zənginləşdirilmişdir. Hər iki təbii məhsul orqanizmdə karbohidrat və lipid mübadiləsini yaxşılaşdırır.

Faydalı məlumatlar

Füzuli Hüseynovun yazıları ilə bitkilərin faydaları haqqında məlumat əldə edin

Füzuli Hüseynovun elmi araşdırmalara əsaslanaraq yazdığı faydalı məlumatlar

Hüseynov Fizuli Məmməd oğlu, 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulmuşdur.

1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olmuşdur və 1996-cı ildə bitirmişdir.

Füzuli bəy sizlərə yeni və faydalı məlumatları çatdırmaq məqsədilə bloq postları yazır.

Herba Florada

Yenilikər və Fəaliyyətlər

Yeni Məhsul: Fitooil Lavanda Yağı

Rebranding: FiquraHF çay

Dəyərli Herba Flora müştəriləri! Son günlərdə KİV və Sosial Media Platformalarında ölkəyə gətirilən arıqlama çaylarında insan orqanizmi üçün təhlükəli təsirə malik "sibutramin" adlı maddənin tapılması ilə bağlı yayılan xəbərlərin bir qismində foto material olaraq Herba Flora istehsalı çaylar paylaşılmışdır.Nəzərinizə çatdırmaq istəyirik ki, sözügedən zərərli maddənin aşkar olunduğu məhsullar ölkəyə xaricdən idxal olunur və Herba Flora istehsalı deyildir. Şirkətimizin məhsulları dünya standartlarına uyğun şəkildə Azərbaycanda buraxılır və istehsalın bütün mərhələlərində Səhiyyə Nazirliyinin müvafiq yoxlamaları həyata keçirilir. İstehsalın keyfiyyətini sübut edən sertifikatlar mütəmadi olaraq ictimaiyyətlə paylaşılır. Hal-hazırda Herba Flora məhsullarına aid foto və video materiallardan qaralama kampaniyasında istifadə edən media qurumları barədə tərəfimizdən hüquqi müstəvidə lazımi tədbirlər görülür.Media qurumlarını və jurnalistləri, alıcıları yanlış yönləndirən, araşdırılmadan, qeyri-professional şəkildə hazırlanmış xəbərləri paylaşmaqdan yayınmağa çağırırıq.1998-ci ildən fəaliyyət göstərən Herba Flora şirkəti hər zaman keyfiyyətli məhsullar ilə sağlamlığınızın keşiyindədir.