Xolesterol nədir?
Xolesterol, orqanizmin normal fəaliyyəti üçün vacib olan spirtəbənzər maddədir. O, hüceyrələrin membran strukturlarının qurulmasında, qadın cinsi hormonlarının (estradiollar), kişi cinsi hormonlarının (androgenlər), D vitamininin və melatonin hormonunun sintezində iştirak edir. İnsan orqanizmi xolesterolu iki əsas mənbədən əldə edir:
-
- Qaraciyər özü maddələr mübadiləsi nəticəsində istehsal edir
- Qida vasitəsi ilə xaricdən qəbul olunur
Xolesterolun hansı növləri var?
Heyvani mənşəli qidalardan (qırmızı ət və işlənmiş ət məhsulları, yumurta sarısı, süd, kərə yağı, qaymaq, qaraciyər, beyin, dəniz məhsulları və pendir xolesterolla zəngin qidalardır. Xolesterol qanda lipoproteinlər vasitəsi ilə daşınır və lipoproteinlər iki əsas növə bölünür:
- Aşağı sıxlıqlı lipoprotein (LDL – “pis” xolesterol): Arteriyaların divarına çökərək damar tıxanıqlığına və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
- Yüksək sıxlıqlı lipoprotein (HDL – “yaxşı” xolesterol): Artıq xolesterolu qandan toplayıb qaraciyərə daşıyır, orqanizmdən xaric olunmasına kömək edir.
HDL – Yüksək xolesterol
Yüksək xolesterol səviyyəsi ateroskleroz, infarkt və insult riskini artırır. Bunun qarşısını almaq üçün sağlam qidalanma, fiziki aktivlik və lazım gəldikdə dərman müalicəsi tövsiyə olunur. Qaraciyərdə xolesterol mübadiləsi mürəkkəb prosesdir və bir neçə əsas mərhələdən ibarətdir. Qaraciyər həm xolesterolu sintez edir, həm də onu istifadə və xaric etməklə balansı tənzimləyir. Qaraciyərdə baş verən mürəkkəb xolesterol mübadiləsi aşağıdakı mərhələlərdə aparılır:
- Xolesterolun sintezi
Qaraciyər xolesterolu asetil-KoA adlı maddədən sintez edir. Bu proses əsasən mevalonat yolu (HMG-CoA reduktaza fermenti vasitəsi) ilə baş verir. Bu ferment xolesteol istehsalının tənzimlənməsində əsas rol oynayır və statin qrupuna aid dərmanlar bu fermenti bloklayaraq qanda xolesterol səviyyəsini azaldır. - Xolesterolun daşınması
Qaraciyərdə sintez olunan xolesterol qana lipoproteinlər vasitəsilə daşınır. Belə ki, aşağı sıxlıqlı lipoprotein (LDL) – qaraciyərdən toxumalara xolesterol daşıyır. LDL qanda çox miqdarda yığılarsa, damar divarlarında toplanıb ateroskleroza səbəb ola bilər.
Yüksək sıxlıqlı lipoprotein (HDL) – artıq xolesterolu toxumalardan qaraciyərə qaytararaq onun öd vasitəsilə xaric olunmasına kömək edir. - Öd turşularına çevrilmə və xaric olunma
Qaraciyər xolesterolun bir hissəsini öd turşularına çevirir və öd yolları vasitəsilə bağırsaqlara ifraz edir. Bu öd turşuları həzm prosesində yağların parçalanmasına kömək edir. Bir qismi bağırsaqlardan geri sorulsa da, müəyyən hissəsi nəcislə bədəndən xaric olunur. - Qida ilə qəbul olunan xolesterolun tənzimlənməsi
Bağırsaqlardan sorulan xolesterol xilomikronlar vasitəsilə qaraciyərə daşınır. Əgər qida ilə çox miqdarda xolesterol qəbul edilərsə, qaraciyər onun sintezini azaldır. Əks halda, daxili sintez artır.
Xolesterol mübadiləsinin pozulması, qanda həddən artıq LDL yığılması ateroskleroz, ürək-damar xəstəlikləri, HDL səviyyəsinin azalması, xolesterolun xaric edilməsinin pozulması, qaraciyər xəstəlikləri (sirroz, hepatit və s.), xolesterol və öd mübadiləsinin pozulması ilə nəticələnir. Xolesterol mübadiləsini balansda saxlamaq üçün sağlam qidalanma, fiziki aktivlik və bəzi hallarda dərman müalicəsi tələb olunur. Təbii müalicəyə üstünlük vermək daha məqsədəuyğundur.
“Herba Flora” şirkətinin istehsal etdiyi Teaxolin, Hepartea, Diabetea, Antixol çayları, həmçinin Hepas10 kapsulu qaraciyərdə gedən xolesterol mübadiləsini tənzimləyən ən effektiv təbii məhsullardır. Bu məhsullardan istifadə edərək “pis” xolesterolun səviyyəsini azalda, “yaxşı” xolesterolun səviyyəsini yüksəldə bilərsiniz.