Xolesistit xəstəliyi nədir?
Xolesistit öd yollarının və öd kisəsinin iltihabi xəstəliyidir. Öd kisəsi qaraciyərdə ifraz olunan ödün ehtiyat halda toplanması üçün kisə olub qaraciyərin ön – orta və alt hissəsində yerləşir. Öd kisəsinin quruluşu armudvaridir. Üç qatdan: birləşdirici toxuma, əzələ toxuması və selikli qişadan ibarətdir.
Qaraciyər hüceyrələrində sintez olunan öd maddəsi qaraciyərdaxili öd axacaqlarından keçərək öd kisəsinə tökülür. İlk ifraz olunan öd çox duru olur. Öd kisəsinə toplanaraq qatılaşır, tərkibi öd turşuları və öd piqmentləri ilə zənginləşir. Bu zaman ödün həzmedici qabiliyyəti artır və qida qəbulu zamanı qatılaşmış öd porsiyalarla onikibarmaq bağırsağa tökülür. Öd mədəaltı vəzdən ifraz olunan tripsinogen fermantini aktivləşdirərək yağların həzmində iştirak edir.
Xolesistitin növləri
Xolesistit xəstəliyinin daşlı və daşsız olmaqla iki növü vardır. Xəstəlik qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir. Bu zaman öd yolarının və öd kisəsinin divarı iltihabdan qalınlaşaraq ödün hərəkətinə və onikibarmaq bağırsağa tökülməsinə mane olur. Nəticədə qanda miqdarı artan öd piqmentləri dəridə qaşınma yaradır.
Xolesistit xəstəliyi zamanı əsasən epiqastral nahiyədə küt ağrılar, ürəkbulanma, qusma, ağızda acılıq, ağızda quruluq və diskomfort hissi kimi simptomlar insanı narahat edir. Bu əlamətlər ən çox qida qəbulundan sonra meydana çıxır. Xolesistit xəstəliyi olan insanların əksəriyyətinin dilinin üzərində yaşıl ərp olur. Xolesistit xəstəliyinin təyin olunması laborator və xolesistoxolangioqrafiya üsulları ilə həyata keçirilir.
Xolesistitin müalicəsi
Xolesistit xəstəliyinin müalicəsində təbii vasitələrin istifadəsi daha təqdirəlayiqdir. Belə ki, Herba Flora şirkətinin bir sıra məhsulları vardır ki, qaraciyər və öd yollarının xəstəliklərində yüksək effekt verir. Teaxolin çayı tərkibi solmazçiçəyi, boymadərən, istiotlu nanə və keşniş toxumu ilə zəngindir. Teaxolin çayının tərkibindəki bitkilər efir yağları ilə zəngin olduğu üçün spazmolitik təsir göstərərək qaraciyər hüceyrələrində ödün sintezini artırır, qaraciyərdaxili və qaraciyərxarici öd yollarında ödün hərəkətini sürətləndirir və ödün onikibarmaq bağırsağa tökülməsini yaxşılaşdırır. Öd yollarında durğunluq zamanı ödün sintezi, sekresiyası və hərəkəti pozulduğuna görə qaraciyərə toksiki təsir göstərir.
Bu zaman Teaxolin çayı ilə yanaşı Hepartea çayı, Hepanat şərbəti və meteonat şərbəti də xəstələrin sağalmasında güclü effektə malikdir. Hepartea çayı və Hepanat şərbəti qaraciyər hüceyrələrinin bərpasını sürətləndirir və ödün öd yollarında hərəkətini bərpa edir. Çox zaman lyambliyoz xəstəliyi nəticəsində də öd yollarında ciddi diskineziya və həzm pozğunluğu yaranır ki, müalicə məqsədi ilə Herba Flora şirkətinin Teaxolin çayı, Teazol çayı ilə yanaşı təyin edilərsə çox müsbət təsir edər.