Varikoz nədir?
Varikoz genişlənmə damarların, xüsusilə ayaqlardakı səthi vena damarlarının genişlənməsi və əyilməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu, damarlardakı qapaqcıqların düzgün işləməməsi, həmçinin venaların divarında olan əzələlərin tonusdan düşməsi nəticəsində yaranır. Normal halda qapaqcıqlar venalarda qanın geri qayıtmasının qarşısını alır və ürəyə doğru hərəkətini təmin edir. Lakin zədələndikdə, tonusdan düşdükdə və ya zəiflədikdə, qan vena və damarlara yığılır və təzyiq artaraq onların genişlənməsinə səbəb olur.
Varikozun yaranma səbəbləri nələrdir?
1. Varikoz genişlənmənin əsas yaranma faktorlarından biri genetik meyillikdir. Yəni ailədə varikoz xəstəliyi olan şəxslərdə bu xəstəliyin yaranma riski daha yüksəkdir.
2. Uzun müddət ayaq üstə qalma xəstəliyin əmələ gəlməsində əsas faktorlardan sayılır. Bu da əsasən oturaq və ya ayaqüstü həyat tərzi keçirən insanlarda yaranır.
3. Digər səbəblərdən biri də yaşlanmadır. İnsanın yaşı artdıqca damar divarlarının əzələ sistemi tonusdan düşür və zəifləyir.
4. Varikoz genişlənmə hamiləlik zamanı da inkişaf edə bilər. Belə ki, hormon dəyişiklikləri və aşağı ətraflar damarlarında artan təzyiq səbəbindən ayaq venalarında durğunluq yaranır və bu da varikoz xəstəliyi ilə nəticələnir.
5. Varikoz xəstəliyinin yaranmasında vacib etiologiyalardan biri də piylənmə sayılır. Artıq çəki aşağı ətrafların yükünü daha da artırır və damarlara əlavə təzyiq göstərir. Durğunluqdan genişlənmiş damarlar yüksək təzyiqin təsiri altında dəri altına çıxaraq qıvrılır və daxilində tromb formalaşır.
Varikoz necə formalaşır?
Varikoz genişlənmənin patogenezinin əsasında venoz klapanların disfunksiyası və ya damar divarının zəifliyi durur və bu müxtəlif mərhələlərlə inkişaf edir. Venoz klapanların disfunksiyası, venoz hipertoniya, damar divarının zəifləməsi, venoz durğunluq, mikrosirkulyasiya pozğunluğu və ağırlaşmalar varikoz genişlənmənin patogenezinin əsas mərhələləridir.
Klapanların zəifliyi və ya tam bağlanmamasına görə qan geri axmağa başlayır ki, buna reflüks deyilir. Damarlarda venoz təzyiqin artması baş verir. Uzunmüddətli venoz təzyiq damar divarlarının genişlənməsinə və öz elastikliyini itirməsinə gətirib çıxarır. Damar divarının kollagen və elastin liflərinin müqaviməti və bərpası azalır, nəticədə damarlar daha asan genişlənir. Genişlənmiş damarlar normal qan axınını təmin edə bilmir və qan axınının yavaşlamasına və venoz staza səbəb olur. Bu isə toxumalarda oksigen çatışmazlığı, yəni hipoksiya və iltihabi proseslərin yaranması ilə nəticələnir.
Mikrosirkulyasiya pozğunluğu və digər ağırlaşmalar venoz staz və hipoksiyanın törətdiyi fəsaddır. Bunlar dəridə trofik dəyişikliklərə, hiperpigmentasiyaya, dermatit və hətta trofik yaraların əmələ gəlməsinə səbəb ola bilər. Daha ağır hallarda tromboflebit və dərin venaların trombozu kimi ağırlaşmalar yarana bilər.
Varikoz genişlənmənin müalicəsini medikamentoz və cərrahi yolla həyata keçirmək mümkündür. Cərrahi müalicə ən son üsuldur. Xəstəliyin ilkin mərhələsində təbii müalicə üsullarından istifadə etmək məqsədəuyğundur. Təbii dərman bitkiləri ilə başlanan erkən müalicə sonrakı ağırlaşmaların qarşısını vaxtında alır.
Varikoz genişlənmənin təbii müalicəsi tamamilə xəstəliyi aradan qaldırmasa da simptomları yüngülləşdirmək və patalogiyanın irəliləməsinin qarşısını almaq üçün təsirli ola bilər.
“Herba Flora” şirkəti varikoz genişlənmənin müalicəsi üçün bitki mənşəli məhsullar istehsal edir. Yapon soforası, üzüm tumu və ginkqo biloba yarpaqlari kimi məhsullar qan dövranını yaxşılaşdıraraq damarların işini dəstəkləyir, onların divarlarını mökəmləndirir, tonusunu artırır və ödemi azaldır. Bundan başqa pəhriz və qidalanma, fiziki fəaliyyət, yaşam tərzi dəyişiklikləri, təbii yağlarla masaj və hidroterapiya yolları ilə də bu xəstəliyi müalicə etmək fayda verə bilər.