Uşaqlarda Əsəbin Müalicəsi

Mündəricat

Uşaqlarda əsəb xəstəliyinin təbii müalicəsi.

Əsəb. Hamımıza məlumdur ki, elm texnika sürətlə inkişaf edir, insanların yaşayışı daha asan və komfortludur. Yaşamaq üçün vacib olan hər şeyi daha asan və qısa zaman ərzində əldə edə bilirik, uzaq məsafələri çox tez bir zamanda qət edirik. Bir an içində dünyanın harasından istəsək məlumat əldə edə bilirik. Təəssüf ki, belə inkişaf etmiş bir zamanda əsəbilik və aqressivlik əvvəlki illərə nisbətən daha da çoxdur. Əksər gənclər və yaşlı insanlar müraciət edərkən özümdən asılı deyil adi bir qıcıqdan çox tez əsəbiləşirəm deyirlər.

Əsəbilik insanın konstitusional tipindən və yaşadığı mühitdən çox asılıdır. Böyük insanlar nevroz, asteniya, əsəbilik və narahatlıq kimi hallarda nevroloqa müraciət edirlər. Bu zaman anamnezdə əgər xəstənin həyat-məişət şəraitində ciddi qüsurlar varsa, dərhal ailə üzvlərinə bu qüsurları aradan qaldırmaq tövsiyyə olunur. Bu hallar aradan qaldırıldıqdan sonra yüngül təbii vasitələrdən istifadə etməklə xəstə müalicə olunur. Birinci şərti yerinə yetirmək mütləqdir. Əgər müalicə olunmuş xəstə əvvəlki şəraitə düşərsə, yenidən xəstəlik baş qaldıracaq.

Bəzən yenidoğulma dövründə belə, uşaqlar tam sağlam olduğu halda aclığa, toxunuşa və bezlərinin dəyişmə zamanında, hətta, yuxuya getmə zamanında çox ağlağan və əsəbi olurlar. Belə əsəbilik erkən uşaq və yeniyetmə dövründə də özünü göstərir. Şox zaman hormonal inkişaf(cinsi yetişkənlik) dövründə uşaqlarda emosional sferada ciddi dəyişikliklər baş verir. Demək olar ki, uşaqların əsəbi, narahat, aqressiv, oyanıq olmasında valideynlərin də rolu vardır. Məlumdur ki, 2 yaşa qədər uşaqlarda orqanların struktur və funksiyası tam formalaşmamış olur. Bu cəhətdən Mərkəzi sinir sistemi birinci yerdə durur.

Mərkəzi sinir sistemi.

Müasir dövrümüzdə valideynlər daha diqqətli olmalıdırlar. Ən çox rast gəldiyim hal ananın və yaxud da atanın erkən yaşlı uşağı mobil telefonda müxtəlif foto, müsiqi və videolarla sakitləşdirməsidir. Uşağa bu çox maraqlı gəldiyinə görə, davamlı baxmaq istəyir, valideyn uşağın əlindən aldıqda isə uşaq əsəbiləşir, ağlayır, qışqırır və istəyini yerinə yetirməyincə sakitləşmir. Bəzən ailədə valideynlər uşağın tərbiyəsini düzgün qura bilmir. Bir qrup valideyn uşağı döyməklə və qadağalar tətbiq etməklə tərbiyə etməyi üstün tutur. Belə olan halda uşaqlar travma almış olur və böyüyəndə də aldığı travmalar onu tərk etmir. Kiçik yaşlarında travma almış uşaqlar həmişə küskün, depressiv olur, özlərini sevilməyən və gərəksiz kimi hiss edirlər ki, bu da onların emosional sferasında ciddi iz buraxır. Elə valideynlərimiz də var ki, uşağın bütün istəkləri ilə(nə istəyir, necə istəyir, nə qədər istəyir) razılaşır. Uzun müddət hər bir istəyinin keçərli olmasına öyrəşən uşaq əks halla rastlaşanda əsəbi və aqressiv olur.

Yaxşı olar ki, valideynlər hamiləlik dövründən başlayaraq gələcək uşaqlarının sağlamlığının qeydinə qalsınlar. Birinci növbədə hamilə qadının qidalanmasını, istirahətini, havada gəzintisini və yuxu rejimini yaxşı təşkil etmək, ən vacib məqamlardan biri də hamilə qadını əsəb, stress, qorxu və həyəcandan qorumaqdır. Əgər ailədə bir hamilə qadın varsa bütün ailə üzvləri sağlam bir uşağın doğulması üçün gələcək ananı hər bir pislikdən və stresdən qorumalıdır.

Uşaqlarda əsəb, aqressivlik, narahatlıq, sinir-reflektor oyanıqlıq və hiperaktivlik kimi xəstəliklər psixoloq və nevroloqun birgə səyi nəticəsində müalicə olunur. Müalicədə təbii vasitələrə üstünlük vermək əhəmiyyətlidir. Damotu, dərman bədrənc otu, aptek çobanyastığı, passiflora, pişikotu, yemişan və s. Kimi bitkilər əsəbləri sakitləşdirir, rahat yuxuyagetməni və yuxu riymini təmin edir, sinir-reflektor oyanıqlığı aradan qaldırır, aqressivliyi və hiperaktivliyi azaldır həmçinin Sedativ çayından, Nevronat şərbətindən istifadə edə bilərsiniz. Maariflənmək və şərait yaratmaq lazımdır ki, uşaqlarımız sağlam dünyaya gəlsin və sağlam böyüsün.

Müəllif: həkim-pediatr Axundova Qəndab.

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.