Uşaqlarda diatez nədir?
Uşaqda diatez müstəqil bir patologiya və ya sindrom deyil, orqanizmin xüsusiyyətidir, xəstəliklə sağlamlıq arasında sərhəd vəziyyət, bədənin xüsusi reaksiyalarının toplusudur. Uşaqlarda irsiyyət, yaş və ya ətraf mühitin təsiri ilə əlaqələndirilə bilər. Bunun fonunda əlverişsiz xarici və daxili mühit amillərinin təsiri altında orqanizmdə xəstəlik yarana bilər. Yetkin şəxslərdə xroniki hala gələn xəstəliklərin təxminən 90%-i uşaqlıq zamanı özünü göstərən diatez səbəbindən yaranır.
Pediatrik praktikada diatezin ən çox yayılan 4 variantı
Eksudativ-kataral diatez
Eksudativ-kataral diatez ən çox diaqnoz qoyulan formadır. Bu forma allergik təzahürlər və bədənin yoluxucu agentlərə artan həssaslığı ilə meydana çıxır. 3-6 ay ərzində özünü göstərir, 2 ilə qədər davam edir və sonra yox olur. Uşaq bezlərindən istifadə eksudativ-kataral diatezi ağırlaşdıra bilir. Selikli qişalar son dərəcə həssas olur, buna görə də iltihablı proseslər tez-tez ağız boşluğunda, konyuktivada və tənəffüs yollarında baş verir.
Limfatik-hipoplastik diatez
Bu növ diatez timus vəzin irsi-funksional çatışmazlığı fonunda baş verir. Bu vəz bədəni infeksiyalardan qoruyan T-limfositlər istehsal etdiyi üçün uşağın orqanizmi yoluxucu və allergik agentlərə qarşı kifayət qədər mübarizə apara bilmir. Tez-tez limfa düyünləri böyüyür və böyrəküstü vəz ilə bağlı problemlər baş verir. Bədən quruluşu qeyri-mütənasib olan və böyük həcmli yağ toxuması fonunda çəkisi artan uşaqlarda bu tip diatezə şübhə yaranır. Belə uşaqlar tez-tez və uzun müddət kəskin respirator infeksiyalardan əziyyət çəkir. Əsas diaqnostik meyar böyümüş timus vəzidir.
Sinir-artritik diatez
Neyroartritik diatez, purin mübadiləsinin genetik defekti ilə əlaqələndirilir. Belə uşaqlarda mərkəzi sinir sisteminin həssaslığı yüksək olur. Lakin erkən yaşda yalnız bu əsasda diaqnoz qoymaq mümkün deyil. Klinik olaraq 5-6 yaşlarında özünü göstərməyə başlayır. Qaşıntılı səpgilər, oynaq ağrıları, əsəb pozulmaları, nəcisdə aseton qoxusu olması və qusma halları baş verir. Sonradan piylənmə, ateroskleroz, diabet, hipertoniya, artrit riski yüksəlir.
Hemorragik diatez
Hemorragik diatez qanyaranmanın pozulması nəticəsində inkişaf edir. Kiçik travmatik amillərin təsiri zamanı qanaxmaya meyillik aşkar edilir. Patogenezdən asılı olaraq, körpə və azyaşlı uşaqlarda trombositopeniya, koaqulopatiya və ya vazopatiya ola bilər. Artan qanaxma posthemorragik anemiyanın inkişafına gətirib çıxarır. Bu da müalicənin istiqamətini təyin edir. Xəstəliyin patogenezində təhlükəli məqam odur ki, uşaqda həyati, neyroendokrin, immunoloji, metabolik proseslərin tənzimlənməsi pozulur.
Diatezin müalicəsi
Xəstəliyin müalicəsində uşağa ilk növbədə uyğun qidalanma təyin olunur və valideynlərə rasional gündəlik rejim təşkil etmək tövsiyə edilir. Eksudativ-kataral diatezin müalicəsi vanna qəbul etməkdən ibarətdir. Suya kəpək, çobanyastığı, yatıqqanqal otu, palıd qabığı əlavə edərək vanna edilir. Bununla bərabər “Herba Flora” şirkətinin istehsalı olan Teader çayından və Yatıqqanqal otundan istifadə etmək də məqsədəuyğundur. Teader çayının tərkibindəki antihistamin təsirli bitkilər içildikdə və vannalar şəklində istifadə edildikdə yüksək effekt əldə olunur.