Uşaqlarda bişməcələr.

Mündəricat

Bişməcələr Yay aylarında ən geniş yayılmış problemlərdəndir. Bəzən qış aylarında da bişməcələrlə rastlaşırıq. Yaşlı insanlarda, xüsusən də kilolu şəxslərdə yay aylarında bişməcələr qış aylarına nisbətən daha çox təsadüf edir. İnsanların çox tərləmələri və piylənmə ilə əlaqədar olaraq bədənlərinin müxtəlif nahiyələrində bişməcələr əmələ gəlir.

Böyüklərin dərisi yaxşı inkişaf etdiyi üçün və baryer funksiyası güclü olduğu üçün qış aylarında onlarda bişməcələrə demək olar ki rast gəlinmir. Yayda həddən artıq tərləmə və tərlə çoxlu miqdarda ifraz olunmuş mikroelementlər və duzlar dəridə bir müddət qaldıqda dəri səthində aşınmaya və səpkilərin əmələ gəlməsinə və bişməcələrə səbəb olur. Uşaqların dərisi çox zərifdir. Baryer funksiyası nisbətən zəif olduğu üçün onların dərisində aşınmalar, səpkilər və bişməcələr həm qış, həm də yay aylarında təsadüf olunur.

Bişməcələrin əsas səbəbi.

Uşaqlarda bişməcələrin əsas səbəbi qeyri düzgün qulluqdan və geyim tərzindən çox asılıdır. Aydın məsələdir ki, qışda havaların sərin olması ilə əlaqədar tərləmədə olmur. Bəs səbəb nədir ki, kiçik yaşlı uşaqlarda, çox zaman da bir yaşa qədər uşaqlarda dəri büküşlərində (boğazın altı, qoltuqaltı,sağrı nahiyəsi və s.) dərinin aşınması baş verir. Bu səpki yox iltihabi proses nəticəsində dərinin tamlığının pozulmasıdır. Əgər vaxtında müalicə olunmazsa sepsislə nəticələnə bilər. Bu da uşağın həyatını böyük risk altında qoymaq deməkdir.

Bir yaşa qədər uşaqlarda boyun nahiyəsi qısa olduğu üçün daim axan ağız suyu uşağın boğazının dərisini nəm saxlayır. Sinənin və çənənin nəm dərisi uzun müddət bir-birinə təmas etdiyi üçün dərinin tamlığı pozulur və aşınma baş verir. Bu baxımdan analar diqqətli olmalıdır. Körpə və erkən yaşlı uşaqlara qulluq edərkən tez-tez uşaqları çimizdirməli, yay aylarında bunu gündə iki dəfə etmək daha məqsədəuyğundur.

Uşaq bezləri.

Gün ərzində ən azı iki-üç dəfə uşağın bütün büküşləri, həmçinin boğazının altı silinməlidir. Həm qış, həm də yay aylarında uşaqların sağrı nahiyyələrində bişməcələrin əmələ gəlməsinin əsas səbəblərindən biri də uşaq bezləri və onların qeyri düzgün istifadəsidir. Demək olar ki, indi bütün analar körpələri üçün birdəfəlik uşaq bezlərindən istifadə edirlər. Uşaq bezləri anaların əziyyətini azaltdığı üşün çox az ana onun zərərləri barədə düşünür. Bir zamanlar bu uşaq bezlərini sadə pambıq bezlər əvəz edirdi. Sadə pambıq bezlər gigiyenik cəhətdən daha keyfiyyətlidir, çünki bu bezlər zərif uşaq dərisini daha quru saxlayır. Mütəxəssislərin apardığı araşdırmalara görə hazırkı uşaq bezləri xlorla ağardılır ki, həm kimyəvi işlənmənin təsiri, həm də bezin sistetik materialının təsiri tez bir zamanda zərif uşaq dərisinə öz mənfi təsirini göstərir.

Həftənin yeddi günü, günün iyirmi dörd saatı bu mənfi təsirə məruz qalan uşaq dərisində səpkilər, bişməcələr, eroziyalar əmələ gəlir. Xüsusilə yay aylarında bezlər uşaq dərisinin havalanmasının qarşısını alır və onu isti və nəm saxlayır. Nəticədə isə arzuolunmaz hallar baş verir.

Bişməcələr qırmızı səpkilər, ekssudativ yaralar və eroziyalar şəklində olmaqla həmçinin qaşınmalarla müşayiət olunur ki, bu da uşaqlarda yuxu və əsəb sisteminin ciddi pozulmalarına gətirib şıxarır. Belə hallarla rastlaşan analar uşaqların qulluğunu düzgün təşkil etməli, onların gigiyenalarına diqqət yetirməli və bezlərin vaxtlı-vaxtında dəyişdirilməsinə çalışmalıdırlar.

Sadalanan dəri zədələnmələri(səpkilər, qızartılar, eroziyalar, ekssudativ yaralar və dəri aşınmaları) baş verərsə yatıqqanalı otu, bənövşə otu, qaraqınıq otu, gicitkən yatpağı, aptek çobanyastığı, çöl qatırquyruğu otu, pişikotu kökü, kəklikotu otu və şirin biyan kökü kimi bitkilərdən istifadə etmək çox faydalıdır. Bu bitkilərdən dəmləmə şəklində həm daxilə qəbul etmək, həm də vanna etmək məsləhətlidir. Bişməcə əleyhinə Fitooil uşaq kreminin rolunu xüsusi vurğulamaq istərdim.

Həkim-nevroloq: Axundova Qəndab

04.08.2020

https://herba-flora.com

http://fizulihuseynov.com/

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.