Qızdırma nədir? Qızdırma zamanı nə etməli?

Mündəricat

Qızdırma nədir?

Qızdırma, normal bədən temperaturunun yüksəlməsi ilə əlaqədar olan patoloji vəziyyətdir. Adətən, normal bədən temperaturu 36,5°C-37°C arasında dəyişir. Bədən hərarətinin adətən 38°C-dən yuxarı olması ciddi xəstəliyin olmasından xəbər verir. Əsasən davamlı olaraq 37,2°C-37,3°C olan qızdırma subfebril qızdırma adlanır və tibdə bu qızdırma təhlükəli sayılır. Özünü kəskin simptomlarla büruzə vermədiyi üçün xəstəliyin aşkarlanması çətinlik törədir.

Nə zaman ciddi hesab edilir?

Hərarətin 39°C və ondan yuxarı olması isə çox qorxuludur, bu bədən temperaturunun həddən artıq yüksəlməsidir. Xüsusilə bədən hərarətinin 39°C və ondan daha yüksək olması uşaqlarda qıcolmalarla nəticələnir. Əgər təcili tədbir görülməzsə 41°C-ni ötən qızdırma zülalların pıxtalaşmasına gətirib çıxarır, bu da orqanizmdə geridönməyən patologiyalara səbəb olur. Qızdırma ayrıca xəstəlik deyil, hər hansı bir xəstəlik nəticəsində yaranan simptomdur. Ən çox iltihabi-infeksion xəstəliklərin əlaməti olan qızdırmanı orqanizmin özünü qoruyucu faktoru kimi qiymətləndirirlər. Qızdırmaya yenidoğulmuş uşaqlarda da rast gəlinir, buna tibdə “tranzitor” (keçib gedən) hərarət deyilir. Bəzən böyüklərdə hemorragik və işemik insultlar qızdırma ilə müşayiət olunur, bu da limbik sistemin zədələnməsi əlamətlərindən biridir.

Uşaqlar arasında tez-tez rast gəlinən febril qıcolmalar yüksək qızdırma fonunda baş verir. Bu hala çox zaman hansısa nevroloji problemi olan uşaqlarda, bəzən isə tamamilə sağlam uşaqlarda rast gəlinir. Vaxtında seçilən taktika və doğru aparılan müalicə ilə yanaşı anaya məsləhət görülən qabaqlayıcı tədbirlər xəstəliyin tam sağalması ilə nəticələnir. Əks halda febril qıcolma epilepsiya xəstəliyinin inkişafına gətirib çıxara bilər.

Qızdırmanın səbəbləri nələrdir?

1. Virus və ya bakterial infeksiyalar (qrip, boğaz ağrısı, sətəlcəm və s.)
2. Birləşdirici toxumanın iltihabi xəstəlikləri (revmatizm, revmatoid artrit və s.)
3. Günvurma və ya istilikvurma
4. Peyvənd reaksiyaları
5. Allergik reaksiyalar
6. Xərçəng

Qızdırma zamanı nə etməli?

Xəstəlik əlaməti olan qızdırma özü də üşütmə, baş ağrısı, yorğunluq, tərləmə, əzələ ağrıları, halsızlıq, iştahasızlıq və zəiflik kimi simptomlarla birgə meydana çıxır. Belə hallarda intoksikasiyanı azaltmaq və istilik nəticəsində bədənin itirdiyi mayeni bərpa etmək məqsədi ilə xəstəyə çoxlu maye içirtmək məsləhətdir. Bu məqsədlə əsas müalicə ilə yanaşı “Herba Flora” şirkətinin istehsal etdiyi soyuqdəymə əleyhinə çaylarından istifadə etmək daha məqsədəuyğundur. Teaqrip, Teasept, Teabronx çayları evkalipt, adaçayı, gülümbahar, kəklikotu, cökə, məkkəgülü və s. bitkilərlə zəngin olduğu üçün güclü antiseptik, iltihab əleyhinə təsir göstərir. Xəstəliyi törədən mikroorqanizmlərin inkişafını ləngidir, tərlədici və qızdırmasalıcı effekt verir. Bununla yanaşı həm də toksinləri orqanizmdən xaric edir və intoksikasiya əlamətlərini azaldır.

“Herba Flora” şirkətinin Sedativ, Florelax, Sedat10Nevronat kimi məsullarının tərkibində olan pişikotu və damotu bitkiləri qıcolma əleyinə, sakitləşdirici və yuxugətirici effektə malikdır. Qızdırma zamanı bu məhsullardan köməkçi vasitə kimi istifadə etmək hər kəs üçün faydalıdır. Siz də tərkibi təbii olan Herba Flora məhsullarından istifadə edin və sağlam olun.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız