Qastrit nədir?
Qastrit mədənin selikli qişasının iltihabı və ya zədələnməsi ilə xarakterizə olunan bir xəstəlikdir. Qastritin sağalma müddəti onun əmələgəlmə səbəbindən və formasından asılı olaraq dəyişir. Əsasən qida zəhərlənməsi, daimi spirtli içkilərin qəbulu, qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu, soyuqdəymə, kəskin turş və acı qidaların qəbulu və stress səbəbindən yaranır. Bu xəstəlik həm kəskin, həm də xroniki formada ola bilər. Kəskin qastrit qısa müddət ərzində inkişaf edir, 2-7 gün çəkir, düzgün müalicə aparıldıqda bir-iki həftə ərzində sağalır. Xroniki qastrit isə daha uzun müddətli olub aylar, hətta illər ərzində davam edir, şərait yarandıqda tez-tez kəskinləşə bilir və kəskin qastritin qeyri-düzgün müalicəsi nəticəsində inkişaf edir.
Qastritin yaranma səbəbləri nələrdir?
1.Helicobacter pylori infeksiyası
Bu bakteriya mədənin selikli qişasında inkişaf edib çoxalır, iltihabi proses yaradır, selikli qişanın tamlığını pozaraq eroziya törədir və kəskin ağrıların əmələ gəlməsinə səbəb olur. Helicobacter pylori qastritin ən çox yayılmış səbəbidir.
2. Stress
Uzunmüddətli fiziki və ya emosional stress mədə turşuluğunu artıraraq qastritə səbəb ola bilər.
3. Alkoqol və siqaret qəbulu
Bu maddələr mədənin selikli qişasını zədələyərək iltihaba səbəb ola bilər.
4. Qeyri-steroid iltihab əleyhinə dərmanların qəbulu
Məsələn, aspirin və ibuprofen kimi dərmanlar uzun müddət istifadə edildikdə qastrit riskini artırır.
5. Autoimmun xəstəliklər
Orqanizmdə ifraz olunan antitellər mədə hüceyrələrinə hücum etdikdə qastrit yarana bilər.
6. Allergik reaksiyalar və ya digər nadir səbəblər də qastritin əmələ gəlməsinə aiddir.
Qastritin simptomları hansılardır?
- qarın nahiyəsində ağrı və ya narahatlıq
- ürəkbulanma və qusma
- mədədə turşuluq hissi
- göynəmə, şişkinlik və qaz
- gəyirmə
- iştahanın azalması
Qastritin Müalicəsi
Qastritin müalicəsində medikamentoz müalicə ilə yanaşı həmçinin fitoterapiyadan da istifadə olunur.
“Herba Flora” şirkətinin istehsal etdiyi Teastomin çayı bu baxımdan çox effektlidir. Xüsusilə çayın tərkibində olan kəcəvər kökü mədə turşuluğunu azaldaraq mədənin selikli qişasında iltihabi prosesi ləngidir və regenerasiyanı sürətləndirərək qastritin sağalmasına kömək edir. Çay həm də seliklə zəngin olduğu üçün mədənin selikli qişasına bürüyücü effekt verərək onu qidanın mexaniki təsirlərindən qoruyur və kəskin ağrıları qısa müddətdə azaldır. Fitooil Çaytikanı yağı və Qastroson da qastrit zamanı sağalmanı sürətləndirən yağlardır.
Sağlam qidalanma və balanslı dieta, siqaret və alkoqoldan uzaq durmaq, stresi idarə etmək, qeyri-steroid dərmanları yalnız həkim məsləhəti ilə istifadə etmək qastritin qarşısını almaq üçün ən düzgün yoldur.
Əgər qastritiniz varsa və ya bu əlamətləri hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Vaxtında müalicə edilməzsə, qastrit daha ciddi problemlərə, mədə xorasına və ya mədə xərçənginə səbəb ola bilər.