Qaraciyərin piy distrofiyası nədir?
Sağlam bir orqanizmdə qaraciyər bədən həcminin 5%-ni tutur, onun da cüzi bir hissəsini yağ hüceyrələri təşkil edir. Qaraciyərin piy distrofiyası, yağ hüceyrələrinin normadan 10% və ya daha çox artması ilə müşayiət olunur. Bu səviyyənin 50 və hətta 60% keçdiyi hallar da qeydə alınıb. Patoloji dəyişikliyə məruz qalmış hüceyrə strukturlarının sayı ilk növbədə prosesin mərhələsindən və xəstənin bədəninin vəziyyətindən asılıdır.
İnkişaf dərəcəsindən asılı olaraq qaraciyərin piy distrofiyasının klinik mənzərəsi aşağıdakı mərhələlərə bölünür.
- 1-ci mərhələ. Simptomlar olmaya və ya çox yüngül ola bilər. Xəstəlik özünü zəiflik, həddindən artıq yorğunluq və iştahasızlıqla büruzə verir. Qaraciyər nahiyəsində narahatlıq və ağırlıq hissi də ola bilər.
- 2-ci mərhələ. Tez-tez ürəkbulanma, sağ epiqastral nahiyədə ağırlıq, ürəkdə yanğı hissi, şişkinlik və defekasiya pozulmaları şəklində dispeptik pozğunluqlar olur. Xəstənin ədviyyatlı və yağlı qidalara qarşı dözümsüzlüyü ola bilər. Sağ hipoxondrium bölgəsində darıxdırıcı və ya kəskin xarakterli ağrı tutmaları qeyd edilir. Ağızda acılıq, quruluq, qusma, göz skleralarının saralması və dərinin sarılığı nəzərə çarpır.
Qaraciyərin piy distrofiyasının bu əlamətlərindən hər hansı birinin aşkar olunması həkimə müraciət etmək üçün ciddi bir səbəbdir. Müalicə edilmədikdə, qaraciyərin yağlı degenerasiyası, yəni distrofiyası qaraciyər toxumasının nekrozu və sirrozunun inkişaf etməsinə gətirib çıxara bilər.
Qaraciyərin piy distrofiyasının yaranma səbəbləri
Qaraciyərin piy distrofiyası xəstəliyinin səbəbləri qaraciyərin piylənməyə qarşı aqressiya reaksiyası və orqanizmin zəif işləməsidir.
Prosesin mümkün səbəblərindən bəziləri də bunlardır:
- Xroniki qaraciyər xəstəliyi: Hepatit B və C, Wilson xəstəliyi, qaraciyərin alkoqol zədələnməsi
- İkinci dərəcəli səbəblər: Hipotiroidizm, kimyəvi maddələrə məruz qalma, nəzarətsiz dərman qəbulu və s.
- Digər səbəblər: Şəkərli diabet, piylənmə, trigliseridlərin və xolesterol səviyyəsinin yüksəlməsi, həmçinin orqanizmdə metabolik proseslərin zəifləməsi.
Xəstəliyə diaqnoz qoyulması üçün xəstəliyin başlanma tarixi qiymətləndirilir, eləcə də qaraciyərin həcmində artım aşkar etmək üçün fiziki müayinələr aparılır. Mütəxəssislər həmçinin ultrasəs müayinələrindən və qan testlərindən istifadə edirlər.
Qaraciyər fermentlərində dəyişikliklər laborator müayinələr zamanı aşkar edilə bilər. Bundan əlavə, xəstəliyin bəzi formaları yalnız qaraciyər biopsiyası ilə təsdiqlənə bilir. Qaraciyərin piy distrofiyasının diaqnozu nə qədər tez qoyulsa və müalicəyə başlansa, fəsad riski bir o qədər az olar.
Qaraciyərin piy distrofiyasının müalicə üsulları müxtəlifdir. Xəstəliyin mərhələsindən və dərəcəsindən asılı olaraq, 1-ci və 2-ci dərəcəli qaraciyər steatozu geri dönə bilər. Xəstəliyin mümkün səbəbini müəyyən etmək vacibdir. Bu yanaşma adekvat müalicəni təyin etməyə imkan verir. Qaraciyərin piy distrofiyasının müalicəsi tibbi müdaxilə və qidalanma qaydalarına aid məsləhətlərin təyin edilməsi ilə aparılır.
Müalicənin aparılmasında fiziki fəaliyyət və hərəki aktivlik planının yaradılmasına da ehtiyac var. Əksər xəstələrdə metabolik problem tamamilə müalicə olunur və stabil qaraciyər reqresiyası müşahidə olunur. Piy yığılması nəticəsində yaranan qaraciyər yağlanması steatohepatitə keçə bilər ki, bu da nəticədə sirroza gətirib çıxarır.
Herba Flora şirkətinin Hepartea çayı və Hepanat şərbəti qaraciyər xəstəliklərində, xüsusilə də piy distrofiyasında effektiv təsirə malik olan məhsullardır.