HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Qaraciyərin piy distrofiyası nədir?

Mündəricat

Qaraciyərin piy distrofiyası nədir?

Qaraciyərin piy distrofiyası qaraciyər hüceyrələrində normadan artıq yağ (əsasən triqliserid) toplanması ilə xarakterizə olunan metabolik qaraciyər xəstəliyidir. Bu xəstəlik zamanı iltihab ya olmur, ya da yüngül olur. Yağın yığılması, qaraciyərin müxtəlif toksik amillərə, məsələn, alkoqol qəbuluna, müəyyən dərmanlara reaksiyası ola bilər və bu metabolik sindromla əlaqələndirilir. Yağların qaraciyərdə sintezi və parçalanması arasındakı balans pozulur, nəticədə yağ hepatositlərdə toplanır, hüceyrələr şişir və funksiyasını itirir, ardınca iltihab və fibroz inkişaf edir. Uzun müddətli gedişdə qaraciyər sirrozuna qədər aparıb çıxara bilir.

Qaraciyərin piy distrofiyası hansı növləri mövcuddur?

Qaraciyərin piy distrofiyası xəstəliyinin etiologiyasından asılı olaraq alkoqollu piyli hepatozalkoqolsuz piyli hepatoz ayırd edilir. Bütün bunlar eyni prosesin mərhələləridir. Qaraciyərin piy distrofiyasının inkişafının və irəliləməsinin əsas səbəbi qeyri-sağlam həyat tərzi, yüksək kalorili qida, doymuş yağların, sadə karbohidratların həddindən artıq istehlakıdır. Xəstəliyin ilkin mərhələsi çox vaxt simptomsuz keçir. İrəlilədikcə sağ qabırğaaltında ağırlıq hissi, küt ağrı, ümumi halsızlıq, yorğunluq, qarında gərginlik hissi, qaraciyərin böyüməsi (hepatomeqaliya), ürəkbulanma və iştahasızlıq kimi siptomlar meydana çıxır. Piyli hepatoz dislipidemiya – “pis” xolesterolun (LDL) səviyyəsinin artması, “yaxşı” xolesterolun (HDL) səviyyəsinin azalması ilə nəticələnir. Bu da aterosklerozun inkişafı üçün əsas zəmin yaradır. Aterosklerozun erkən inkişafı damarların mənfəzini daraldan və orqanlara qan tədarükünü pozan bir patalogiyadır. Aterosklerotik lövhələrin meydana gəlməsi damarların daxili divarında xolesterol yığıntısının nəticəsi olaraq baş verir. Proses ağırlaşdıqca miokard infarktı və kəskin serebrovaskulyar xəstəliklərin inkişafına şərait yaradır. Qaraciyərin zədələnmə ehtimalı yalnız istehlak edilən alkoqollu içkilərin miqdarından deyil, həm də onların keyfiyyətindən, növündən və məruz qalma vaxtından, həmçinin fərdi və genetik meyldən, qidalanma vərdişlərindən, hepatit B və C viruslarına yoluxmadan asılıdır.

Qaraciyərin piy distrofiyasının göstəriciləri nələrdir?

Piylərin çökmə növündən asılı olaraq hepatozun fokal yayılmış hepatoz, ağır yayılmış hepatoz, zonal hepatoz və diffuz hepatoz kimi növləri məlumdur. Qaraciyərin piy distrofiyası ilkin və ikincili ola bilər. Qaraciyər piylənməsi olan xəstələrin əksəriyyətində heç bir əlamət müşahidə olunmur. Xəstəlik tez-tez başqa bir səbəbdən müayinə zamanı təsadüfən aşkarlanır. Bəzi xəstələrdə metabolik sindromun müxtəlif təzahürləri, o cümlədən piylənmə, yüksək qan təzyiqi, qlükoza və xolesterin mübadiləsinin pozulması əlamətləri müşahidə olunur.
Qaraciyər funksiyasının qiymətləndirilməsində laborator diaqnostika mühüm rol oynayır. Qan biokimyəvi testlərinə AST, ALT, qamma-qlutamil transpeptidaza, qələvi fosfataza, ümumi bilirubin və sərbəst bilirubin daxildir. Hepatozlu xəstələrdə bu səviyyələrdə yüksəlmə aşkar edilə bilər.

  • “Herba Flora” şirkəti metabolik sindrom, hepatoz kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlərin qayğısına qalaraq onlar üçün HeparteaTeaxolin çayları, Hepas10 kapsulu, Hepanat şərbətini istehsal edir. Bu məhsullardan mütəmadi istifadə qaraciyərin strukturunu və funksiyasını qısa zamanda bərpa etməyə yardım göstərir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız