Piylənmə artıq bədən yağının sağlamlığa mənfi təsir göstərə biləcək bir səviyyədə yığıldığı zaman ortaya çıxan qeyri-normal tibbi vəziyyətdir. Piylənmə müxtəlif xəstəliklərin: tip-2 diabet, obstruktiv yuxu apnoesi, bəzi xərçəng növləri və artrozun yaranma ehtimalını artırır. Piylənmənin təyin edilməsində bir çox metoddan istifadə olunmasına baxmayaraq ən çox tətbiq olunan metodlar praktik olduğu üçün bədən-kütlə indeksinin (BKİ) hesablanması, bel və qalçaətrafı ölçünün müəyyən edilməsidir.
Piylənmə və növləri
Piylənmənin qiymətləndirilməsində edilən ölçmələrdə bel-qalça nisbəti kişilərdə 1-dən aşağı, qadınlarda isə 0,5-dən aşağı olmalıdır. Belətrafı ölçülər piylənmənin diaqnozu üçün çox praktik bir üsuldur. Buna görə kişilərin 102 sm, qadınların isə 88 sm-dən yuxarı bel ölçüsü piylənmənin bir göstəricisi olaraq metabolik sindrom riskidir. Bədən-kütlə indeksinin 25 və yuxarı olduğu hallarda metabolik sindrom adlanan diabet, hipertoniya və xolesterol yüksəkliyi kimi xəstəliklərin riski piylənmə dərəcəsinə görə artır. Bədən-kütlə indeksini hesablayarkən çəki və boy əsas götürüldüyü üçün piylənmənin metabolik ağırlaşmaları ilə əlaqəli yağ nisbəti haqqında kifayət qədər məlumat əldə edilə bilməz. Bundan əlavə, BKİ xəstəliyin şiddəti barədə məlumat vermir. Daha da əhəmiyyətlisi yaş, cins və irq arasında fərq qoyma imkanı vermir.
Yağ nisbəti haqqında kifayət qədər məlumat əldə edilə bilmədiyindən bədən dövriyyəsinə əlavə olaraq belin ətrafı da ölçülür. Bel ətrafı və bel-qalça nisbətinin ölçülməsi bizə yağların bədəndə paylanması barədə məlumat verir. Piylənmə diaqnozu olan xəstələrdə belətrafı ölçü kişilərdə 102 sm, qadınlarda isə 88 sm-dən yuxarı olarsa, ürək-damar xəstəlikləri riski artır. Alma tipli – mərkəzi piylənmə növü gələcəkdə yarada biləcəyi xəstəliklər baxımından daha risklidir. Bu bədən tipində piylər ətraflara nisbətən qarınətrafı nahiyədə daha çox toplanır. Tip-2 şəkərli diabet ilə birgə təzahür edən ürək xəstəlikləri, arterial hipertenziya, hiperlipidemiya və metabolik sindromların yaranma ehtimalı artır.
Armudvari piylənmə növündə, əsasən bud və sağrı nahiyələrində piylərin toplanması müşahidə olunur. Hormonal patologiya ilə bağlı olan İtsenqo-Kuşinq xəstəliyində isə piylər, əsasən sifət, çiyinlər və buxaq nahiyyəsinə toplanır. Müasir dövrün ən çox rast gəlinən xəstəliklərindən biri olan piyləmə, bir çox kəskin və ya xroniki ölümcül xəstəliklərin inkişafında rol oynadığı üçün ciddi bir sağlamlıq problemidir. Piylənmənin qarşısını almaq üçün Hepartea çay, Antixol çay qəbul edə bilərsiniz.