HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Övrə nədir və növləri hansılardır?

Mündəricat

Övrə nədir?

Övrə allergik və ya toksik mənşəli dəri xəstəliyi olub dəridə və selikli qişalarda təzahür edir. Bu xəstəlik insan dərisində gicitkənin təsirindən yaranan, yanığı xatırladan, intensiv qaşınan qabarcıqların əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəliyin səbəbindən və müddətindən asılı olaraq övrə iki əsas formada təzahür edir.

  • Kəskin övrə

Kəskin övrə çox hallarda qida və ya dərman allergiyasının bir forması olaraq meydana çıxır. Bu, bədənin bəzi xarici qıcıqlandırıcılara (dərmanlar, qidalar, həşərat dişləmələri, məişət təmizləyiciləri, kimyəvi maddələr, kosmetika və s.) qarşı allergik reaksiyasıdır. Xəstəliyin kəskin forması gözlənilmədən yarana bilər və qısa zamanda yoxa çıxa bilər. Bu müddət bir neçə saatdan 1,5-2 həftəyə qədər çəkə bilər. Uşaqlarda övrənin kəskin forması daha çox rast gəlinir ki, bu da əsasən xəstəliyin allergik təzahürüdür. Kəskin övrənin daha ağır təzahürlərindən biri üzün və qırtlağın şişməsi ilə xarakterizə olunan Kvinke ödemidir. Bu hal boğulmaya səbəb ola bilər.

  • Xroniki övrə

Xroniki övrə orqanizmdə xroniki xəstəliklərin təzahürüdür (mədə xorası, helmintlər, qastrit, bədxassəli və xoşxassəli törəmələr, qalxanabənzər vəzin xəstəlikləri və s.). Bir qayda olaraq övrənin bu formasının müddəti 6 həftədən çoxdur və orta hesabla 3-5 il ərzində təkrarlanan hücumlarla xarakterizə olunur. Xəstəliyin əsas simptomu dərinin istənilən nahiyəsində solğun çəhrayı rəngli yastı blisterlər şəklində çoxsaylı səpgilərin olmasıdır. Dərinin təmas bölgələrində şiddətli qaşınma və ya yanma hissinin olması da əsas əlamətdir. Xəstəlik uzun müddət davam edərsə, səpgilərdən əlavə özünü bir sıra simptomlarda (baş ağrısı, ümumi zəiflik, hərarətin yüksəlməsi) göstərir. Dəridə heç bir çapıq, piqmentasiya və ya ağ ləkələr olmadan səpgilərin tam bərpası mümkündür.

Dəri əlamətləri gicitkən yanıqlarına bənzəsə də ondan fərqli olaraq bu xəstəlik yenidən və müxtəlif yerlərdə görünə bilir. Yetkin yaşlarda və uşaqlarda övrənin simptomları oxşardır və xəstənin yaşından asılı deyil. Səpgilərin özləri təhlükəli olmadığı üçün buna məhəl qoymaya bilərsiniz, lakin mütləq allerqoloqa müraciət olunmalı və lazım olan müalicəyə ən qısa zamanda başlanılmalıdır. Vaxtında müalicə edilmədikdə uşaqlar üçün xroniki hala gələ bilər və bütün həyatı boyu onları müşayiət edər. Yetkinlər üçün xəstəliyin ağır gedişatının nəticələri təhlükəli ağırlaşmalara səbəb ola bilər. Kvinke ödemi və ya anafilaktik şok belə ağırlaşmalara əsl nümunədir. Belə ağırlaşma baş verərsə xəstə tənəffüs yollarının ödemləşməsindən və tənəffüs çatışmazlığı səbəbindən həyatını itirə bilər.

Övrənin müalicəsi

Övrə xəstəliyinin düzgün müalicəsini təyin etmək üçün aşağıdakı mütəxəssislərə – allerqoloq, dermatoloq, immunoloq, endokrinoloq və qastroenteroloqa müraciət edilməlidir. Kəskin və xroniki övrəninin müalicəsində antihistaminlər, kortikosteroidlər (xəstəliyin ən ağır formalarının müalicəsi üçün), aerozollar və antipruritik məlhəmlərdən istifadə olunur. İlk növbədə, allergiyaya səbəb ola biləcək bütün amilləri müəyyən etmək və aradan qaldırmaq lazımdır. Xroniki övrə zamanı allergeni müəyyən etmək mümkün olmadıqda, xəstə müvafiq mütəxəssislər tərəfindən daha ətraflı müayinə olunmalı və övrəni müşayiət edən xəstəliklərin müalicəsinə başlanılmalıdır. Övrənin qarşısının alınması üçün mütəmadi profilaktik tədbirlər aparılmalıdır və buna həyat boyu riayət edilməlidir. Xəstənin allergenlərə məruz qalmasının aradan qaldırılması, sinir sisteminin və mədə-bağırsaq traktının vəziyyətinin izlənilməsi, xəstəliyin vaxtında aşkarlanması, effektiv müalicə tədbirləri və düzgün qidalanmanın təmin edilməsi çox vacib şərtdir.

Teader övrə xəstəliyinin müalicəsində istifadə olunan ən effektiv çaydır. “Herba Flora” şirkəti tərəfindən Teader çayı uzun illərdir ki, istehsal olunur. Bu çaydan daxilə dəmləmə, xaricə vanna və islatma şəklində istifadə olunur. Qarşıdan gələn yay aylarında Teader çayından siz də yararlana bilərsiniz. Antiallergik və övrə əleyhinə yatıqqanqal otu tək halda da şirkətin istehsal assortimentinə daxildir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız