Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Mədəaltı vəz və ya pankreas xəstəliklərinin müalicəsi

Mündəricat

Mədəaltı vəz və ya pankreas nədir?

Adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.

Mədəaltı vəzin istehsal etdiyi maddələr öd axacağına tökülür. Öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzdə problem əmələ gələndə ilk növbədə öd kisəsiöd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir. Şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabıpankreatit baş verir.

Mədəaltı vəzin (Pankreasın) müalicəsi

Müalicə öd və öd yollarının təmizlənməsindən başlanılmalıdır. Artıq pankreatit baş verdikdə mədənin alt nahiyəsində şiddətli kəmərvari ağrılar, yeməkdən sonra isə köpmə, ağrıürəkbulanma əmələ gəlir. Temperatur arta bilir, arıqlama və təzyiqin düşməsi müşahidə olunur.

Bu zaman nə etməli?

İlk növbədə alkoqol və siqaret qəbulu dayandırılmalıdır, asan həzm olunan yeməklərə üstünlük verilməlidir. Kəskin pankreatitdə ən yaxşı müalicə üsulu oruc tutmaqdır, çünki mədə boş olan zaman pankreas şirə ifraz etmir, bir növ istirahət edir və bu da yanmış toxumanın regenerasiya, yəni bərpaolma prosesini sürətləndirir. Mədəaltı vəz iltihabının qarşısını alan və regenerasiya qabiliyyətini artıran çoxlu dərman bitkiləri var.

  • Tərkibi inulinlə zəngin olan bitkilər, məsələn, atpıtrağı, andız kökləri, udi-hindizəncirotu kökləri istifadə olunur. Bitki köklərinin hərəsindən 100 qram bir-birinə qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, süzülür, termosa tökülür, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.
  • Boymadərən otu, gülümbahar çiçəyi solmazçiçəyinin hərəsindən 100 qram götürülür, sonra hərəsindən 1 desert qaşığı (orta xörək qaşığı) götürüb 3 stəkan suda dəmlənir, gündə 3 stəkan yeməkdən 50 dəqiqə  əvvəl 1 stəkan içilir.
  • 3 ədəd qoz sındırılaraq içi çıxarılır əl ilə təxminən noxud böyüklüyündə parçalanır, 1 xörək qaşığı yulaf toxumu ilə 200 qram suda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə acqarına içilir.

 

Yaxşı olardı, mədəaltı vəzisində iltihab olanlar  adi qara çaydan istifadə etməsinlər, yaşıl çay içsinlər və hər dəfə çaya bir çimdik zəncəfil tozu qarışdırsınlar.

Bəzi hallarda öd daşlarının müalicəsində istifadə olunan “ERCP metodunun” tətbiqi zamanı pankreatit baş verə bilir, bu üsulu çox bacarıqlı bir mütəxəssis tətbiq etməlidir.

Çiy su bol-bol içilməlidir, yağlı və qızardılmış yeməklər menyudan çıxarılmalıdır.

Mənbə: Fizuli Hüseynovun sağlamlıq haqqında bloqu

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız