Məhsullarımız Bitki Çayları Tək Tərkibli Çaylar Matcha Çayı (Yapon Yaşıl Çayı)
Fərqli bir dada, zəngin tərkibə malik Matcha Yapon çayının faydaları:
Katexin – piyləri əridir, ziyansız arıqladır.
Kofein – yağların sorulmasını ləngidir, tonuslandırıcıdır.
Xlorofil – xolesterini tənzimləyir.
A, C, E vitaminləri – dərinin qırışmasını ləngidir, yeniləyir və ləkələrin qarşısını alır.
Yapon Yaşıl Çayı təbii antioksidant mənbəyidir.
Dəmləmə qaydası: 1 çay qaşığı matcha tozunun üzərinə 1/3 stəkan 80℃ su, 2/3 stəkan isti süd əlavə olunur və qarışdırılır. Matcha çayına zövqə görə bal, şəkər, vanil əlavə etmək olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Son vaxtlar çox eşitdiyimiz və qidalara sağlamlıq və ecazkar yaşıl rəng qatan Yaponiyaya xas olan yaşıl çay növü olan Matcha. Matcha, xüsusi şərtlər altında yetişdirilən və kölgə istəyən “Gyokuro” tipli çay yarpaqlarından əldə edildiyi üçün bildiyimiz yaşıl çaylardan tərkibində daha çox xlorofil var. Yapon mədəniyyətindən gələn matcha çayı, incə bir toz halına gətirilən çayın buxarlanması ilə əmələ gəlir. Parlaq və yaşıl rəngini qorumaq üçün günəş işığından qoruyaraq içdiyimiz formanı alır. Herba Flora şirkətində istehsal edilən möcüzəvi çay səhiyyə sahəsindəki ən əhəmiyyətli otlardan biridir.
Matcha çayının vacib xüsusiyyətlərindən biri onun tərkibində dopamin və serotonin hormonlarının olmasıdır. Bu iki kimyəvi maddə, yaddaşdakı qeyri-müəyyənliyi minimuma endirərək konsentrasiyanı artırmağa çox təsir edir. Yaddaşınızı gücləndirir və konsentrasiyanı artırır. Tərkibində serotonin hormonun olması isə ayrı bir xoşbəxtlik və sevinc bəxş edir.
Bir çox həyati təhlükə yaradan xəstəliklərin həlli kimi qəbul edilən Matcha çayı, eyni zamanda gözəl dəri görünüşü üçün də mükəmməldir. Tərkibindəki antioksidan maddələr sayəsində ultrabənövşəyi radiasiyanın təsirlərinə qarşı mübarizə aparır. Matcha çayında olan E vitamini və müxtəlif minerallar dərinin hər zaman nəmli və parlaq görünməsini təmin edir. Bu maddələr dəri üzərində qocalma əleyhinə təsir göstərir.
Xərçəngin düşməndir desək yanılmarıq. Bütün antioksidan tərkibli maddələrlə müqayisə edildikdə ən yüksək nəticələr əldə etdiyimiz bitkilərdən biri də Matcha çayıdır. Matcha çayı, tərkibindəki katexin sayəsində xərçənglə mübarizədə çox böyük təsirə malikdir. Heyrətamiz təsirə malik olan Matcha yaşıl çayı insanlara rahatlıq verir, yuxu hissini yaradaraq, sakitləşdirici təsir göstərir. Hirs, depressiya və yuxu pozğunluqlarında təsirli olduğu bilinən Matcha, xüsusilə südlə içildikdə güclü sedativ təsir göstərir.
Antixolesterin təsir göstərir. Mütəmadi qəbul edilən Matcha çayı sayəsində xolesterol balanslaşdırıla bilər. Matcha çayını içənlərin ürək xəstəliyinə tutulma ehtimalı içməyənlərə nisbətən 11% daha azdır. Enerji və dayanımı artırır. Yapon döyüşçülərinin müharibəyə getmədən əvvəl üstünlük verdiyi çay növü olan Matcha çayı enerji toplama təsirinə malikdir. Təbii kofeindir. Bənzərsiz bir birləşməyə malik olan Matcha çayının sinir və hipertansiyonu tarazlaşdırdığı da göstərilmişdir. Güclü kalori yandırıcıdır. Matcha Yapon yaşıl çayı içildikdə, kalori yanması normaldan 4 dəfə daha sürətli olur. Yağ yanması baxımından da çox təsirli olan Matcha çayının bir başqa faydası da ürək ritmini tarazlaya bilməsi və yüksək qan təzyiqi üçün də təsirli olmasıdır. Eyni zamanda immunitet dəstəkləyicidir. Effektiv antioksidan mənbəyi olan Matcha çayı A və C vitaminləri, dəmir, zülal və kalsium kimi faydalı maddələrə malikdir. Bütün bunların sayəsində Matcha çayı xəstəliklərə qarşı müdafiə divar rolunu oynayır.