Mədə qıcqırması nədir?
Mədə qıcqırması mədənin turş möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində döş sümüyü arxasında, bəzən də boğaza qədər yayılan yanğı və narahatlıq hissidir. Mədə qıcqırmasının əsas səbəbi qida borusu ilə mədə arasındakı sfinkter əzələsinin zəifləməsi və ya diafraqmada baş verən yırtıqlardır. Mədənin turş şirəsi qida borusunun selikli qişasını qıcıqlandırdığı üçün yanma hissi yaranır.
Normalda qida borusunun peristaltikası turş möhtəviyyatı geri mədəyə qaytarır. Nevroloji xəstəliklər, diabetik neyropatiya, mədə turşuluğunun həddən çox yüksəlməsi və öd durğunluğu zamanı mədə şirəsi qida borusuna keçir. Yağlı, ədviyyatlı qidaların qəbulu, qazlı və alkoqollu içkilər, qəhvə, siqaret çəkmək, həmçinin hamiləlik və piylənmə zamanı qarındaxili təzyiqin artması qıcqırmaya gətirib çıxaran səbəblərdir.
Mədə qıcqırmasının əlamətləri
Yeməkdən sonra döş sümüyü arxasında yanma, ağıza turş mayenin gəlməsi (regurgitasiya), boğazda acılıq, qıcıqlanma, ağızda pis dad və quru öskürək mədə möhtəviyyatının geri atılmasının əlamətləridir. Mədə qıcqırmasının əlavə atipik simptomlarına gecələr səsin batması, boğazda xırıltı, diş minasının zədələnməsi (turşuların təsiri səbəbindən), qırtlaqda ağrı və ya qıcıqlanma, bronxial astmaya bənzər nəfəs darlığı epizodları aiddir.
Mədə qıcqırmasının ağırlaşmış formalarında qida udarkən çətinlik və ağrı (disfagiya, odinofagiya), qida borusunda eroziya və qanaxmaya bağlı qara nəcis və ya qan qarışıq qusma kimi simptomlar əmələ gəlir. Ən tipik əlamət isə yeməkdən sonra, xüsusilə uzananda və ya əyiləndə yaranan yanma hissidir.
Mədə qıcqırmasını artıran səbəblər
Mədədaxili təzyiqin artması, hamiləlik, piylənmə, qəbizlik və ya qarında şişkinlik, mədə boşalmasının gecikməsi, qastroparez, yağlı, qızardılmış, ədviyyatlı yeməklər, qazlı və alkoqollu içkilər, qəhvə, şokolad, həmçinin siqaret çəkmək, anatomik dəyişikliklər, diafraqmal yırtıq, qida borusunun funksional pozğunluqları, sfinkter tonusunu azaldan dərmanlar, antixolinergik preparatlar, nitratlar, kalsium kanal blokatorları, sedativlər, bəzi hormon preparatları da mədə qıcqırmasının simptomlarının güclənməsinə gətirib çıxarır.
Az və tez-tez yemək, yatmazdan əvvəl yeməkdən çəkinmək, yataq başını bir az qaldırmaq, qıcıqlandırıcı qidalardan uzaq durmaq kimi qabaqlayıcı tədbirlərin görülməsi mədə qıcqırması xəstəliyinin simptomlarını aradan qaldırır. Lazım gəldikdə həkim məsləhəti ilə antasid və ya reflüks əleyhinə dərmanlar qəbul etmək xəstəyə müsbət təsir göstərir.
- “Herba Flora” şirkəti qastroezofaqeal reflüks və mədə-bağırsağın digər xəstəlikləri nəticəsində meydana çıxan qıcqırma simptomundan əziyyət çəkən xəstələr üçün Teastomin fitoçayı istehsal edir. Çay bu qəbildən olan xəstələrə turşuluq və iltihab əleyhinə, həmçinin bürüyücü təsir göstərərək xəstələrdə olan diskomfort hissini aradan qaldırır, həzmi rahatlaşdırır. Teastomin çayı için, mədə qıcqırmasından siz də azad olun.