İshal problemi

Mündəricat

İshal bağırsaqların geniş yayılmış funksional pozğunluğudur. Bir yaşdan böyük uşaqlarda və böyüklərdə nəcis ifrazının tez-tez (sutkada 3 dəfədən çox) və sulu olması ilə xarakterizə olunur. Qarın nahiyəsində çox vaxt ağrı və diskomfort hissi müşahidə olunur. Bir yaşa qədər uşaqlarda normada nəcis ifrazı sayı qidalanma sayına müvafiq olur. Bu səbəbdəndir ki, körpələrdə nəcis ifrazının tezləşməsi və konsistensiyasının dəyişməsi ishal kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, ishal xəstəlik deyil, simptomdur. Bir çox xəstəliklər zamanı səbəbdən asılı olaraq ishalla yanaşı qusma, ürəkbulanma, temperaturun yüksəlməsi də izlənə bilər. Bu əlamətlərin izlənmə səbəbi isə çox hallarda mədə-bağırsaq traktına daxil olan mikroorqanizmlərin sürətli artıb-çoxalması, öz həyat fəaliyyəti zamanı isə külli miqadarda toksin ifraz etməsidir. Bu toksinlər bağırsaqların selikli qişasının zədələnməsinə, nəticə etibarilə suyun və qida maddələrinin sorulmasının pozulmasına gətirib çıxarır.

Yaşlı insanlarda ishalın yaranma səbəbləri müxtəlifdir. Əsas etioloji faktor kimi müxtəlif infeksiyalar nəzərdə tutulur. Kəskin infeksion diareyanın başlıca səbəbi bakteriyalardır. Ən çox təsadüf olunan gündəlik qida rasionunda keyfiyyətsiz qidalar, ekoloji cəhətdən təmiz olmayan suyun istifadəsi və yuyulmamış çirkli əllər ishalın yaranmasına gətirib çıxarır. Bağırsaq infeksiyaları fəsli xarakter daşıyır. Yaz-payız aylarında qida məhsullarının tez xarab olması (ən çox da sentyabr-iyul), meyvə və tərəvəzlərin təmiz yuyulmaması, açıq su hövzələrində (hovuz, dəniz, çay) çimmək patogen mikroorqanizmlərlə yoluxmaya gətirib çıxarır.

İshal yaranma səbəbləri

Yay istirahəti zamanı xarici ölkələrə səyahət edərkən yerli olmayan mətbəx xörəkləri, yaxud ekzotik meyvələrlə qidalanma da qarın bölgəsində diskomforta, nəcisin durulaşması, həm də ifrazının tezləşməsinə gətirib çıxarır. Odur ki, səyahətlər zamanı gündəlik qida rasionunuza tanış olmayan qidalarla son dərəcə ehtiyatlı davranmalı, əlləri tez-tez yumalı, yanınızda isə mütləq ishal əleyhinə vasitələr götürməlisiniz. Müxtəlif infeksiyalar səbəbindən yaranmış ishallar zamanı qarında ağrı, ürəkbulanma, qusma, əzginlik, süstlük, yorğunluq, bədən temperaturunun yüksəlməsi kimi əlamətlər müşahidə oluna bilər. Amma ən çox rastlaşdığımız insanın ümumi vəziyyəti normal olduğu halda sadəcə bir simptomun – tezləşmiş nəcis ifrazının izlənməsidir.

Uzun müddət davam edən ishal isə (3 həftədən çox) bir çox sistem xəstəliklərdən xəbər verir. Bu xəstəliklər qrupuna müxtəlif sinir mənşəli pozğunluqlar, qeyri-infeksion həzm sistemi xəstəlikləri, pankreatiti, xolesistiti və s. aid etmək olar. İshalın kompleks müalicəsi zamanı bağırsaq mikroflorasının yaxşılaşması, patogen mikroorqanizmlərin məhvi nəzərdə tutulan əsas məqsədlərdir. Stress çox vaxt ishalın başlıca səbəbi kimi qiymətləndirilir. Məsələn, vegetativ sinir sistemi həssas olan tələbələrin çoxunda imtahanqabağı ishalın izlənməsi təsadüfi hal deyil. Belə ishallar heç bir müalicə tələb etmir, stress faktoru aradan qalxdıqdan sonra ishal da müşahidə olunmur. İshallar zamanı ən çox da körpələrdə su-duz mübadiləsinin kəskin şəkildə pozulması orqanizm üçün böyük təhlükə yaradır.

İshalın müalicəsi

Əgər özünüzdə, yaxud körpənizdə ishal varsa, çəkinmədən Herba Flora şirkətinin sizlər üçün istehsal etdiyi tam təbii Qastren çayı, Dianat şərbətini həm tək, həm də kombin şəkildə rahatlıqla istifadə edə bilərsiniz. Bu təbii məhsullar tərkibindəki adi palıd qabığı, nar qabığı, qara zirə, qızılağac qozası kimi büzücü bitkilər sayəsində bağırsaq peristaltikasını normallaşdıracaq, orqanizmdən su və mineral itkisinin tez bir zamanda qarşısını alacaqlar. İshal zamanı Qastren çayı, Dianat şərbətinin daxilə qəbulu, həm də Qastren çayı ilə imalə etmək hər iki məhsul təbii minerallarla zəngin olduğu üçün orqanizmin su və mineral balansını tez bir zamanda normallaşdıracaq, sizi ishaldan xilas edəcəkdir! Herba Flora ilə qalın!

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.