İnsulinə rezistentlik zamanı nə baş verir?

Mündəricat

İnsulinə rezistentlik nədir?

İnsulinə rezistentlik (insulin müqaviməti) orqanizmin insulin hormonuna qarşı həssaslığının azalmasıdır. Normal halda insulin qanda olan şəkərin (qlükozanın) hüceyrələrə daxil olmasına kömək edir. Həmin qlükoza da maddələr mübadiləsində iştirak edir və enerji hasilatı üçün istifadə olunur. Lakin insulinə rezistentlik zamanı hüceyrələr insulinin təsirinə kifayət qədər cavab vermir, başqa sözlə desək hüceyrələr insulini tanımır və nəticədə qanda şəkərin səviyyəsi yüksəlir. Qlükoza toxumalar və hüceyrələr tərəfindən mənimsənilə bilmədiyinə görə daim mərkəzi sinir sisteminə orqanlardan, toxuma və hüceyrələrdən aclıq impulsu daxil olur və xəstə daim özünü ac hiss edir. Davamlı olaraq mərkəzi sinir sisteminə aclıq impulslarının daxil olması isə xəstələrdə əsəbilik, hövsələsizlik və aqresiya yaradır. Bu simptomları dəf etmək üçün xəstə tez-tez qida qəbul edir. Normal qidalanma olmadığına görə xəstədə çəki artımı sürətlənir. İnsulinə rezistentliyi olan şəxs pəhriz saxlamazsa və normal rasional qidalanma tətbiq etməzsə, rezistentlik şəkərli diabet xəstəliyinə çevriləcək.

İnsulinə rezistentliyin səbəbləri

Piylənmə və artıq çəki, xüsusilə qarın bölgəsində yağlanma
Hərəkətsiz həyat tərzi
Karbohidratlarla zəngin və qeyri-sağlam qidalanma
Xroniki stress və yüksək kortizol səviyyəsi
Genetik meyillilik
Yuxu problemləri və kifayət qədər yatmamaq

İnsulinə rezistentliyin ən çox rast gəlinən əlamətləri

Daimi yorğunluq və halsızlıq
Tez-tez aclıq hissi, xüsusilə şirniyyata meyl
Qarın nahiyəsində piy yığılması
Diqqətin pozulması və beyinin dumanlı olması
Dəridə tünd ləkələr (akantozis niqrikans)
Müalicəsi və qarşısının alınması:
Sağlam qidalanma – şəkər və sadə karbohidratlardan uzaq durmaq, lifli qidalara üstünlük vermək
Müntəzəm fiziki fəaliyyət – güc məşqləri və kardio hərəkətləri
Yuxu rejiminə riayət etmək
Stresi idarə etmək – meditasiya, yoga və digər rahatladıcı üsullar

İnsulinə rezistentlik zamanı nə etməli?

İnsulinə rezistentliyin vaxtında qarşısı alınmazsa II tip şəkərli diabet, ürək-damar xəstəlikləri və digər metabolik problemlərə səbəb ola bilər. Əgər bu əlamətləri hiss edirsinizsə, qan şəkəri və insulin səviyyəsini yoxlamaq üçün həkimə müraciət etməyiniz məsləhətdir.
“Herba Flora” şirkəti Mirfazin, Diabetea, Antixol çayları və İnsul10 kapsulu istehsal edir. Bu məhsulların tərkibində olan bitki komponentləri mədəaltı vəzin langerhans adacıqlarını stimulyasiya edərək insulin sintezini artırır, qanda qlükozanın səviyyəsini azaldır. Həmçinin hüceyrələrin insulin reseptorlarının həssaslığını artırır, tərkibindəki insulinəbənzər maddələr hesabına qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsini təmin edir. Damar divarını möhkəmləndirir, keçiriciliyini tənzimləyir, nəticədə diabetik angiopatiyaların qarşısını alır. Lipid mübadiləsini tənzimlədiyi üçün piylənmələr zamanı istifadə olunur. Susuzluq, ağızda quruluq və poliuriya kimi əlamətlərin qarşısını alır. Qaraciyərdə antioksidant fermentlərin miqdarını artırır, yağların oksidləşməsini sürətləndirir, sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir, trombositlərin aqreqasiyasını və laxtalanmanı ləngidir. Damargenişləndirici və sidikqovucu təsir edərək arterial təzyiqi normallaşdırır. İmmun sistemi gücləndirir. Bir sıra xəstəliklərin mənbəyini özündə cəmləyən insulinə rezistentlik zamanı təbii bitkilərlə aparılan müalicə, həmin xəstəliklərin yaranmasını ləngidə bilir. Siz də Herba Flora məhsullarından istifadə edin və sağlam olun.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız