İmmun zəiflik nədir? İmmun sistemin zəifləməsinə nələr səbəb olur?

Mündəricat

İmmun zəiflik və növləri

İmmun zəiflik orqanizmin immun sisteminin normal fəaliyyət göstərə bilməməsi və infeksiyalara, viruslara və digər xəstəliklərə qarşı müqavimətinin azalması deməkdir. Bu vəziyyət anadangəlmə (genetik) və qazanılmış ola bilər.
Anadangəlmə, başqa sözlə desək, birincili immun çatışmazlıq – genetik problemlərlə bağlıdır və nadir hallarda rast gəlinir.
Sonradan qazanılmış və ya ikincili immun çatışmazlıq – daha çox yayılmışdır və aşağıdakı səbəblərlə əlaqəli ola bilər:
1. Zəif qidalanma (xüsusilə vitamin və mineral çatışmazlığı)
2. Xroniki xəstəliklər (şəkərli diabet, böyrək və qaraciyər problemləri)
3. Stress və yuxusuzluq
4. İnfeksiyalar (məsələn, HİV/AİDS)
5. Kimyəvi və radiasiya terapiyası
6. Uzunmüddətli dərman qəbulu (xüsusilə immunosupressiv dərmanlar)

İmmun zəifliyin əlamətləri

Tez-tez xəstələnmək (soyuqdəymə, qrip, KRX və s.), sağalma prosesinin ləngiməsi, daimi yorğunluq və halsızlıq, dəri infeksiyalarına meyillilik, ağız yaraları, damaq və diş problemləri immun zəifliyin əsas əlamətləridir. İmmun zəifliyi olan insanlar, həmçinin uşaqlar yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliklərinə çox tez-tez məruz qalırlar və bu səbəbdən müalicəyə də çətin tabe olurlar. Uzunsürən quru və xırıltılı öskürək, təngnəfəslik, zökəm əlamətləri və hədsiz tərləmə xəstələri uzun müddət müşayiət edir. İştahasızlıq, həzm sistemindəki pozuntular, mədə və bağırsaqların fəaliyyətinin zəifləməsi maddələr mübadiləsinin yavaşlamasına, makro- və mikroelementlərin, mineralların defisitinə və enerji etiyatlarının tükənməsinə gətirib çıxarır.
İmmunitet əsasən uşaqlarda on iki yaşdan sonra tam formalaşmağa başlayır. Bir-iki yaşa qədər uşaqlarda isə immunitet çox zəif olur. Yeni doğulan uşaqlara anadan hazır antitellər qan və süd vasitəsi ilə keçdiyinə görə bir sıra xəstəliklərə qarşı onlarda immunitet olur, bu vəziyyət 6 ayına qədər davam edir. İmmunitetin ən çox formalaşması bağırsaqlarda gedir, lakin uşaq yaşlarında bağırsaq infeksiyalarına tez-tez yoluxma uşaqlarda immunitetin mökəmlənməsini ləngidir. İmmuniteti zəif olan uşaqlarda inkişaf etaplarının ləngiməsi, fiziki-zehni inkişafın geri qalması, yerişin və nitqin ləngiməsi kimi problemlər müşahidə olunur.

İmmun sistemi gücləndirmək üçün tövsiyyələr

– Balanslı və vitaminlərlə zəngin qidalanmaq
– Kifayət qədər yuxu almaq
– Mütəmadi idmanla məşğul olmaq
– Stresdən uzaq olmaq
– Zərərli vərdişlərdən çəkinmək (siqaret, alkoqol)
– Həkim məsləhəti ilə immunitet gücləndirici əlavələr qəbul etmək

  • “Herba Flora” şirkətinin əksər xəstəliklər kimi immun zəifliyinin müalicəsində də istifadə olunacaq yüksək keyfiyyətli məhsulları vardır. İmmunotea çayı 20 ildən çoxdur ki, müalicə olunanlar tərəfindən sevə-sevə istifadə olunur. Bu çayın tərkibi exinasea otu, itburnu meyvəsi, şirin biyan kökü, qara gəndalaş çiçəyi və s. bitkilərlə zəngindir. Çay tez-tez xəstələnən uşaqlarda immuniteti yüksəldərək xəstəliyin sağalmasını sürətləndirir, eyni zamanda qrip və kəskin respirator xəstəliklər zamanı qızdırmasalıcı təsir də göstərir. İmmun10 kapsulu isə çox güclü immun stimuləedici təsirə malikdir. Tərkibi qırmızı exinaseya otunun, şirin biyan kök və kökümsovunun, it itburnu meyvəsinin və tikanlı eleuterokok kökümsovunun quru ekstraktlarından təşkil olunmuşdur. Həm keyfiyyətinə, həm də digər üstün xüsusiyyətlərinə görə Herba Flora məhsulları əvəzsizdir. Bu məhsullardan istifadə etməklə sağlamlığınızın qayğısına qalmış olacaqsınız.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız