Herpes virusu nədir və necə yaranır?

Mündəricat

Herpes və onun növləri

Herpes, Herpes simplex virusu (HSV) tərəfindən törədilən yoluxucu bir virus infeksiyasıdır. İki əsas növü var:

HSV-1 (oral herpes): Əsasən ağız və dodaq ətrafında yaralar (uçuq) əmələ gətirir. HSV-1 virusunu daşıyan insanlarda soyuqdəymə baş verən kimi ilk əlamət ağız ətrafında şəffaf maye ilə dolu olan qabarcıqların meydana gəlməsi olur. Həmin qabarcıqlar ilk günlər az və kiçik ola bilər lakin, hər keçən gün onların sayı artır və böyüyür. Erkən müalicəyə başlanmadıqda getdikcə əvvəlki günə nisbətən daha böyük sahəni əhatə edir. Daha sonrakı günlər yayılma dayanır və qabarcıqlar quruyaraq qabıqlanmış yaraya çevrilir. Bu zaman xəstələrdə qida qəbulunun və danışmanın çətinləşməsi baş verir.

HSV-2 (genital herpes): Cinsi yolla keçən infeksiya olub, cinsiyyət orqanları və ətrafında yaralar əmələ gətirir. HSV-2 əsasən qeyri-düzgün həyat tərzi keçirən insanlar tərəfində yayılır. HSV-2 virusunun daha təhlükəli olması onun hamiləliyə göstərdiyi mənfi təsirlə əlaqələndirilir. Virusun daşıyıcısı olduğunu bilmədən qadın hamilə qalarsa, döldə müxtəlif qüsurların inkişafına səbəb ola bilər.

Herpesin simptomları:

1. Ağız və ya cinsiyyət orqanlarında yaralar və qızartılar
2. Qaşınma, yanma və ya sızıldama hissi
3. Qızdırma və halsızlıq (ilk yoluxmada daha çox olur)
4. Limfa düyünlərinin şişməsi
5. Herpes səpkiləri olan nahiyələrin ağrılı olması
Sinir hüceyrələri və onların ətrafında gizli və daimi yaşayan herpes (HSV-2) virusları kəmərləyici dəmrov kimi daha ağır xəstəliklər törətməyə qadirdir. Adətən onurğa boyu fəqərəarası qanqlionların soyuqlaması zamanı meydana çıxan bu xəstəlik ,,cəhənnəm ağrısı”nabənzədilən çox dəhşətli və dözülməz ağrılarla müşayiət olunur. Xəstəliyin sağalması isə çox uzun çəkir və müalicəyə çətin tabe olur. Yara yerində əmələ gələn ləkələr uzun müddət qalır. On iki cüt kəllə-beyin sinirlərindən olan beşinci (üçlü) və səkkizinci (eşitmə) sinir qanqlionlarının da soyuqlaması belə ağırlaşmalara səbəb olur.

Herpes virusunun yoluxma yolları:

1. Dəri ilə birbaşa təmas (öpüş, cinsi əlaqə)
2. Yoluxmuş şəxsin istifadə etdiyi əşyalar (diş fırçası, dəsmal və s.)
3. Anadan körpəyə doğuş zamanı (əgər ana HSV-2 daşıyıcısıdırsa)

Herpesin tam müalicəsi yoxdur çünki, virus sinir hüceyrələrində gizli qalır və müəyyən dövrlərdə orqanizm soyuqlayanda viruslar yenidən aktivləşə bilir. Lakin antiviral dərmanlar (məsələn, Acyclovir, Valacyclovir) infeksiyanın yayılmasını və simptomların müddətini azalda bilər. Herpesin qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək və qoruyucu vasitələrdən istifadə etmək vacibdir.
“Herba Flora” şirkəti müxtəlif virus və törədicilərə qarşı immun sistemi gücləndirmək üçün tam təbii və effektli İmmunotea çayı, İmmunneo şərbətiİmmun10 kapsullarını istehsal edir!

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız