Göbələk xəstəliyi

Mündəricat

Göbələk xəstəliyi uzunsürən və müalicəyə çətin tabe olan bir xəstəlikdir. Bu xəstəliyə insanların dərisi, dırnaqları, saçları, mədə-bağırsaq sistemi, göz yuvası, sidik-cinsiyyət aparatı və eşitmə üzvündə rast gəlinir. Xəstəliyin törədiciləri müxtəlif cinsdən olan göbələklərdir. Göbələk xəstəliyi bəzən heyvanlardan insanlara, bəzən insandan insana, bəzən də hamam, hovuz, nəm və günəş şüası az olan yerlərdən, hətta yataq dəstindən və geyim əşyalarından da keçir. Göbələyin ən çox yayılan forması epidermofitiya, mikrosporiya, trixofitiya, dəri kandidozu, kəpəklənən dəmrov və dəri göbələyidir.

Əksər göbələk xəstəlikləri dəridə və dəri törəmələri olan dırnaq və saçlarda əmələ gəlir. İnsanın dərisi üç qatdan ibarətdir: üst – epidermis, orta – derma və dərialtı piy təbəqəsi. Bu qatlar üçü bir yerdə morfofunksional vəhdət təşkil edir. Ana bətnində inkişaf edən rüşeym ektoderma və mezoderma adlanan iki qatdan ibarət olur. Ektoderma qatından epidermis, mezoderma qatından isə derma formalaşır. Hamiləliyin 7-ci ayında dölün ayaqlarının altı və ovuclarının içində epidermis ikiqat formalaşır və bədənin bütün səthi buynuz qat olan epitellə örtülür. Həm də bu dövrdə tüklər, tük follikulları və dırnaqlar inkişaf edir. Dərinin buynuz qatı epiteli sitoplazmatik çıxıntılar hesabına girintili-çıxıntılı olur. Ağız boşluğu bətndaxili inkişafın ikinci ayında formalaşır. Ağız boşluğunu və dili bürüyən epitel ektodermadan əmələ gəlir. Əsnək-udlaq nahiyəsi isə mezoderma mənşəli epitellə örtülmüşdür. Ağız boşluğunun selikli qişası dodaqların qırmızı haşiyəsinin çoxqatlı yastı epitelinə keçir. Epidermis özü də differensasiya olunmuş beş qatdan ibarətdir ki, göbələk xəstəliyi, əsasən dərinin ən üst qatı olan epidermisdə inkişaf edir.

Müalicələr nəticəsində dəridəki göbələk xəstəliyi sağalsa da, çox zaman xəstəlik epidermisin dərin qatlarında qalır və şərait yaranarsa – orqanizmin immuniteti düşərsə, qapalı və nəm şəraitdə yenidən baş qaldırır. Epidermofitiya xəstəliyi epidermofiton floccusum göbələyi tərəfindən törədilir. Bu xəstəlik budun iç səthində, çanaq büküşlərində və sağrı büküşlərində əmələ gəlir ki, nəticədə həmin nahiyələrin dərisi qızarır, rəngi getdikcə tündləşir və masserasiyaya (aşınma) uğrayır.

Göbələyin növləri

Mikrosporiya həm insanlarda, həm də heyvanlarda olur. İnsanlara, əsasən heyvanlardan, yataq dəstindən, yundan, baş geyimlərindən və döşəkağından yoluxur. Trixofitiya göbələyinin daşıyıcısı uşaqlar və heyvanlardır. İnkişafı isə baş dərisində, dırnaqlarda və bədəndə olur. Əsas əlamətləri qırmızı üzükvari ləkələr, qaşınma, saç köklərinin zədələnməsi və kəllənin ön nahiyəsinin keçəlləşməsidir. Dəri kandidozunu kandida göbələyi törədir və dərinin üst səthində, dəri büküşlərində, barmaqarası büküşlərdə, dırnaqların kutikulunda, ağızın selikli qişasında və cinsiyyət üzvlərində olur. Kəpəklənən dəmrov aydın sərhədli kiçik ləkələr şəklində əmələ gəlir. Ləkələr əvvəl xırda və çəhrayı rəngdə olur, getdikcə qəhvəyi rəngə çevrilir. Göbələk xəstəliyindən qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmək və xəstəliyin başlanğıcında təbii alma sirkəsindən və tərkibində təbii alma sirkəsi olan Dermafungin kremi kimi təbii vasitələrdən istifadə etmək məsləhətdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com

 

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.