HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Diareya (ishal) nədir və əlamətləri nələrdir?

Mündəricat

Diareya nədir?

Diareya bağırsaqların normal fəaliyyətinin pozulması nəticəsində gündə üç dəfədən daha çox duru və sulu nəcis ifrazı ilə xarakterizə olunan klinik sindromdur. Bu, müstəqil xəstəlik deyil, bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Diareya bağırsaqların selikli qişasında su və elektrolitlərin sekresiyasının artması nəticəsində yaranır. Bu sekretor diareya adlanır.

Bəzən bağırsaqda sorulmayan maddələrin çoxluğu nəticəsində suyun bağırsaqlarda toplanması osmotik diareyaya gətirib çıxarır. Selikli qişanın iltihabı və zədələnməsi nəticəsində qan, selik və zulalların bağırsağa ifrazı eksudativ diareya adlanır. Bu vəziyyət bağırsağın iltihabı xəstəlikləri və dizenteriya zamanı yaranır. Hipertiroidizim və qıcıqlanmış bağırsaq sindromu zamanı bağırsaq hərəkətinin sürətlənməsi mayenin sorulmasına mane olur, bu da diareyaya gətirib çıxarır.

Diareyanın yaranma səbəbləri

Diareya infeksion və qeyri-infeksion səbəblərdən yarana bilir. İnfeksion səbəblərə bakterial (Salmonella, Şigella, Eşerixia koli, Vibrio xolera, Kampilobakter), viral (Rotavirus, Norovirus, Adenovirus), parazitar (giardia, lyamblia, cryptosporidum) törədicilərin yaratdığı xəstəliklər aiddir.

Qida zəhərlənməsi, süd məhsullarına dözümsüzlük (laktaza çatışmazlığı), dərmanlar (antibiotiklər, laksativlər), qıcıqlanmış bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri (kron xəstəliyi, xoralı kolit), endokrin pozulmalar (Hipertiroidizm, Adisson xəstəliyi) kimi xəstəliklər diareyanın qeyri-infeksion səbəbləri sırasındadır.

Diareyanın klinik əlamətləri

Diareyanın klinik əlamətlərinə tez-tez və bol miqdarda duru nəcis, qarında ağrı, köp, qurultu, bəzən qusma, nəcisdə selik və qan aiddir. Ağız quruluğu, dəridə elastikliyin azalması, halsızlıq, başgicəllənmə, sidiyin azalması, ağlama zamanı göz yaşının olmaması da diareyanın kliniki əlamətlərindəndir. Diareya zamanı bəzən qızdırma (infeksion səbəbdən), ümumi zəiflik, iştahasızlıq da müşahidə oluna bilər. Susuzluq (dehidratasiya), elektrolit pozğunluqları (hiponatriemiya, hipokaliemiya), hipovolemik şok, uşaqlarda inkişafın ləngiməsi (xroniki ishalda) diareyanın ağırlaşmaları hesab olunur.

Diareyanın diaqnozunu qoymaq üçün klinik anamnez, yəni nəcisin xarakteri, müddəti, ehtimal olunan səbəbləri, fiziki müayinə, laborator testlər (ümumi qan analizi, qanın biokimyəvi müayinəsi, nəcisin mikroskopiyası, bakterioloji əkilməsi, parazitoloji müayinəsi, kolonoskopiya) kimi prosedurlar önəmlidir.

Diareyanın müalicəsi

Diareyanın müalicəsində əsas addım maye defisitinin bərpasıdır. Yüngül hallarda qlükoza və duz məhlullarının daxilə qəbulu, ağır susuzluqda isə mayelərin (fizioloji məhlul, Ringer laktat) damardaxili köçürülməsi tövsiyə olunur. Diareya zamanı ən əsas müalicə pəhrizdir. Yüngül və asan həzm olunan qidalar (banan, düyü) rasionun əsasını təşkil etməlidir. Süd məhsullarından, yağlı və ədviyyatlı qidalardan uzaq durmaq şərtdir. Diareya zamanı xəstə bol su qəbul etməlidir. Sorbentlər, probiotiklər, antidiareya dərmanları müalicənin əsasını təşkil edir.

  • “Herba Flora” şirkəti diareyanın müalicəsində bağırsaqdan suyun və elektrolitlərin itirilməsini önləyən, orqanizmin maye balansını bərpa edən yüksək keyfiyyətli və təbii tərkibli Qastren çayını, həmçinin Dianat şərbətini istehsal edir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız